"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1783
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının88-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və məcburi köçkün gənclər” mövzusunda tədbir keçirilmişdir
Mətbuat xidmətinin məlumatı 07 May, 2011
2011-ci il mayın 5-də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı qaçqın və məcburi köçkün məktəbliləri arasında keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılmış və “Heydər Əliyev və məcburi köçkün gənclər” mövzusunda müzakirələr aparılmışdır. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, idman və gənclər nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri iştirak etmişlər. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, büstü önunə gül dəstələri düzmüşlər. Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, QMKİDK-nın sədri Əli Həsənov müsabiqənin Heydər Əliyev Fondu ilə birgə təşkil olunduğunu bildirmişdir. Ə.Həsənov demişdir ki, şagirdlər müsabiqəyə 73 rəsm işi və 65 şeir və hekayə təqdim etmişlər. Müsabiqəyə təqdim olunmuş materiallar Azərbaycan Rəssamlar İttifaqı və Yazıçılar Birliyinin mütəxəssisləri tərəfindən qiymətləndirildikdən sonra 20 şagirdə pul mükafatları və diplomların verilməsi qərara alınmışdır. Ə.Həsənov qaçqın və məcburi köçkün məktəblərinin müsabiqədə birinci yeri tutmuş şagirdlərinə 300 manat, ikinci və üçüncü yerlərə layiq görülənlərə 200 və 150 manat məbləğində pul mükafatları və diplomlar təqdim etmişdir. Sonra tədbir iştirakçıları “Heydər Əliyev və məcburi köçkün gənclər” mövzusunda müzakirələr aparmışlar. Əli Həsənov ümummilli lider Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi inkişafı, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulamışdır. O qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev hələ sovetlər dövründə azərbaycanlı gənclərin daim irəli çəkilməsinə çalışmış, onların Sovet İttifaqına inteqrasiyasina nail olmuşdur. Komitə sədri bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən gənclərimizin Avropaya inteqrasiyası istiqamətində davam etdirildiyini önə çəkmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycanın son 20 ildə parçalanmaq təhlükəsi ilə üz-üzə qalan ölkədən regionun enerji mərkəzinə çevrildiyini vurğulamışdır. O, bunu görkəmli dövlət xadimi Heydər Əliyevin fədakar əməyinin, uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi qiymətdirmişdir. E.Aslanov ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarının ölkəmizin inkişafına böyük təkan verdiyini diqqətə çatdırmışdır. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında Azərbaycan gəncləri ilə bağlı Dövlət Proqramının hazırlanması istiqamətində işlərin görüldüyünü qeyd edərək gəncləri bununla bağlı rəy və təkliflərini, arzu və istəklərini təqdim etməyə çağırmışdır. Tədbirdə işğal olunmuş rayonların gənclər təşkilatlarının nümayəndələri çıxış edərək ulu öndər Heydər Əliyevin inkişaf strategiyasına daim sadiq qalacaqlarını vurğulamışlar. Sonda tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevə həsr edilmiş videoçarxa baxmışlar.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib