"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2013
Dövlətqaçqınkomun kollegiya iclasında cari ilin birinci rübünün nəticələri müzakirə edilmişdir.
Mətbuat xidmətinin məlumatı 07 May, 2011
2011-ci il 29 aprel tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin 2011-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.Baş nazirin müavini-Dövlətqaçqınkomun sədri cənab Əli Həsənovun sədrliyi ilə keçirilən kollegiya iclasında ölkə başçısının Nazirlər Kabinetinin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələr və gələcək perspektivlə barədə ətraflı söhbət açılaraq qeyd edilmişdir ki, öz fəaliyyətini müntəzəm olaraq dövlət başçısının qaçqın və məcburi köçkünlərlə bağlı imzaladığı müvafiq fərman və sərəncamlardan, xüsusilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan və ona 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrdən irəli gələn vəzifələr əsasında quran Dövlətqaçqınkomun əməkdaşları həmişə olduğu kimi, cari ilin birinci rübündə də qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, onların məşğulluqlarının təmin edilməsi, digər problemlərinin həlli istiqamətində imkanlarından maksimum istifadə etmişlər.Belə ki, kollegiyanın gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsi zamanı qeyd olunmuşdur ki, hesabat dövrü ərzində Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2011-ci il tarixli Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamı dövlət başçısının bu sahəyə olan diqqət və qayğısının bariz təcəssümüdür.Bu sərəncamla Dövlət Proqramına yeni əlavələrin təsdiq edilməsi Dövlətqaçqınkomun kollektivinin qarşısında da yeni vəzifələr qoymuşdur.Müzakirə edilən məsələlərin məntiqi nəticəsi kimi qeyd olunmuşdur ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələr üzrə artım təmin edilmiş, iqtisadiyyatın aparıcı sahələrində müsbət nəticələr əldə olunmuşdur.Dövlətimizin başçısının düşünülmüş, qətiyyətli və çevik iqtisadi siyasəti nəticəsində ölkəmizin inkişaf sürəti artmış, qarşıda duran bütün vəzifələr və infrastruktur layihələri icra edilmiş, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.Bunun nəticəsidir ki, bütün vətəndaşlar kimi,erməni işğalından əziyyət çəkən soydaşlarımızın da yşayış şəraitinin yaxşılaşdırılması və onların məşğuluğunun artırılması işində də əməli addımlar atılmışdır.Müxtəlif ərazilərdə yeni-yeni qəsəbələr salınmış, gözəl evlər, hündürmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir.Bu istiqamətdə görülən tədbirləri nəzərdən keçirdikdə bir daha aydın olur ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ölkə prezidenti cənab İlham Əliyevin, həmişəki kimi, bu gün də ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahə olmuşdur.Dövlətimizin başçısının mütəmadi olaraq müxtəlif bölgələrdə məcburi köçkünlərlə görüşməsi, onlar üçün salınmış qəsəbələrin açılış mərasimlərində iştirakı və dərin məzmunlu çıxışları, məcburi köçkünlərlə birbaşa ünsiyyətdə olması, onların problemləri ilə yerində maraqlanması bu deyilənləri özlüyündə bir daha təsdiqləyir.Kollegiya iclasında müzakirə olunan məsələlərə münasibət bildirən Baş nazirin müavini-Dövlətqaçqınkomun sədri Ə.Həsənov ümumilikdə kollektivin ötən rübdəki fəaliyyətini müsbət qiymətləndirmiş, qarşıda duran vəzifələrlə bağlı müvafiq şöbə və departamentlərə konkret tapşırıq və tövsiyyələrini vermişdir.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb