XƏBƏRLƏR
Çap et
2260
«Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Mətbuat xidmətinin məlumatı
02 Aprel, 2011
«Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
«Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. «Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 303) aşağıdakı məzmunda 1.1-ci və 4.1-ci bəndlər əlavə edilsin:
«1.1. «Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamına uyğun olaraq, 2008-2010-cu illərdə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yaşayış məntəqələrinin və 2011-ci ildə istismara qəbul ediləcək yaşayış məntəqələrinin yerləşdiyi şəhər və rayonlar üzrə mənzil-kommunal istismar sahələri yaradılsın (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yeni yaradılan mənzil-kommunal istismar sahələrinin şəhər və rayonlar üzrə siyahısı əlavə edilir).
4.1. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yeni yaradılacaq mənzil-kommunal istismar sahələrinin fəaliyyətinin təşkili 2011-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə «Mənzil və kommunal təsərrüfatı» bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilsin.».
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 45
Bakı şəhəri, 28 mart 2011-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 mart tarixli 45 nömrəli qərarına əlavə
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yaradılan mənzil-kommunal istismar sahələrinin şəhər və rayonlar üzrə
S İ Y A H I S I
1. Bakı şəhəri, Binəqədi rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
2. Yevlax şəhəri Mənzil-Kommunal İstismarı Sahəsi
3. Abşeron rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
4. Ağcabədi rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
5. Qəbələ rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
6. İsmayıllı rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
7. Göygöl rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
8. Şabran rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
Aparatın rəhbəri Ağa-Bala Hacıyev
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









