XƏBƏRLƏR
Çap et
1542
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə sentyabrın 4–də Prezident sarayında keçirilən müşavirədə Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemləri müzakirə olunmuşdur.
Mətbuat xidmətinin məlumatı
10 Sentyabr, 2007

Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açaraq, daim diqqət mərkəzində olan qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri barədə danışdı. 2004-cü il 1 iyul tarixdə 298 nömrəli Sərəncam ilə təsdiq olunmuş Dövlət Proqramından irəli gələn tədbirlərin uğurla həyata keçirilməsini qeyd edərək, bu sahədə görülən işləri çox yüksək qiymətləndirdi.
Bununla yanaşı cənab Prezident müşavirənin nəticəsi kimi yaxın gələcəkdə yeni sərəncamın imzalanmasını və Dövlət Proqramına əlavələr edilməsinin zəruriliyini qeyd edərək, fin tipli qəsəbələrin ləğv olunması və orada yaşayan 25 min məcburi köçkün üçün yeni qəsəbələr salınmasına, respublika ərazisində yerləşən 262 ümumtəhsil məktəbində məskunlaşmış 11 min köçkünün oradan çıxarılması və yeni qəsəbələri köçürülməsinə, köçkünlərin məskunlaşdıqları təmirə yararlı məktəblərin təmir olunması, yararlı olmayanların sökülərəq yerində təzə məktəblərin tikilməsinə, Müdafiə Nazirliyinin hərbi hissələrində məskunlaşmış 6 min insanın yeni qəsəbələrə köçürülməsinə, 60 min məcburi köçkünün məskunlaşdığı 239 yataqxanada təmir-bərpa işlərinin aparılmasına, artezian quyularının qazılması, yolların salınması, qaz xətlərinin çəkilməsinə, Horadiz qəsəbəsinin şəhər statusu verilməsi məqsədilə müvafiq qərar layihəsi hazırlanmasına, Füzuli rayonunda yeni müasir müalicə-diaqnostika mərkəzinin tikilməsinə, ciddi xəstəliklərə düçar olmuş insanlara ölkənin daxilində və xaricində kömək göstərilməsinin təmin olunmasına, yeni qəsəbələrdə məskunlaşan məcburi köçkünlərin məşğulluğunun artırılması, o qəsəbələrdə çörək və süd sexlərinin, meyvə-tərəvəz emalı müəssisələrinin və digər kiçik müəssisələrin yaradılmasına, məcburi köçkünlərə verilən aylıq yemək xərclərinin artırılmasına dair müvafiq qurumlara göstərişlər verdi.
Sonda bu tədbirlərin müvəqqəti xarakter daşıdığını bildirən cənab Prezident torpaqlar istənilən yolla işğaldan azad olandan sonra həmin ərazilərdə daha müasir qəsəbələrin salınacağını qeyd etdi.
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
16 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: dövlət-özəl sektor tərəfdaşlığı prioritet məsələdir
14 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın şəhəri – Böyük Qayıdışın canlı nümunəsi…
13 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində fişinq hücumlarına qarşı maarifləndirici seminar keçirilib
07 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin komandası gümüş medalla təltif edildi.
07 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhəri: Gündüzdən gecəyə ...