XƏBƏRLƏR
Çap et
3593
Qaradağlı faciəsi “Soyqırım. Qaradağlı” filminin təqdim olunması ilə yad edilmişdir
Mətbuat xidmətinin məlumatı
21 Fevral, 2011
Fevralın 17-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması” İctimai Birliyinin qərargahında Qaradağlı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Anma mərasimində Prezident Administrasiyasının, Nazirlər Kabinetinin nümayəndələri, Milli Məclisin deputatları, işğal olunmuş rayonların icra hakimiyyətlərinin rəhbərləri, xarici qonaqlar iştirak etmişlər.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, hərbi prokuror Xanlar Vəliyev də iştirakçılar arasında idi.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov faciə barədə danışmışdır. Qeyd etmişdir ki, bu kənd 1992-ci il fevralın 17-də ağır döyüşlərdən, yalnız müdafiəçiləri həlak olandan sonra erməni silahlıları tərəfindən işğal edilmiş və yandırılmışdır. Qaradağlı faciəsi Azərbaycan tarixinə qanlı hərflərlə yazılmışdır. Bu soyqırımı ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olmuşdur. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülmüş. Onlardan 67 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilmişdir. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olmuş, 42 ailə başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılmışdır. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşmüşdür. Dünya ictimaiyyəti Xocalı faciəsindən xəbərdardır. Ancaq bu günə qədər, nəinki xarici vətəndaşlar, hətta ölkəmizdə bir çoxları Qaradağlı faciəsindən məlumatsızdır. Xüsusilə müasir gənclik bu faciədən xəbərsizdir. Bu gün “Soyqırım. Qaradağlı” filmi nümayiş etdiriləcəkdir. Film Azərbaycan, rus və ingilis dillərindədir. İnanırıq ki, film faciə barədə ictimaiyyətə dolğun məlumat verəcək, ümumiyyətlə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında əhəmiyyətli rol oynayacaqdır. Xocavəndlilər, o cümlədən qaradağlılar Azərbaycanın güclənməsindən, ordumuzun qüdrətlənməsindən qürur duyurlar. İnanırlar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcək, doğma yurda qayıdacağıq.
Rejissor Etibar Məmmədovun çəkdiyi iyirmi dəqiqəlik “Soyqırım. Qaradağlı” filmi nümayiş etdirilmişdir.
Şəhid Mobil Zeynalovun həyat yoldaşı Xuraman Tahirova şahidi olduğu faciə barədə həyəcanla söz açmışdır. O, dünya ictimaiyyətini ədaləti dəstəkləməyə, ağa ağ, qaraya qara deməyə çağırmışdır. “Həqiqəti görməmək üçün kor, eşitməmək üçün kar olmaq lazımdır”,- deyə Xuraman xanım vurğulamışdır.
Azərbaycan Respublikası baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev münaqişənin tarixinə ekskurs etmiş, demişdir ki, tarix öyrənilib yadda saxlamaq üçündür, ondan ibrət götürülməlidir. Təəssüf ki, yaddaşımız çox qısadır, XX əsrin əvvəllərində baş verənlər bir yana, heç 19 il bundan əvvəl erməniləri törətdiyi cinayətlər barədə həqiqətləri yaya bilməmişik. Bu işə ciddi diqqət yetirilməlidir.
Hərbi prokuror təbliğat işində faktların təhrif olunmamasının, doğru-düzgünlüyünün vacibliyini, fərqli rəqəmlər göstərilməsinin yolverilməzliyini vurğulamışdır. Demişdir ki, faciələrimiz haqqında yazılan kitablar, çəkilən filmlər sistemli olmalı, həm də bütün dünya üçün nəzərdə tutulmalıdır. O, rəhbərlik etdiyi qurumun müəlliflərə kömək etməyə hazır olduğunu diqqətə çatdırmışdır. Əmin olduğunu bildirmişdir ki, hərbi cinayətkarların mühakiməsindən bəhs edən filmlərə baxacağımız gün uzaqda deyil.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da faciələrimizin, erməni cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində işləri canlandırmağın vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, bu işdə hamımız əl-ələ verməliyik, problemin ümummilli problemə çevrilməsinə nail olmalıyıq. Hər bir azərbaycanlı Qaradağlı və digər faciələri özününkü bilməyincə heç bir irəliləyişdən danışmaq olmaz. Təəssüflə bildirdi ki, o zaman Qaradağlı faciəsi respublika rəhbərliyi üçün həyəcan təbili olmadı.
Ə.Həsənov demişdir: “Düşmənimiz çox hiyləgərdir. Ona qalib gəlmək üçün hər birimiz torpaqlarımızı azad etməyə hazır olmalıyıq, problem isə ümummilli problemə çevrilməlidir. Bəzi beynəlxalq qurumların ədalətsizliyi də münaqişənin həllinə mane olur. Bu gün ermənilər onların bir çoxunun qəbul etdikləri qərar və qətnamələrə laqeydliklə yanaşır, yerinə yetirmirlər. Əvəzində işğalçıya maddi yardım göstərilir. Lakin biz əminik ki, gec-tez separatçılar Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin siyasəti qarşısında diz çökəcəklər. Uduzan ermənilər olacaqdır”.
Natiq təklif etmişdir ki, film BMT-də işlənən rəsmi dillərdə hazırlanıb yayılsın.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xanabad kəndinə çatıb









