"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1905
Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının nümayəndə heyətini Baş nazirin müavini Əli Həsənov qəbul etmişdir.
Mətbuat xidmətinin məlumatı 27 Dekabr, 2010
Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının (İİR) səhiyyə nazirinin müşaviri, Respublika Sağlamlıq Xeyriyyə Birliyinin baş katibi Seyyid Rza Nəyyiri dekabrın 24-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşmüşdür. İyirmi səkkiz il İİR-in İmam Xomeyni adına İmdad Komitəsinin rəhbəri olmuş S.R.Nəyyirini salamlayan Əli Həsənov qeyd etmişdir ki, bu beynəlxalq humanitar təşkilatın 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyi hazırda respublikamızda ən iri və davamlı layihələr həyata keçirən təşkilatlardan biridir. Qurumun Azərbaycanın iqtisadi baxımdan çətin vəziyyətdə olduğu dövrlərdə qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə əl tutduğunu, humanitar layihələri, səhiyyə və təhsil proqramlarını həyata keçirdiyini bildirən Dövlət Qaçqınkomun sədri Ə.Həsənov Seyyid Rza Nəyyirinin başçılıq etdiyi təşkilatın bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini qeyd etmiş, sıx əməkdaşlıqdan məmnunluğunu söyləmişdir. 2002-ci ilin dekabrında bu ölkədə olarkən dövlət və hökumət qurumları nümayəndələri ilə keçirdiyi görüşlərin xoş təəssüratlarından danışan Ə.Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri çərçivəsində 2005-ci il yanvarın 25-də İmam Xomeyni adına İmdad Komitəsində olmasını, o vaxt komitənin sədri olan Seyyid Rza Nəyyiri ilə görüşünü də xatırlatmışdır. Seyyid Rza Nəyyiri Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin bəhrəsini verdiyini bildirmişdir. “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 100 illik inkişaf yolunu 7-8 ilə keçmişdir”, - deyən qonaq respublikamızın belə sürətlə inkişafına heyran olduğunu və sevindiyini qeyd etmişdir. Sağlamlıq Xeyriyyə Birliyinin baş katibi rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq, üzvlərinin sayının 10 mini keçdiyini söyləmiş, eyni zamanda, təşkilatın İranda və xarici ölkələrdə həyata keçirdiyi layihələr haqqında məlumat vermişdir. Bildirilmişdir ki, təşkilatın İranda səhiyyə sahəsində gördüyü işlər ölkədə tibbin inkişafında önəmli rol oynamaqdadır. Görüşdə İİR-in ölkəmizdəki səfiri Məmmədbaqir Bəhrami iştirak etmişdir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib