"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1497
Baş nazirin müavini-Dövlətqaçqınkomun sədri cənab Əli Həsənov məcburi köçkünlər üçün yeni salınan qəsəbələrdə işlərin gedişi ilə yerində tanış olmuşdur.
Mətbuat xidmətinin məlumatı 24 Sentyabr, 2010
Dövlətqaçqınkomun sədri Ə. Həsənov Füzuli, Ağdam, Goranboy, Yevlax rayonlarına səfər edərək işlərin gedişi ilə yerində tanış olmuşdur. Adı çəkilən bölgələrə səfəri zamanı Bərdə rayonu ərazisində məskunlaşan məcburi köçkünlərin vəziyyəti ilə tanış olmaq məqsədilə rayon İH- nin binasında keçirilən müşavirədə Dövlətqaçqınkomun sədri Ə. Həsənova rayondakı məcburi köçkünlər, onların vəziyyəti barədə məlumat verilmiş, narahatlıq doğuran və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər geniş müzakirə olunmuş, müvafiq tapşırıqlar verilmişdir. Rayon ətrafındakı fin tipli qəsəbələrdə, məktəb və bağçalarda məskunlaşan məcburi köçkünlərdən ötrü yaşayış binalarının inşa edilməsi üçün də müvafiq torpaq sahələri ayrılmış və yaxın vaxtlarda burada da tikinti işlərinə başlanılmasının vacibliyi vurğulanmışdır. Müşavirədə Ə. Həsənov cənab Prezidentin tapşırığına və imzaladığı sərəncamlara əsasən rayonda məskunlaşan məcburi köçkünlərin sosial şəraitlərinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin mühüm olduğunu vurğulayaraq bildirmişdir ki, ölkə başçısı tərəfindən məcburi köçkünlərin mənzil- məişət şəraitlərinin yaxşılaşdırılması baxımından qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi hər birimizin borcumuzdur. Ə. Həsənov Füzuli rayonunun Horadiz qəsəbəsində inşa edilmiş son tamamlama və abadlaşdırma işləri aparılan Horadiz Olimpiya İdman Kompleksində olmuşdur. Kompleksdə çalışan tikinti təşkilatına tövsiyələrini vermişdir. Sonra Ə.Həsənov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramının və ona edilmiş əlavələrin bəndlərinə əsasən Quzanlı qəsəbəsinin yaxınlığında salınan yeni qəsəbədə də olmuşdur. 689 məcburi köçkün ailəsi üçün 70 hektardan ibarət ərazidə salınmış qəsəbədə artıq mənzillərin tikintisi başa çatdırılmış, 440 yerlik məktəbdə, 50 yerlik uşaq bağçasında, inzibati binalarda işlər tezliklə başa çatdırılacaqdır. Qəsəbədəki iki otaqdan ibarət 322, üç otaqdan ibarət 264, dörd otaqdan ibarət 48 və bir otaqdan ibarət 55 mənzil və digər sosial obyektlər bütün kommunikasiya xətləri ilə təmin edilmişdir. Ə. Həsənov Goranboy və Yevlax rayonlarında da olmuşdur. Goranboy rayonunda 20 hektar sahədə hündürmərtəbəli binalardan ibarət məhəllədə 164 ailə üçün 3 beşmərtəbəli binada inşaat işləri başa çatdırılaraq istifadəyə hazır vəziyyətə gətirilmişdir. Rayon ərazisində Naftalanda məskunlaşan 688 məcburi köçkün ailəsi üçün tikilən mərhəllədə 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası fəaliyyət göstərəcək. Baş nazirin müavini Ə. Həsənova məlumat verilmişdir ki, burada artıq bütün kommunikasiya xətləri çəkilmiş, qəsəbəni içməli su ilə təchiz edəcək su anbarının tikintisi də başa çatdırılmışdır. Yevlax rayonunda 612 məcburi köçkün ailəsi üçün 10 ədəd beşmərtəbəli binalardan ibarət məhəllə salınmışdır. Burada binaların tikintisi ilə bərabər 440 yerlik orta məktəb binasının, 50 yerlik uşaq bağçasının, klub- icma mərkəzinin tikintisi də davam etdirilir. Buradakı binaların bəzilərində artıq son tamamlama işləri aparılır. Bunlarla yanaşı, binaların və mənzillərin texniki infrastrukturlarla təchizatı da artıq başa çatmaq üzrədir. Məhəllədəki bina, məktəb və digər sosial obyektlərdə tikinti işlərinin vəziyyəti ilə yerində tanış olduqdan sonra Baş nazirin müavini Ə. Həsənov məhəllənin tikintisində iştirak edən inşaat idarələrinin rəhbərlərinin nəzərinə çatdırdı ki, Yevlax rayonunda məskunlaşan məcburi köçkünlər üçün salınan bu məhəllənin vaxtında və keyfiyyətlə istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib