XƏBƏRLƏR
Çap et
1652
İndoneziyanın Azərbaycandakı səfiri ilə görüş keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı
16 Avqust, 2017

Avqustun 16-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini deyən Əli Həsənov İndoneziyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dost ölkələrdən biri olduğunu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğuladı.
Əli Həsənov ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəni, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrinin daha da genişləndirilməsinə böyük ehtiyac olduğunu bildirdi.
O, qeyd edib ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyalarında, o cümlədən digər nüfuzlu beynəlxalq təşkilatlarda İndoneziya həmişə ölkəmizin haqq işini dəstəkləyib.
Baş nazirin müavini ölkəmizin 25 il ərzində keçdiyi inkişaf yolundan danışmış, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında düzgün istiqamətdə irəliləyərək həmişə uğurlar əldə etdiyini, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğuladı. Bildirildi ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan son on ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Hazırda həyata keçirilən irimiqyaslı layihələr respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazirin müavini qeyd edib ki, bu problemin həll edilməsi ilə bağlı dünyanın nüfuzlu beynəlxalq təşkilatları qərarlar qəbul edib. Ancaq bunların heç bir nəticəsi yoxdur. İşğalçı Ermənistan beynəlxalq sənədlərə məhəl qoymayaraq qeyri-konstruktiv mövqe tutaraq hələ də torpaqlarımızı işğal altında saxlayır.
Görüşdə Əli Həsənov bildirib ki, bu gün dünyadakı konflikt zonalarına nəzər salsaq görürük ki, müsəlman ölkələrini bir-birinə qarşı qoyurlar və bu konfliktlərdə ölənlərin əksəriyyəti müsəlmanlardır. Məhz elə buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə müsəlman ölkələrinin birliyini vacib sayıb. Əgər bu həmrəylik güclənməsə bu proseslər elə bu cür də davam edəcək.
Səfir Hüsnan Bəy Fanani qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirdi. Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını vurğulayan səfir iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu dedi. O, ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.
Səfir Hüsnan Bəy Fanani ölkəsinin dünyanın ən böyük müsəlmal ölkəsi kimi Prezident İlham Əliyevin həmrəyliklə bağlı çağrışlarını dəstəklədiklərini diqqətə çatdırdı və qeyd etdi ki, İndoneziya hər zaman Azərbaycanın ərazi bütövlüyünü, Ermənistanın işğal olunmuş ərazilərimizdən çıxarılması ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləyir.
Azərbaycanın sürətlə inkişaf etdiyini və dünya dövlətləri üçün nümunəvi bir ölkə olduğunu deyən Səfir paytaxt Bakının gündən-günə gözəlləşdiyini və Xəzər dənizinin mirvarisinə çevrildiyini dedi. O, ölkəsində baş verən təbii fəlakətlər zamanı göstərilə köməkliklərə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi.
Görüşdə diplomat regionlarda səfərdə olduğunu, səfər zamanı Mingəçevir şəhərində məcburi köçkünlərlə görüşdüyünü diqqətə çatdırdı və məcburi köçkünlərlə bağlı yaradılan şəraiti yüksək qiymətləndirdi.Səfir eyni zamanda sentyabr ayında Azərbaycanda İndoneziya mədəniyyət festivalının keçiriləcəyini və məcburi köçkünlərin də burada iştirak etmələrinin vacibliyini diqqətə çatdırdı.
Sonda Əli Həsənov İndoneziyanın nüfuzlu beynbəlxalq təşkilatlarda ölkəmizə verdiyi dəstəyə görə və ölkəmizin haqq işini həmişə dəstəklədiyi üçün İndoneziyaya təşəkkürünü bildirdi.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb