XƏBƏRLƏR
Çap et
2715
Yaponiyanın ölkəmizdəki səfiri Baş nazirin müavini Əli Həsənovla görüşmüşdür.
Mətbuat xidmətinin məlumatı
28 İyul, 2017
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov iyulun 28-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşmüşdür.
Tanışlıq məqsədilə keçirilən görüşdə səfiri bu təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla Yaponiya arasında, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Əli Həsənov siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu və bu əlaqələrin səfir Teruyuki Katorinin ölkəmizdəki fəaliyyəti dövründə bundan sonra da, uğurla inkişaf edəcəyinə ümidvar olduğunu qeyd etdi.
Baş nazirin müavini deyib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə irəliləyir və hər zaman da uğurlar əldə edir. Artıq bir neçə ildir ki, Azərbaycan Prezidenti beş strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Bu vəzifələr arasında neft amilindən asılılığın azaldılması da var. Cənab Prezident bu sahədə çox uzaqgörənlik edib. O, hələ 2008-ci ildə göstəriş vermişdir ki, neftdən əldə olunan gəlir qeyri neft sektoruna yönəlsin. Əgər bunlar olmasaydı bu gün çox böyük çətinliklərlə qarşılaşardıq. Diqqət mərkəzində olan digər vəzifələrdən biri də insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılmasıdır. Hər bir strateji istiqamətdə dövlət proqramları qəbul olunub və uğurla icra olunur.
Azərbaycanın MDB məkanında müstəqil siyasət yürütdüyünü deyən Baş nazirin müavini Əli Həsənov bildirib ki, olkəmiz dünyada ən layiqli yerini tutub. Azərbaycan öz inkişaf tempinə görə BMT-nin göstəricilərində dünyada sürətlə inkişaf edən ölkələr sırasına daxil edilib.
Əli Həsənov müstəqilliyimizin ilk illərində qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün bu ölkəni təmsil edən beynəlxalq humanitar təşkilatların xətti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən köməkliyə görə Yaponiyaya hökumətinə təşəkkürünü bildirdi. O eyni zamanda Yaponiyanın “Fuji Optical” Co.Ltd. şirkətinin rəhbəri, dünya şöhrətli oftolmoloq Akio Kanainin rəhbərlik etdiyi heyətin məcburi köçkünlər, qaçqınlar və aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı ilə bağlı missiyalarını yüksək qiymətləndirərək bunun ən böyük xeyirxahlıq nümunəsi olduğunu diqqətə çatdırdı.
Ölkəmizin yeganə həll olunmamış problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən Əli Həsənov vurğuladı ki, nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı qətnamələrinə məhəl qoymayan Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində problem hələ də öz həllini tapmamışdır.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Yaponiyalı diplomat Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edərək ölkəmizdəki diplomatik fəaliyyəti dövründə qarşılıqlı maraqlara xidmət edəcəyini, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün öz köməyini əsirgəməyəcəyini vurğuladı.
Teruyuki Katori qeyd etdi ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqdır.
Regionlara səfər etdiyini, Bakıda aparılan abadlıq işlərinin və şəhərin gözəl görünüşünün onda dərin təəssürat yaratdığını, ölkəmizdə baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu deyən səfir Azərbaycanın bütün dünyada nüfuzunun getdikcə artdığını bildirdi.
Səfir qeyd etdi ki, Azərbaycan beynəlxalq aləmdə yalnız iqtisadi sahədə deyil, həmçinin siyasi sahədə də son zamanlar güclənməkdədir. Bundan əlavə, təbii sərvətlərlə zəngin olan Azərbaycanın neft yataqlarının inkişafında və boru kəmərlərinin çəkilməsində Yaponiya şirkətləri də fəal iştirak edir. Həmçinin Yaponiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna da investisiya yatırmaqda maraqlıdırlar və mən inanıram ki, bu, öz növbəsində, gələcəkdə iqtisadi əlaqələrin daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









