"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1770
Dövlətqaçqınkomun kollegiya iclasında ötən altı ayın yekunları müzakirə edilmişdir
Mətbuat xidmətinin məlumatı 19 İyul, 2010
Baş nazirinin müavini, Dövlətqaçqınkomun sədri Ə.Həsənovun sədrliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiya iclasında cari ilin ötən altı ayının yekunları müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. İclasda qeyd olunmuşdur ki, Dövlətqaçqınkomun kollektivi həmişəki kimi cari ilin ötən altı ayı ərzində də də bütün sahələrdə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidenti cənab İ. Əliyevin sərəncamları ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Dövlət Proqramına edilmiş Əlavələrdən irəli gələn vəzifələrin tələblərinə uyğun olraq davam etdirmiş, soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin tələb olunan səviyyədə və vaxtında yerinə yetirikməsinə səfərbər etmişdir. Kollegiya iclasında adı çəkilən Dövlət Proqramında və ona edilmiş Əlavələrdə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu gün də uöurla davam etdirilir. Belə ki, Ağdam rayonu ərazisində məskunlaşmış 689 məcburi köçkün ailəsi üçün bütün infrastrukturu olan müasir tipli qəsəbənin, Naftalan şəhərindəki “Qarabağ” sanatoriyasında 164 məcburi köçkün ailəsi üçün Goranboy rayonunun ərazisində 3 ədəd beşmərtəbəli yaşayış binalarının, yevlax rayonunu ərazisində 612 məcburi köçkün ailəsi üçün ərazisində 10 ədəd beşmərtəbəli binalardan ibarət məhəllənin tikinti işləri vüsətlə davam etdirilir. Bunlardan başqa Horadiz şəhərində idman kompleksinin, Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayon İH-nin binasının tikinti quraşdırma işləri də başa çatdırılmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. O da qeyd olunmuşdur ki, Bakı, Sumqayıt, digər şəhər və rayonlarda məcburi köçkünlərin məskunlaşdıqları yataqxana, ictimai bina, sanatoriyalarda təmirə ehtiyacı olan 130 məskunlaşma obyektinin 50-sində təmir işləri başa çatdırılmış, qalan 80 obyektdə isə təmir işləri sifarişçi təşkilat olan Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Dünya Bankının kredit vəsaiti hesabına həyata keçiriləcək. Görülən işlərə və qarşıda duran vəzifələrə aydınlıq gətirilərək bildirilmişdir ki, bunlarla yanaşı İmişli rayonunun inzibati ərazisində 500 məcburi köçkün ailəsi, mingəçevir şəhərində 502 aiə üçün, Şəkidə 423, Ağcabədi rayonunun ərazisində fin tipli qəsəbələrdə və məktəblərdə məskunlaşmış 1108 ailə, Ağdam rayonunun “Dördyol” adlanan ərazisindəki yeraltı qazmalarda, çiy kərpicdən tikilmiş daxmalarda yaşayan 932 məcburi köçkün ailəsi üçün həmin rayonun ərazisində, 758 ailə üçün Abşeron rayonunun Masazır kəndi ərazisində, həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsinə məxsus binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə ehtiyacı olan 1410 məcburi köçkün ailəsi üçün sosial-texniki infrastrukturu olan yeni qəsəbələr və hündürmərtəbəli yaşayış binaları üçün torpqa sahələri ayrılmışdır. Qaçqın və məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması baxımından yeni iş yerlərinin yaradılması da diqqət mərkəzindədir. 702 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə qarşılıqlı fəaliyyət nəticəsində işlə təmin olunmuşdur. Bundan əlavə 112 nəfərə işsiz statusu verilmiş, 134 nəfərə işsizlik müavinəti təyin olunmuşdur. 253 nəfər əmək bazarının tələbləri əsasında peşə hazırlığı kurslsrına. 217 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. 2010 –cu ilin 6 ayı ərzində MKSİF tərəfindən 39 mikrolayihədən 21 min nəfər əhali, o cümlədən, 13,9 min nəfər məcburi köçkün faydalanmışdır. Nazirlər Kabinetinin sərəncamilə Bakı şəhərində hərbi hissələrə aid binalarda məskunlaşmış 289, Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkün 384 və Abşeron rayonunda 376 məcburi köçkün ailəsinin köçürülməsi məqsədilə Dövlətqaçqınkoma Qaradağ rayonunun inzibati ərazisindəki 14 nömrəli qış otlağından 22,0 ha torpaq sahəsi ayrılmışdır. Kollegiya iclasına yekun vuran Baş nazirin müavini- Dövlətqaçqınkomun sədri Əli Həsənov iclasın gündəliyinə daxil edilmiş məsələlərə münasibət bildirərək qeyd etmişdir ki, ölkə başçısının bu sahəyə gündəlik qayğı və diqqəti kollektivin məsuliyyət hissini artırmaqla qarşıya ciddi və mühüm vəzifələr qoyur. Bu soydaşlarımızın doöma ocaqlarına qayıdanadək sosial-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində cənab prezidentin imzaladığı sərəncamlardan, qarşıya qoyduğu tələblərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün kollektiv bundan sonra da bütün imkanlardan maksimum istifadə etməlidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlara toxunan Ə. Həsənov bu baxımdan Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışını xatırladaraq qeyd etmişdir ki, cənab Prezidentin öz nüfuzundan və təcrübəsindən istifadə etməklə atdığı qətiyyətli və inamlı addımlar, prinsipal mövqe problemin siyasi yolla həlli istiqamətində irəliləyişin əldə olunmasına inam yaradır ki, bütün bunlar da ölkəmizin ən ağırlı problemlərindən olan qaçqın və məcburi köçkün probleminin birdəfəli həllinə yönəldilmiş addımlardandır. Kollegiya iclasında müzakirə olunan məsələlərə dair müvafiq qərar qəbul edilmişdir.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb