"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1502
Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib
Mətbuat xidmətinin məlumatı 20 İyun, 2017
İyunun 20-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin, ADA Universitetinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib. ADA Universitetində keçirilən tədbirdə iştirakçılar əvvəlcə qaçqın və məcburi köçkün uşaqların əl işləri ilə tanış olublar. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelis və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirdə açılış nitqləri ilə çıxış ediblər. Sonra “Biz qaçqınlarla birgə dayanırıq” qlobal kampaniyası çərçivəsində hazırlanmış sosial-xidməti video nümayiş olunub. Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 16 ildir ki, Ümumdünya Qaçqınlar Gününün qeyd edildiyini, ancaq onların qayıdışının qeyd olunmadığını deyib: “Dünyadakı aparıcı dövlətlər nə düşünürlər? Hegemonluq uğrunda mübarizə aparan dövlətlər dünyanı hansı vəziyyətə gətirib çıxarıblar? Azərbaycan 25 ildir ki, torpaqlarının Ermənistan tərəfindən işğalı ilə üzləşib. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətnamələr, qərarlar qəbul ediblər, ancaq nəticə yoxdur”. Əli Həsənov bu gün dünyada məcburi köçkünləri hüquqi baxımdan idarə etmək üçün beynəlxalq sənəd olmadığını vurğulayaraq deyib: “Bu gün dünyada 40 milyon məcburi köçkünün hüququnu hansı sənədlə qorumaq lazımdır? Azərbaycan hər il BMT-də bu məsələni qaldırır, bizimlə razılaşırlar, ancaq belə bir sənəd qəbul olunmur. Gəlib Azərbaycan dövlətinin təcrübəsini öyrənsinlər”. Baş nazirin müavini deyib ki, bu gün dünyada 65,6 milyon insan didərgin düşüb və qaçqın, miqrant, məcburi köçkündür. Yəni, orta hesabla dünyada hər 113 nəfərdən biri didərgin düşmüş şəxsdir. Təəssüf ki, dünyada bu sahədə vəziyyət yaxşılaşmaq əvəzinə pisləşir. Təkcə Türkiyə son 3 ildə 2 milyon 900 min qaçqın qəbul edib. Dünyada özlərini hegemon sayan dövlətlər öz aralarında yeni coğrafi məkanlara, regionlara nəzarət etmək, yeni təbii sərvətlər, xüsusən enerji resursları əldə etmək üçün mübarizə aparırlar. Arada isə ərazisi kiçik, əhalisinin sayı az olan dövlətlər əziyyət çəkirlər. Bu gün dünyanın mənzərəsi budur. Son 30 ildə qaçqın, məcburi köçkün və miqrantların sayı iki dəfə, münaqişə zonalarının sayı üç dəfə artıb. Problemin həlli dünyada xalqların, dövlətlərin həmrəyliyini tələb edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Əli Həsənov bildirib ki, dünyanın bütün aidiyyəti qurumları, xüsusilə BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası və digərləri bu münaqişənin həlli ilə məşğuldur. Ancaq heç bir nəticə yoxdur. Əgər nəticə yoxdursa bu qərarlar kimə lazımdır? Baş nazirin müavini qeyd edib ki, bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yaratdığı qaçqın və məcburi köçkünlərin idarəolunma modelini – Azərbaycan modelini daha da təkmilləşdirib. Dünya dövlətləri Azərbaycanın bu təcrübəsindən yararlana bilərlər. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan bütün ölkələrə, dövlətlərin qəbul etdiyi sənədlərə hörmətlə yanaşır. Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət göz qabağındadır. Avropa dövlətləri, qurumları da Azərbaycana hörmətlə yanaşmalı və qərəzli qərarlar verməməlidir. Azərbaycan tolerant ölkədir. Azərbaycanda sabitlik hökm sürür, siyasi, iqtisadi və sosial inkişaf var. Buna görə də ölkəmizə miqrant axını mövcuddur. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev çıxışında bildirib ki, bu gün qeyd olunan Ümumdünya Qaçqınlar Günü dünyada müharibələrin, etnik təmizləmələrin, terror aktlarının, milli və dini münaqişələrin dağıdıcı təsirinin artdığı dövrə təsadüf edir. Dünyanın 50-dən çox ölkəsində yaşanan münaqişələr 65 milyondan çox insanın öz ev-eşiyindən didərgin düşməsinə, müharibənin yaratdığı ağır fəlakətlərin yaşanmasına, milyonlarla insanın doğma yurd-yuvasından didərgin düşməsinə, ağır və kütləvi miqrasiya problemlərinə səbəb olub. Etnik təmizləməyə və əraziləri işğala məruz qalan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə hazırda bir milyon iki yüz mindən artıq qaçqın və məcburi köçkün var. Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biridir. U.Mirzəyev qeyd edib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanın haqq səsini dünyaya çatdırmaq məqsədilə hökumət qurumları ilə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelis qeyd edib ki, 2016-cı ilin sonunda bütün dünyada zorla didərgin salınmış insanların sayı 65,6 milyon nəfər olub, bu da əvvəlki ildən 300 min nəfər çoxdur. O, didərgin düşmüş insanların 22,5 milyon nəfərinin qaçqın, 40,3 milyon nəfərinin öz ölkələri daxilində köçkün düşənlər, 2,8 milyon nəfərinin ölkələrini tərk edən və qaçqın qismində beynəlxalq himayə axtaran insanlar olduğunu diqqətə çatdırıb. O deyib ki, qaçqınlar, miqrantlar bacarıq və peşələri ilə gəldikləri ölkələrin inkişafına böyük töhfə verə bilərlər. Müharibə və terrorizmdən qaçanlarla müharibə və terrorizmi özlərinin peşələri kimi seçənlər arasında fərq böyükdür. Furio De Angelis Azərbaycan cəmiyyətinin qonaqpərvərliyi ilə seçilən cəmiyyət olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Dağlıq Qarabağ problemi ucbatından qaçqın və məcburi köçkün probleminə məruz qalıb. Ancaq Azərbaycan inkişaf yolu seçib. Bu gün Azərbaycan Avropada ən çox didərgin insanın olduğu ölkələrdəndir. “Biz Azərbaycanda minlərlə məcburi köçkünün mənzillə təmin edilməsini nəzərdə tutan layihəni alqışlayırıq. Mən Cocuq Mərcanlının timsalında məcburi köçkünlərin ilk qayıdışı münasibətilə Azərbaycan hökumətini təbrik edirəm”, - deyə o qeyd edib. Sonda məcburi köçkün gənclərin ifasında musiqi proqramı təqdim olunub.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb