XƏBƏRLƏR
Çap et
1836
BMT və digər beynəlxalq qurumlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə həllinə çalışmalıdırlar
Mətbuat xidmətinin məlumatı
21 İyun, 2010
\\\"Hyatt Regency\\\" hotelində \\\"Onlar mənim evimi əlimdən aldılar, amma gələcəyimi ala bilməzlər\\\" devizi ilə keçirilən tədbirdə bu fikir dönə-dönə vurğulandı
İyunun 18-də keçirilən mərasimdə əvvəlcə BMT-nin qaçqınlar üzrə ali komissarı cənab Antonio Quterreşin və xoşməramlı səfir xanım Anjelina Jolenin video-müraciətləri təqdim olundu. Erməni işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımızın həyatından bəhs edən \\\"Vətən həsrəti və sönməyən ümidlər\\\" filmi nümayiş etdirildi.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mərasimdə iştirak edən beynəlxalq qurumların, diplomatik korpusun nümayəndələrini salamladıqdan sonra Azərbaycan hökumətinin qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində gördüyü səmərəli tədbirlər barədə geniş məlumat verdi. O bildirdi ki, ötən əsrin 90-cı illərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkədə yaranan siyasi və sosial-iqtisadi gərginliyin vurduğu ziyanın aradan qaldırılmasında bir sıra beynəlxalq qurumların, o sıradan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Avropanın və Amerikanın, Türkiyənin, bir sıra ərəb ölkələrinin humanitar təşkilatlarının ölkəmizə göstərdiyi yardımın əvəzedilməz rolu danılmazdır. Əks halda, ölkədə birmənalı şəkildə humanitar fəlakət yarana bilərdi. Əli Həsənov həmin dövrdə və bu gün də humanitar missiyanı uğurla yerinə yetirən bütün beynəlxalq təşkilatlara Azərbaycan hökuməti adından təşəkkürünü bildirdi.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov bir faktı da diqqətə çatdırdı ki, əgər 15 il əvvəl bütün beynəlxalq humanitar təşkilatlar il ərzində 75-80 milyon dollar həcmində proqram həyata keçirirdilərsə, Azərbaycan hökuməti üst-üstə bu məqsədlə 1-2 milyon dollar vəsait sərf edə bilmirdisə, keçən il və bu il beynəlxalq humanitar təşkilatlar birlikdə 25-30 milyon dollarlıq missiya yerinə yetiriblər. Azərbaycan dövləti isə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə hər il təxminən 400 milyon dollara qədər vəsait yönəldir. Əli Həsənov son illər ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar kontekstində qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, onların işlə təmin edilməsi, səhiyyə xidmətinin təşkili, uşaqların və gənclərin təhsilə cəlb olunması istiqamətində görülən radikal tədbirlərdən danışdı. O qeyd etdi ki, bu sahədə ümummilli liderin hazırladığı və həyata keçirdiyi strategiya bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz əzəli yurdlarından didərgin düşmüş soydaşlarımızın mənzil şəraitinin, digər sosial problemlərinin həllinin dövlətin prioritet vəzifələrindən olduğunu diqqətə çatdırdı.
Əli Həsənov təəssüf hissi ilə bildirdi ki, beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsələr də, problemin sülh yolu ilə həllinə ciddi səy göstərmir, münaqişədən ziyan çəkmiş azərbaycanlıların qanuni hüquqlarını qorumaq istəmirlər. Qərarlar qəbul olunur, lakin bu qərarların icra mexanizmi hələ ki tapılmır. Sual olunur: niyə işğalçı Ermənistana hərtərəfli yardım edilir? Bu hallar beynəlxalq konvensiyalara tamamilə ziddir. Nə üçün beynəlxalq qanun və konvensiyalara məhəl qoymayan Ermənistana bu dərəcədə hörmət edilir? Görəsən, bu paradoksal vəziyyət, ədalətsizlik nə vaxtadək davam edəcək?
Əli Həsənov mərasim iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan hökuməti münaqişədən ziyan çəkmiş vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün tədbirləri görməyə qadirdir. Onların hüquqlarının ölkə daxilində qorunması üçün hər cür təminat yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bütün mümkün addımları atmış və bu istiqamətdə fəaliyyətini bu gün də uğurla davam etdirir. \\\\\\\"Amma biz çox istərdik ki, BMT və digər beynəlxalq qurumlar adıçəkilən problemin dinc yolla həllinə daha ciddi səy göstərsinlər. Bu, Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərpasına, münaqişələrdən ziyan çəkmiş insanların hüquqlarının qorunmasına mühüm töhfə olar\\\\\\\".
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışının sonunda bildirdi ki, Ümumdünya Qaçqınlar Gününü qeyd etməklə biz qaçqın və məcburi köçkünlərlə həmrəyliyimizi nümayiş etdirir, ürəkdən arzulayırıq ki, münaqişə nəticəsində doğma yurd-yuvalarını itirmiş insanlar öz əzəli torpaqlarına qayıtsınlar, onların həyatı əvvəlki məcrasına düşsün. Bunun üçün isə BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi bütün qətnamələr tezliklə yerinə yetirilməli, ATƏT-in və digər beynəlxalq qurumların fəaliyyəti gücləndirilməli, donor ölkələrin xeyirxah missiyası davam etdirilməlidir.
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi cənab Arun Sala-Nqarm və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Siyasət, informasiya və mətbuat şöbəsinin müdiri cənab Jerome Pons çağdaş dünyamızı narahat edən problemlər sırasında silahlı münaqişələr və siyasi konfliktlər nəticəsində doğma yurdlarından didərgin düşən insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində beynəlxalq qurumların, nüfuzlu dövlətlərin daha çox iş görmələrini, səmərəli fəaliyyət göstərmələrini arzuladılar. Onlar ümid etdiklərini bildirdilər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş 1 milyondan artıq azərbaycanlının da ümidləri göyərəcək, onların vətən həsrətinə, nəhayət ki, son qoyulacaq. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev çıxışında vurğuladı ki, haralardasa müvəqqəti sığınacaq tapan insanların ən böyük arzusu yerinə yetirilməli, onlar öz doğma ocaqlarına qaytarılmalıdırlar. Problemin həllinin ən doğru yolu da budur. Onlar yalnız öz evlərində xoşbəxt ola bilərlər. Səylər buna, bu istiqamətdə qəbul edilən beynəlxalq sənədlərin icrasına yönəlməlidir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









