XƏBƏRLƏR
Çap et
1759
Koreya Respublikası məcburi köçkünlərlə bağlı layihələr həyata keçirməyi planlaşdırır.
Mətbuat xidmətinin məlumatı
09 İyun, 2017
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov iyunun 7-də Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Choi Yonjaenlə görüşmüşdür.
Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə diplomatik nümayəndələrin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə təşkil edilmiş səfərində iştirak etdiyinə görə Səfirə təşəkkürünü bildirdi.
Baş nazirin müavini Əli Həsənov bütün sahələr üzrə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu diqqətə çatdıraraq münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı Koreyanın ölkəmizdə fəaliyyət göstərən Şərq Təbabəti Klinikası, “For You” Beynəlxalq Humanitar İctimai Birliyinin, Koreyanın Azərbaycandakı səfirliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirmiş və bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırmışdır.
Görüşdə Əli Həsənov eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinin Koreya Respublikası tərəfindən dəstəklənməsinin vacibliyini bildirdi.
Səfir Kim Çanq-gyu Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını diqqətə çatdırdı və Azərbaycan Prezidentinin fəal və sülhsevər siyasət həyata keçirdiyini yüksək qiymətləndirdi.
Ölkələrimiz arasında bir sıra sahələrdə, o cümlədən mədəni məsələlərdə oxşarlıqların olmasına toxunan Səfir Altay dil qurupuna aid ölan ölkələrin arasında birliyin yaranmasının gələcəkdə öz nəticəsini göstərəcəyinə əminliyini qeyd etdi.
Koreyalı diplomat ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində öz köməyinin əsirgəməyəcəyini və bunun üçün səylərinin artırılacağını diqqətə çatdırdı.
Səfir Kim Çanq-gyu ötən dövrlərdə məcburi köçkünlərə dəstək üçün həyata keçirdikləri layihələrin bu gün müsbət nəticələri olduğunu vurğuladı və cari ildə də bir sıra tədbirlərin planlaşdırıldığını bildirdi.
İki ölkə arasında siyasi sahədə əməkdaşlıqla bağlı komissiyanın yaradıldığını deyən Səfir eyni zamanda tibb, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm sahəsində də müvafiq işlərin görüldüyünü diqqətə çatdırdı.
Dünyada gedən ictimai-siyasi proseslərdən danışan Əli Həsənov qeyd etdi ki, Altay dil qurupuna aid olan ölkələrin həmrəyliyi daha səmərəli olar. Bu gün dünyada güclülər öz güclərini nümayiş etdirirlər və yeni coğrafi ərazilərə, təbii sərvətlərə, xüsusən enerji resurslarına sahib çıxmaq üçün mübarizə aparırlar. Nəticədə isə kiçik dövlətlər, xalqlar və günahsız insanlar əziyyət çəkir.
Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyev isə daimi sülhsevər siyasət yeridir, ölkələri həmişə həmrəyliyə dəvət edir və bütün ölkələrlə bərabər əməkdaşlıq siyasəti həyata keçirir. Bu günlərdə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları bunun bir daha əyani sübutu oldu.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









