XƏBƏRLƏR
Çap et
1455
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Dövlətqaçqınkomda olmuşdur.
Mətbuat xidmətinin məlumatı
22 May, 2017

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov mayın 19-da Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Choi Yonjaenlə görüşmüşdür.
Görüşdə Azərbaycanla Koreya arasında son illər iqtisadi, siyasi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu önə çəkən F.Hüseynov ölkəmizdəki məcburi köçkünlərin sosial problemlərinin həllində koreyalı mütəxəssislər tərəfindən humanitar layihələrin həyata keçirilməsini yüksək qiymətləndirmişdir.
Koreyalı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində cənab Prezidentin bu sahəyə müntəzəm qayğı və diqqəti sayəsində həyata keçirilən tədbirlər və digər bu kimi məsələlər barədə hərtərəfli məlumat verən F.Hüseynov onu da diqqətə çatdırmışdır ki, ölkəmiz belə bir ağır problemlə üzləşdiyi ilkin dövrlərdə əgər BMT qurumlarının, bir sıra ölkələrin, müxtəlif beynəlxalq humanitar təşkilatların köməyi olmasaydı, Azərbaycan humanitar fəlakətlə üz-üzə qalardı.
Belə bir vaxtda Koreyanın humanitar təşkilatlarının da ölkəmizdəki qaçqın və məcburi köçkünlərə göstərdiyi humanitar yardımların böyük önəm kəsb etdiyi vurğulanan görüşdə bildirilmişdir ki, artıq öz iqtisadi imkanlarını getdikcə artıran Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürərək bu istiqamətdə dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunəyə çevrilib. Ancaq bütün bunlar o demək deyil ki, indi Azərbaycanda beynəlxalq humanitar təşkilatların layihələrinə ehtiyac yoxdur. Əksinə, indi xüsusilə, icmaların inkişafına, məcburi köçkünlərin məşğulluğunun artırılmasına, təhsilə, səhiyyəyə, müxtəlif inkişaf layihələrinə ehtiyac duyulur ki, bu baxımdan Koreyanın Azərbaycanda məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə həyata keçirdikləri bir sıra layihələri də olduqca mühüm əhəmiyyət kəsb edir.
Koreyalı qonaq aparılan müzakirələr zamanı bildirmişdir ki, hazırda məcburi köçkünlərin məskunlaşdıqları yerlərdə müvafiq layihələrin həyata keçiriləcəyi ilə bağlı müəyyən işlər aparılır və elə bu görüşə də onları maraqlandıran bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün gəliblər.
Sonda qonaq onları maraqlandıran müxtəlif suallara hərtərəfli cavab aldıqlarına və səmimi qəbula görə minnətdarlıqlarını bildirmişlər.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb