XƏBƏRLƏR
Çap et
1826
Türkiyə Azərbaycan birliyi, həmrəyliyi daimidir və bundan sonra da artacaqdır.
Mətbuat xidmətinin məlumatı
11 May, 2017
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov mayın 11-də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.
Görüşdə Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən Baş nazirin müavini bu əlaqələri daha da inkişaf etdirmək və bu birliyin daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladı.
Baş nazirin müavini 16 aprel tarixdə Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilmiş referendumda hakim Ədalət və İnkişaf Partiyasının qalib gəlməsi ilə bağlı öz təbriklərini çatdırdı. Əli Həsənov bildirib ki, iki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var. Xalqımızın ümummilli lideri Heydər Əliyev Türkiyə ilə Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi və bu əlaqələrin günbəgün möhkəmlənməsi üçün tədbirlər görürdü. Xüsusilə torpaqlarımız işğal olunan zaman ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün edilmiş humanitar yardımları da heç zaman yaddan çıxartmaq olmaz və burada qardaş Türkiyənin dəstəyi çox böyük olmuşdur.
Baş nazirin müavini Əli Həsənov deyib ki, Prezident İlham Əliyev hər zaman müsəlman ölkələrinin həmrəyliyini, onların bir olmasının vacibliyini qeyd edir.Bu həmrəylik nə qədər güclü olsa, bizə yanaşma da dəyişəcək. Bəzi dünya dövlətləri daim çalışırlar ki, bu müsəlman ölkələri arasındakı həmrəyliyə xələl gətirsinlər. Ancaq bilirik ki, bu xalqlar və dövlətlər arasında nifaq salmaq mümkün deyil.
Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qəbul etdiyi qərara toxunan Əli Həsənov bunun əsassız və ədalətsiz qərar olduğunu bildirib: “Türkiyə bizə qonşu, qardaş dövlətdir. Qardaş ölkədə güclü islahatlar həyata keçirilir. Beynəlxalq təşkilatlar bu cür ədalətsiz qərar qəbul etdikdə onlara olan inam və etibar demək olar ki itir.Bu cür təşkilatlar əgər düzgün yol tutmasalar onların özlərinə ziyan olacaqdır. Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü var.25 ildir ki, bizim problemimiz həll olunmur.Əgər beynəlxalq təşkilatlar qərar qəbul edib onu icra etmirlərsə onda bu kimə lazımdır”.
Əli Həsənov Səfirə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, sabahdan başlayacaq IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, bu həm idman yarışı olmaqla yanaşaı həm ölkəmizi tanıtmaq, həm də islam həmrəyliyi ilə bağlı keçirilən ən böyük tədbirdir.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qəbula və hərtərəfli məlumata görə minnədarlığını bildirdi. Səfir Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı keçirilən tədbiri qeyd edərək Ümummilli Lider haqqında xoş sözlərini çatdırdı.
O, AŞPA da Türkiyəyə qarşı ədalətsiz qərar qəbul edilərkən Prezident İlham Əliyev tərəfindən Türkiyəyə göstərilən dəstəyin bütün türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.
Görüşdə Erkan Özoral Ramazan bayramı ərəfəsində Türkiyənin Qızıl Ay beynəlxalq humanitar təşkilatı tərəfindən ölkəmizdə olan məcburi köçkünlərə yardım edilməsi ilə bağlı bəzi fikirlərini çatdırdı.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









