XƏBƏRLƏR
Çap et
1711
Sumqayıtda və Bakıda müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüşlər keçirilib
Mətbuat xidmətinin məlumatı
01 Mart, 2017
Fevralın 28-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Sumqayıt şəhərində yerləşən “Sumqayıt” mehmanxanasında məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Əli Həsənov məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub, onların problemləri ilə maraqlanıb.
Məcburi köçkünlər Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirib, ən qısa zamanda onların digər problemlərinin də həll ediləcəyinə əmin olduqlarını qeyd ediblər.
Sonra Sumqayıtdakı “28 May” Mədəniyyət Evində bu şəhərdə və ətraf ərazilərdə məskunlaşan Qubadlıdan və digər rayonlardan olan məcburi köçkünlərlə görüş keçirilib.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov görüşün məcburi köçkünlərin müxtəlif məsələlərlə bağlı problemlərinin öyrənilməsi və onların aradan qaldırılması məqsədi daşıdığını bildirib.
Əvvəlcə məcburi köçkünlər müxtəlif məsələlərlə bağlı problemlərini səsləndiriblər. Qeyd edilib ki, Sumqayıt şəhərində məskunlaşan 52 minə yaxın məcburi köçkündən 23 mindən çoxunu Qubadlı rayonundan olan sakinlər təşkil edir. Minlərlə məcburi köçkün yaşayış üçün nəzərdə tutulmayan yerlərdə məskunlaşıb. Azərbaycan Prezidentinin hər zaman məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşdığını deyən sakinlər ən qısa zamanda onların mənzil şəraitlərinin yaxşılaşdırılacağına və digər problemlərinin həll olunacağına əminliklərini ifadə ediblər. Məcburi köçkünlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalçılarından azad olunacağına və doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığını vurğulayıblar.
Görüşdə çıxış edən Baş nazirin müavini Əli Həsənov bildirib ki, qubadlılılar hər zaman Azərbaycan dövləti və xalqı üçün çox böyük töhfələr veriblər. Komitə sədri qeyd edib ki, insanların sosial rifah halının yaxşılaşdırılması və üzləşdikləri problemlərinin həll edilməsi Azərbaycan Prezidentinin yüksək diqqət göstərdiyi sahələrdəndir.
Çıxışlar zamanı səsləndirilən problemlərə aydınlıq gətirən Əli Həsənov Sumqayıtda məskunlaşmış məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərə başlanıldığını bildirib. Artıq bir neçə binanın tikintisi üçün yerlər seçilib və yaxın günlərdə tikinti işlərinə başlanılacaq.
Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini hər zaman diqqət mərkəzində saxlayır, onların hər bir probleminə xüsusi həssaslıqla yanaşır. Komitə sədri Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunacağını və bütün məcburi köçkünlərin doğma yurdlarına qayıdacağını bildirərək deyib: “Biz o torpaqlara qayıdacağıq. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu hər an öz torpaqlarını işğaldan azad etməyə hazırdır. Azərbaycan Prezidenti qan tökülməsini, anaların gözü yaşlı qalmasını istəmir. Ermənistanda da sadə insanlar bunu anlayırlar. Erməni əsgəri anasına məktub yazır ki, mən niyə başqasının torpağında ölməliyəm. Bu, bizim gördüyümüz işlərin nəticəsidir, diplomatiyamızın uğurudur”.
Ermənistandakı rejimin azərbaycanlıların qanı üzərində hakimiyyətə gəldiyini, buna görə də öz təcavüzkar siyasətlərindən əl çəkmədiyini bildirən Əli Həsənov qeyd edib ki, Xocalı soyqırımı ərəfəsində Ermənistan növbəti təxribata əl atdı və bu dəfə də Azərbaycan Ordusunun gücünü gördü. Bizim də şəhidlərimiz oldu. Ancaq Ermənistan tərəfinin itkiləri bizdən dəfələrlə çoxdur.
Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı imzaladığı Sərəncamın bütün dünyaya səs saldığını qeyd edən komitə sədri kənddə görülən işlərə də toxunub. Bildirib ki, kənddə artıq tikinti işlərinə başlanılıb, yol çəkilir. İşlər çox sürətlə aparılır və ən qısa müddətdə başa çatdırılacaq.
X X X
Baş nazirin müavini Əli Həsənov fevralın 28-də, həmçinin Bakının Xəzər rayonu ərazisindəki “Energetika” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti, 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli binada da olub və orada məskunlaşan məcburi köçkünlərlə görüşüb.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









