XƏBƏRLƏR
Çap et
1388
Koreyalı mütəxəssislər məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə kəhriz su sistemlərini bərpa edəcəklər
Mətbuat xidmətinin məlumatı
22 Fevral, 2017

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov fevralın 21-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Choi Yonjaenlə görüşmüşdür.
Məcburi köçkünlərin cəmiyyətə sosial-iqtisadi reinteqrasiyasını gücləndirmək məqsədi daşıyan «Azərbaycanda kəhriz su sistemlərinin bərpası vəsaitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatının inteqrə edilmiş inkişafı» ilə bağlı təklif edilmiş layihənin texniki-iqtisadi əsaslandırılmasını müzakirə etmək üçün Koreyadan ezam olunmuş ekspert qrupunun da iştirak etdiyi görüşdə Azərbaycanla Koreya arasında son illər iqtisadi, siyasi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu önə çəkən F.Hüseynov həmçinin ölkəmizdəki məcburi köçkünlərin sosial problemlərinin həllində koreyalı mütəxəssislər tərəfindən bu cür humanitar layihələrin həyata keçirilməsini də deyilənlərin bariz nümunəsi kimi dəyərləndirmişdir.
Öncə koreyalı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində cənab Prezidentin bu sahəyə müntəzəm qayğı və diqqəti sayəsində həyata keçirilən tədbirlər və digər bu kimi məsələlər barədə hərtərəfli məlumat verən F.Hüseynov onu da diqqətə çatdırmışdır ki, ölkəmiz belə bir ağır problemlə üzləşdiyi ilkin dövrlərdə əgər BMT qurumlarının, bir sıra ölkələrin, müxtəlif beynəlxalq humanitar təşkilatların köməyi olmasaydı, Azərbaycan humanitar fəlakətlə üz-üzə qalardı.
Belə bir vaxtda Koreyanın humanitar təşkilatlarının da ölkəmizdəki qaçqın və məcburi köçkünlərə göstərdiyi humanitar yardımların böyük önəm kəsb etdiyi vurğulanan görüşdə bildirilmişdir ki, artıq öz iqtisadi imkanlarını getdikcə artıran Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürərək bu istiqamətdə dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunəyə çevrilib. Ancaq bütün bunlar o demək deyil ki, indi Azərbaycanda beynəlxalq humanitar təşkilatların layihələrinə ehtiyac yoxdur. Əksinə, indi xüsusilə, icmaların inkişafına, məcburi köçkünlərin məşğulluğunun artırılmasına, təhsilə, səhiyyəyə, müxtəlif inkişaf layihələrinə ehtiyac duyulur ki, bu baxımdan Koreyanın Azərbaycanda məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə kəhriz su sistemlərinin bərpası ilə bağlı layihə də olduqca mühüm əhəmiyyət kəsb edir.
Koreyalı mütəxəssislərdən ibarət nümayəndə heyəti ilə aparılan müzakirələr zamanı bildirilmişdir ki, layihə ilə əlaqədar ölkəmizə gəlmiş nümayəndə heyəti artıq regionlarda araşdırmalara başlayıb və məcburi köçkünlərlə keçirilən görüşlərdə onlar da bu layihənin həyata keçirilməsini müsbət dəyərləndirmişlər.
Sonda qonaqlar onları maraqlandıran müxtəlif suallara hərtərəfli cavab aldıqlarına və səmimi qəbula görə minnətdarlıqlarını bildirmişlər.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb