"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1355
Bakıda təməli qoyulan əczaçılıq zavodu Azərbaycan ilə İranın birgə uğurlu əməkdaşlığının bariz göstəricisidir
Mətbuat xidmətinin məlumatı 17 Yanvar, 2017
Bakıda təməli qoyulan əczaçılıq zavodu Azərbaycanın qeyri-neft sektorunda həyata keçirilən mühüm layihələrdən biridir. Bu, eyni zamanda, Azərbaycan ilə İranın birgə uğurlu əməkdaşlığının bariz göstəricisidir. Bu sözləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yanvarın 17-də İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib. Baş nazirin müavini bildirib ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr günbəgün inkişaf edir. “İran dövləti və xalqı bizim üçün dost və qardaşdır. Həm dinimiz birdir, eyni zamanda, dilimiz, adət-ənənələrimiz, tariximiz, mədəniyyətimizdə çox oxşarlıqlar var”, - deyə Əli Həsənov vurğulayıb. Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin xüsusi rolunu vurğulayan Əli Həsənov qeyd edib ki, bu əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafını daha da sürətləndirib. İran şirkətlərinin Azərbaycanda bir çox layihələrdə iştirak etdiyini diqqətə çatdıran Baş nazirin müavini deyib: “Bu gün Azərbaycan dinamik inkişaf edir. Əgər Azərbaycanda yoxsulluq həddi 2003-cü ildə 49 faiz idisə, bu gün 5 faizə enib. İqtisadiyyatımızın neftdən asılılığı əhəmiyyətli dərəcədə azalıb. Ölkədə ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. Azərbaycanın əsas məqsədlərindən biri inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına çıxmaqdır. Bu, Azərbaycan Prezidentinin qarşıya qoyduğu məqsəddir və buna nail olacağıq”. Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil siyasət yürütdüyünü diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, ölkələrimiz beynəlxalq məsələlərdə eyni mövqe sərgiləyir, bir-birilərini müdafiə edirlər. İran və Azərbaycan prezidentləri tez-tez görüşür, qarşılıqlı səfərlər edirlər. Ölkələrimiz arasındakı əlaqələri pozmaq istəyən qüvvələr olsa da, onlar öz istəklərinə nail ola bilməyəcəklər. Bildirilib ki, Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı bir çox qərar və qətnamələr qəbul etsələr də, onların heç biri yerinə yetirilmir. Beynəlxalq tədbirlərdə, xüsusən BMT tədbirlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunarkən İran İslam Respublikası Azərbaycanın obyektiv işinə həmişə müsbət yanaşıb və səsvermələrdə Azərbaycan ilə birgə olduğunu nümayiş etdirib. Baş nazirin müavini respublikamızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi, iqtisadi vəziyyətinin ağır olduğu bir dövrdə İranın İmam Xomeyni İmdad Komitəsi və Qızıl Aypara ("Hilal Əhmər") Cəmiyyəti humanitar təşkilatlarının ölkəmizə etdikləri yardımlara görə təşəkkürünü bildirib. Qeyd olunub ki, həmin ağır illərdə ilk olaraq İranın Qızıl Aypara Cəmiyyəti Azərbaycana humanitar yardım əlini uzadaraq Biləsuvar, Saatlı və Sabirabad rayonlarında 7 çadır düşərgəsi qurdu və 50 min nəfərədək məcburi köçkün müvəqqəti olaraq bu düşərgələrdə məskunlaşdı. Həmin çətin vaxtlarda Azərbaycanın iqtisadi imkanları çox aşağı səviyyədə idi. “Hazırda biz mürəkkəb bir dövrdə yaşayırıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün İslam həmrəyliyinə çox böyük ehtiyac var. Bu il Prezident İlham Əliyev Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib. Azərbaycan tolerant ölkədir. Ermənistandan fərqli olaraq ölkəmizdə müxtəlif dinlərə məxsus insanlar dinc, mehriban şəraitdə yaşayırlar. Onlar Azərbaycan vətəndaşları ilə bərabər hüquqlara malikdirlər”, - deyə Baş nazirin müavini vurğulayıb. Əli Həsənov əminliyini bildirib ki, Azərbaycan ilə İran arasındakı əlaqələr bundan sonra daha da inkişaf edəcək. Qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii diqqətə çatdırıb ki, onu müşayiət edən nümayəndə heyətinin tərkibində İran parlamentində nüfuzlu şəxslər, dostluq qrupunun üzvləri, komitə rəhbərləri, rəyasət heyətinin üzvləri təmsil olunur: “Bu, İranın Azərbaycan ilə əlaqələri daha da inkişaf etdirmək istəyinin göstəricisidir. Biz Azərbaycanın gündən-günə inkişafını, abadlıq-quruculuq işlərini, yeni-yeni binaların inşasını, insanların rifah halının yaxşılaşmasını gördükdə çox sevinirik”. Əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan Əli Rəbii deyib: “Humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial var. Əlillərin reabilitasiyası, protezlərin hazırlanması, sanatoriyalar və digər bu kimi istiqamətlər üzrə əməkdaşlığı genişləndirməyə hazırıq. Nəqliyyat-yol infrastrukturunun təkmilləşdirilməsi sahəsində də böyük işlər görülür, birgə layihələr reallaşdırılır. Azərbaycan marşrutu bizim üçün etibarlı və təhlükəsiz istiqamətdir. Hazırda Rəşt-Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin çəkilməsi üzərində iş gedir. Bu, həm ölkələrimizdə yeni iş yerlərinin açılmasına, həm də insanların bu marşrutlardan faydalanmasına, gəlir əldə etməsinə səbəb olacaq. Eyni zamanda, dənizdə sərnişin və yük daşımaları sahəsində də əməkdaşlıq üçün real imkanlar var”. Görüşdə ölkələrimiz arasında iqtisadi, humanitar əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb