XƏBƏRLƏR
Çap et
1983
Baş nazirin müavini Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə baş çəkib.
Mətbuat xidmətinin məlumatı
18 Noyabr, 2016

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə noyabrın 17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə Cocuq Mərcanlı kəndinə gəlib.
Baş nazirin müavini Əli Həsənov əvvəlcə Ermənistanın işğalçı ordusu tərəfindən 1993-cü ildə işğal olunmuş, lakin sonradan Xalqımızın ümummili lideri Heydər Əliyevin göstərişi ilə həyata keçirilmiş uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad olunan Cocuq Mərcanlı kəndindəki vəziyyətlə tanış oldu. Sonra Əli Həsənov yeganə ailə olan və 23 il Cocuq Mərcanlı kəndində yaşayan 7 nəfər ailə üzvlərindən ibarət Həziyev Oktay Əbil oğlunun ailəsinə baş çəkdi.
Ailə üzvləri ilə aparılan söhbət zamanı Oktay Həziyev bildirdi ki, kənd işğal olunandan sonra müvəqqəti olaraq başqa yerlərdə məskunlaşıblar. Həmin yerlərdə isə bəzi insanların biganə münasibəti ilə rastlaşıblar. Ancaq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatından sonra işğaldan azad olunmuş öz doğma kəndlərinə qayıdırlar. Öz doğma vətənindən uzaqda yaşamağın nə qədər çətin olduğunu deyən Oktay Həziyev doğma kəndi işğaldan azad olununandan sonra yenidən öz vətənində yaşamağın həm də mənlik və qürur hissi olduğunu bildirdi.
Baş nazirin müavini söhbət zamanı qeyd etdi ki, Ermənistanın qondarma prezidenti Sarkisyan Beyləqan rayonunu işğal edəcəklərini bildirmişdi. Xalqımızın ümummili Lideri Heydər Əliyev 1993-cü ilin noyabr ayında televiziya ilə xalqa müraciət etdi. Sonra dekabr ayında hərbiçilərlə görüşdü və uğurlu Horadiz əməliyyatının planı quruldu. 1993-cü il dekabrın sonlarında aparılan uğurlu əməliyyat zamanı ordumuz işğal olunmuş bu əraziləri azad etdi. 1994-cü ilin aprel ayında Ulu Öndər Heydər Əliyev Füzuli rayonuna gəldi, səngərdə hərbiçilərlə görüşdü. Onları qələbə münasibətilə təbrik etdi və işğaldan azad olunmuş ərazilərin bərpa olunmasına, həmin ərazilərin yenidən qurulmasına göstəriş verdi.
Oktay Həziyev bildirdi ki, kəndimiz işğaldan azad olunan vaxtdan biz burada yaşayırıq. Burada yaşayış üçün heç bir təhlükə yoxdur, tam sərbəst və arxayın yaşayırıq. Çünki bizim İlham Əliyev kimi Ali Baş Komandanımız var, güclü, qüdrətli Azərbaycan ordusu var. Burada kənd təsərrüfatı və heyvandarlıqla məşğul oluruq. Taxıl, yonca, arpa və bostan bitkiləri əkirik. 600-ə yaxın xırda, 70-ə yaxın iri buynuzlu mal-qara, 300-ə yaxın toyuq-cücə saxlayırıq. O cümlədən arıçılıqla məşğul oluruq. Dövlət tərəfindən bizə hər cür dəstək göstərilir. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün Aqrolizinq ASC tərəfindən də texnikalar verilib. Kəndimizin suyu, elektrik enerjisi, qazı, bir sözlə, hər cür şəraitimiz var. Lələ təpə yüksəkliyi işğaldan azad olunandan sonra bizim təhlükəsizliyimiz daha da gücləndi. Cənab Prezidentimizin Lələ Təpə yüksəkliyinə gəlməsi, ərazilərimizin müdafiəsində duran əsgərlərimizlə görüşməsi bizi qürurlandırdı və bizdə böyük ruh yüksəkliyi yaratdı.
Baş nazirin müavin qeyd etdi ki, Horadiz əməliyyatı kimi Aprel əməliyyatı da Azərbaycan tarixinin şanlı səhifələridir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Lələ təpə yüksəkliyindən bütün dünyaya, Ermənistana və onun işğalçı prezidentinə öz mesajını verdi. Bu gün bizim çox güclü ordumuz var. İstənilan vaxt bizim qüdrətli ordumuz işğal olunmuş ərazilərimizi azad etmək gücündədir. Aprel döyüşləri bunu bir daha sübut etdi. Ancaq Ali Baş Komandan İlham Əliyev bu problemin sülh yolu ilə həllinin tərəfdarıdır. O istəmir ki, yenidən qan tökülsün. Ancaq Ermənistan tərəfi düz yola gəlməsə, müharibə yolu ilə olsa da, biz torpaqlarımızı mütləq azad edəcəyik. Bu bizim haqqımızdır.
Ailə ilə söhbət zamanı Oktay Həziyevin 84 yaşlı anası Minarə Hakiyeva başına gələn hadisələrdən danışdı və bildirdi ki, bütün bunlar onu öz yolundan döndərməyib. Ömrünün sonuna kimi öz doğma kəndində yaşayacq və bunu öz övladlarına da tövsiyə edib.
Əli Həsənov xüsusilə vurğuladı ki, sizin ailəniz bütün məcburi köçkünlər üçün nümunədir, vətənpərvərlik göstəricisidir. Bu gün Bakı şəhərində acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərə rayonlarda olan qəsəbələrdə imkan olduqca hər cür şəraiti olan evlər təklif edirik. Çünki bu insanlar əvvəllər də rayonlarda yaşayıblar və bizim xalqda torpağa bağlılıq daha güclüdür. Vətən doğulduğun torpaqdan başlayır. Hesab edirəm ki, məcburi köçkünlərimiz bunu başa düşməlidirlər və Bakıda ağır şəraitdə yaşamaqdansa, gəlib öz doğma yerlərində yaşamağa üstünlük verəcəklər. Bu gün cənab Prezidentin qayğısı nəticəsində məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşdırılması üçün yeni qəsəbələr salınır. Ancaq torpaqlar işğaldan azad olunandan sonra bu qəsəbələr həmin yerlərdə yaradılacaq, orada bütün infrastruktur yenidən qurulacaq.
Sonda Oktay Həziyevin ailəsinə mövcud imkanlar çərçivəsində müvafiq yardım olundu.
Oktay Həziyev bütün məcburi köçkünlərə, o cümlədən Cocuq Mərcanlı kəndinin sakinlərinə müraciət edərək onların da qayıdaraq öz kəndlərində yaşamalarına çağırış etdi və bildirdi ki, biz 23 ildir öz doğma kəndimizdə yaşayırıq. Bura bizim doğma torpağımızdır. Torpaqdan güclü heç nə ola bilməz. Bu gün mən özümü çox güclü hiss edirəm. Çünki mən öz doğma vətənimdəyəm.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb