XƏBƏRLƏR
Çap et
1895
Söz verirəm ki,sifarişinizi lazimi yerlərdə səsləndirəcəyəm BMT Baş Katibinin müavini bunu məcburi köçkünlərə vəd etmişdir.
Mətbuat xidmətinin məlumatı
25 May, 2010
Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransında iştirak etmək üçün ölkəmizə gəlmiş BMT baş katibinin müavini xanım Aşa Rouz Migiro Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov qonağa məlumat vermişdir ki, burada 125 ailə, başqa sözlə, 618 nəfər müvəqqəti məskunlaşmışdır. O xüsusi vurğulamışdır ki, ötən illər ərzində yataqxanadakı ailələr böyüsə də, onların vəziyyəti dəyişməz qalır.
Xocavənd rayonunun Qaradağlı kəndindən məcburi köçkün Gülsüm Alışova qonağın diqqətinə çatdırmışdır ki, doğma torpaqlarda yaxınlarımızın ruhları bizdən nigarandır. Biz yurdumuza qayıtmaq istəyirik. Xahiş edirəm haqq səsimizi dünya ictimaiyyətinə çatdırın. Münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. Amma danışıqlar nəticə verməsə, silaha sarılıb torpaqlarımızı işğaldan azad edəcəyik. Biz öz torpağımızı istəyirik, özgə torpaqlarında gözümüz yoxdur.
Aşa Rouz Migiro demişdir:
-Münaqişənin sülh yolu ilə həlli istəyinizi alqışlayıram. Söz verirəm ki, sifarişinizi lazımi yerlərdə səsləndirəcəyəm.
İki nömrəli evtikmə kombinatının ərazisində yeni salınmış kompleksdə qonağı Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənov qarşılamışdır.
Əli Həsənov Aşa Rouz Migironun diqqətinə çatdırmışdır ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlətimiz üçün bir nömrəli məsələdir. Təsadüfi deyildir ki, Dövlət Neft Fondu yaranandan sonra qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün fonddan 850 milyon ABŞ dolları ayrılmışdır. Respublikanın regionlarında yeni qəsəbələr salınır, son zamanlar isə paytaxtda çoxmənzilli binalar tikilir. Beş-altı ildə 17 min mənzil istifadəyə verilmiş, onlara 100 min nəfər məcburi köçkün yerləşdirilmişdir. Artıq yataqxanalardan köçürülmə prosesi başlanmışdır.
BMT baş katibinin müavini məcburi köçkünlərlə görüşmək imkanı yaradıldığı üçün minnətdarlığını bildirmişdir. Demişdir ki, BMT-nin baş katibi Təhlükəsizlik Şurasının münaqişənin həllinə dair bütün qətnamələri dəstəkləyir.
Cəbrayıl rayonundan məcburi köçkün Elşən Həsənəliyevin yeni mənzilində açılmış çay süfrəsi arxasında həyat yoldaşı İlahə xanım qonağa demişdir ki, həm özümüz, həm də doğma torpaqlardan uzaqda dünyaya gəlmiş övladlarımız o yerlərə qayıtmaq arzusundayıq.
Əli Həsənov BMT baş katibinin müavininin diqqətinə çatdırmışdır ki, bu mənzillər məcburi köçkünlərə müvəqqəti verilmişdir.
Baş nazirin müavini münaqişənin tarixi, nəticələri, regionda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların gedişi, bu danışıqlarda Azərbaycan rəhbərliyinin mövqeyi barədə məlumat vermişdir.
Aşa Rouz Migiro bildirmişdir ki, Azərbaycan rəhbərliyinin münaqişənin həllinə yönəlmiş səylərini dəstəkləyirəm.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









