"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1959
Fransanın KİV nümayəndələri məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub
Mətbuat xidmətinin məlumatı 08 Oktyabr, 2016
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki vəziyyət barədə reportaj hazırlamaq məqsədilə ölkəmizdə səfərdə olan Fransanın məşhur “l'Opinion” qəzetinin müxbiri Klod Löbian, “Institute European Perspective and Security” beyin mərkəzinin direktoru Emanüel Düpüi və “TTU” qəzetinin baş redaktoru Qiyen Monsuən oktyabrın 7-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə yaradılan şəraitlə tanış olublar. Komitənin sədr müavini Fuad Hüseynov, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində illərdir qaçqın və məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımızın həyatı ilə tanış olub, bu barədə təmsil etdikləri mətbu orqanlarda reportajlar hazırlamaq məqsədilə ölkəmizə gəldiklərinə görə əcnəbi jurnalistlərə təşəkkürünü bildirib. Məlumat verilib ki, doğma yurdlarını tərk etmiş bu insanların bütün problemlərinin həllini Azərbaycan hökuməti öz üzərinə götürüb. Qaçqınların və məcburi köçkünlərin məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Proqramı və ona Əlavələr təsdiq edilib. Azərbaycan hökuməti tərəfindən indiyədək məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktura malik 95 yaşayış kompleksi salınıb, 50 min ailənin və ya 250 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə təxminən 6 milyard ABŞ dollarından çox vəsait sərf olunub. F.Hüseynov, həmçinin diqqətə çatdırıb ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində münaqişə həll olunmadığından bu gün on millərlə soydaşımız hələ də yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda ağır şəraitdə yaşayırlar. Onların mənzil problemlərinin həlli istiqamətində Azərbaycan dövləti mərhələli şəkildə tədbirlər həyata keçirir. Xarici KİV nümayəndələri 540 yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbdə yaradılan şəraitlə tanış olub, 280 yerlik uşaq bağçasında təhsil alan balacaların əl işlərinə baxıblar. Qonaqlar körpələrin ifasında xalqlar arasında sülhü və dostluğu tərənnüm edən mahnıları dinləyiblər. Əcnəbi jurnalistlər məhəllədə məskunlaşmış məcburi köçkünlərin həyat şəraiti ilə da tanış olublar. Zəngilandan olan məcburi köçkün Ərşad Piriyevin mənzilindəki çay süfrəsi ətrafında söhbət zamanı qonaqların diqqətinə çatdırılıb ki, bu gün Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı və diqqət göstərir, onların problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Bütün bunlara baxmayaraq, məcburi köçkünlər doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar. Onlar əmindirlər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu arzuları tezliklə reallaşacaq.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb