XƏBƏRLƏR
Çap et
1668
Məşhur amerikalı jurnalist Masazır qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşüb
Mətbuat xidmətinin məlumatı
06 Oktyabr, 2016
Azərbaycanla bağlı yeni kitab yazmaq məqsədilə ölkəmizə səfərə gələn, “Dağlarda qətl: Xocalıdakı hərbi cinayətlər və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi, tanınmış amerikalı jurnalist Raul Kontreras Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun müşayiəti ilə Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə məskunlaşan soydaşlarımızla görüşüb, onlar üçün yaradılan şəraitlə yerində tanış olub.
Yeni nəşrə daxil etmək üçün Azərbaycan haqqında, o cümlədən ölkəmizdəki qaçqın və məcburi köçkünlər, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərlə bağlı reallıqları olduğu kimi qələmə almaq məqsədilə görüşə gələn jurnalistə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində evlərindən didərgin salınmış soydaşlarımızın problemləri, bu problemlərin həlli istiqamətində dövlət tərəfindən görülən işlər barədə hərtərəfli məlumat verən F.Hüseynov diqqətə çatdırıb ki, respublikamızın müxtəlif bölgələrində bütün sosial-texniki infrastruktura malik bu cür 95 hündürmərtəbəli yaşayış binaları kompleksi tikilib, qəsəbələr salınıb və 250 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Sonra amerikalı jurnalist məhəllədəki 33 saylı Zəngilan tam orta məktəbində müəllim və şagirdlər üçün yaradılan şəraitlə, Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub.
Raul Kontreras, həmçinin məhəllədə məskunlaşan məcburi köçkünlərin mənzilinə də baş çəkib, onların həyat və yaşayış tərzi ilə maraqlanıb. Amerikalı jurnalist məcburi köçkünlərlə söhbət zamanı son illər Azərbaycanın uğurlu inkişafından, dövlət tərəfindən məcburi köçkün həyatı yaşayan vətəndaşlara hərtərəfli qayğıdan məmnunluğunu ifadə edib, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılmasında imkanlarından hərtərəfli istifadə edəcəyini diqqətə çatdıraraq ətraflı məlumatlara görə minnətdarlığını bildirib.
Xatırladaq ki, amerikalı jurnalist ABŞ-ın nüfuzlu mətbu orqanlarında Azərbaycanda keçirilən mühüm tədbirlər, əldə olunan uğurlar, reallaşdırılan layihələr, ölkəmizdəki tolerantlıq, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımına dair müxtəlif məqalələrlə çıxış edib.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









