"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1206
Koreyalı diplomatla gələcək əməkdaşlıq əlaqələri müzakirə olunmuşdur.
Mətbuat xidmətinin məlumatı 28 Sentyabr, 2016
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov sentyabrın 27-də Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşmüşdür. Səfir Kim Çanq-gyu 26 sentyabr tarixdə ölkəmizdə keçirilən referendumun yüksək səviyyədə təşkil edilməsi, seçici sayı, seçici fəallığı, ümumxalq səsverməsinin nəticələrinin uğurla başa çatması ilə bağlı öz təbriklərini çatdırdı. Görüşdə Baş nazirin müavini Əli Həsənov qeyd etdi ki, referendumda 39-dan artıq ölkədən, 18 beynəlxalq qurumdan, 117 beynəlxalq müşahidəçi iştirak edib və onların hamısı səsvermədən razı qalıblar. Hesab edirəm ki, referendum çox uğurla alındı, Hətta məcburi köçkünlərin aktivliyi yerli əhalidən də artıq oldu. Əli Həsənov həmçinin bildirdi: ”Avropa Parlamenti bir il bundan əvvəl ədalətsiz qərar çıxartdı. Bu, çox böyük təəccüb doğurdu. Avropa Parlamentinin qətnaməsində heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildi. Cənab Prezident bunu onlara bildirdi və onlar da bundan çox məyus oldular. Beynəlxalq təşkilatlara və ayrı-ayrı dövlətlərə kim bu hüququ verib ki onlar bəzi dövlətlərin daxili işlərinə müdaxilə etsin? Biz kimin daxili işlərinə qarışırıq? Nə üçün onlar bizim daxili işlərimizə qarışırlar? “ Baş nazirin müavini Əli Həsənov bütün sahələr üzrə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıraraq münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı istər Koreyanın ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də Koreyanın Azərbaycandakı səfirliyinin həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə, eyni zamanda gələn ay Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbədə həyata keçirəcəkləri tədbirlərlə bağlı təşəkkürünü bildirmiş və bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırmışdır. Koreyanın ölkəmizdə fəaliyyət göstərən Şərq Təbabəti Klinikası, “For You” Beynəlxalq Humanitar İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirən Əli Həsənov məcburi köçkünlərlə bağlı gələcəkdə müxtəlif sahələrdə, o cümlədən informasiya texnologiyaları, dil kurslarının və komputer kurslarının təşkil olunmasının vacibliyini vurğuladı. O qeyd etdi ki, beynəlxalq təşkilatlarda biz bir birimizə dəstək versək bu əlaqələr daha da yaxşı olar. Nə qədər ki problemli ölkələr beynəlxalq təşkilatlarda həmrəy olmasa bu problemlərin sayı artacaq. Görüşdə Baş nazirin müavini Əli Həsənov son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayaraq hökumətlərarası münasibətlərin bundan sonra da davam və inkişaf etdiriləcəyinə əminliyini bildirdi. Səfir Kim Çanq-gyu Azərbaycana gələrkən burada çox böyük qonaqpərvərliyin olduğunu, imkanlı insanların digərlərinə dayaq durduğunu, Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmiş və gələcəkdə də daha çox Koreya şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi. O həmçinin bu ilin əvvəlində Xocavənd rayonundan olan məcburi köçkünlərlə görüşdüklərini və onlar üçün yüksək səviyyədə yaradılmış şəratin şahidi olduqlarını bildirdi. Ölkələrimiz arasında bir sıra sahələrdə, o cümlədən mədəni məsələlərdə oxşarlıqların olmasına toxunan Səfir Altay dil qurupuna aid ölan ölkələrin arasında birliyin yaranmasının gələcəkdə öz nəticəsini göstərəcəyinə əminliyini bildirdi. Ölkəmizdəki fəaliyyətini əsasən beş istiqamətdə, informasiya texnologiyaları, elektron hökumət, tibb sahəsi, kənd təsərrüfatı, yükdaşıma, turim sahəsindəki əlaqələrin yüksək səviyəyə çatması üçün əlindən gələni edəcəyini bildirdi. O həmçinin gələcəkdə fərqli sahələrdə müxtəlif layihələrin də həyata keçirəcəklərini diqqətə çatdırdı. Baş nazirin müavini Əli Həsənov bildirdi ki, Altay dil qurupuna aid olan ölkələrin həmrəyliyi daha səmərəli olar. Bu gün dünyada güclülər öz güclərini nümayiş etdirirlər və öz məqsədlərinə nail olurlar. Azərbaycan Prezidenti ölkəmizin iqtisadi və hərbi sahədə güclənməsini daim diqqətdə saxlayır. 24 il keçməsinə baxmayaraq hələdə biz problem öz həllini tapmayıb. Aprel döyüşləri zamanı erməni tərəfi azərbaycan ordusunun gücünü gördü. Bu gün Ermənistanda olanlar özləri oradakı rejimə qarşı çıxırlar. Orada olan Sarkisyan Köçəryan rejimi öz havadarlarının köməkliyi ilə bizim torpaqlarımızı işğal altında saxlamaqla nə əldə ediblər? Ermənistanda aclıq, səfalət baş alıb gedir. Biz istəyirik ki, orada normal rejim olsun və bu problem öz həllini tapsın. Ancaq bəzi ölkələr istəyirlər ki bu konflikt qalsın. Böyük ölklər öz maraqları uğrunda mübarizə aparırlar, kiçik xalqlar isə bundan əziyyət çəkirlər. Bu gün BMT qətnamə qəbul edir. Ancaq onlar icra edilmir.Bəs onda bu qətnamələr kimə lazımdır? BMT nin Baş Assambleyasının 71-ci sessiyasında bu fikirlər səslədirildi. Görüşdə azərbaycanlı və koreyalı tələbələrin təhsil, təcrübə mübadiləsi və digər maraq doğuran məsələlər də müzakirə edilmişdir.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb