XƏBƏRLƏR
Çap et
1738
Dövlət qayğısının daha bir təzahürü: Məcburi köçkünlər üçün Füzuli rayonu ərazisində salınan sayca 16-cı qəsəbədə və sonuncu fin qəsəbəsinin ləğvi ilə əlaqədar inşaat işləri uğurla davam etdirilir
Mətbuat xidmətinin məlumatı
30 Avqust, 2016
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ölkəmizdə qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək müxtəlif sahələrdə qayğılarının yüngülləşdirilməsi üçün bu gün də istər dövlət büdcəsində, istərsə də Dövlət Neft Fondunda nəzərdə tutulmuş vəsaitlər hesabına davamlı tədbirlər həyata keçirilməkdədir. Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bu cür tədbirlər dövlətimizin başçısının 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş əlavələrin müvafiq bəndlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Elə bunların nəticəsidir ki, indiyədək istər bölgələrdə, istərsə də Bakı şəhərində və ətrafında bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni qəsəbələr və yaşayış məhəllələri inşa edilərək bu təbəqədən olan soydaşlarımızın istifadəsinə verilmişdir.
Qeyd edək ki, bu baxımdan həyata keçirilən tədbirlər Füzuli rayonundan olan məcburi köçkünlərin də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır. Ən başlıcası isə digərlərindən fərqli olaraq bu rayonun məcburi köçkün həyatı yaşayan vətəndaşları öz doğma torpaqlarına qayıdaraq orada məskunlaşmışlar. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, Füzuli rayonundan məcburi köçkün düşərək çadırlarda, yük vaqonlarında məskunlaşmış rayon sakinlərinin doğma torpaqlarında məskunlaşdırılması ideyası da məhz ümummilli liderimizin adı və uzaqgörənliyi ilə bağlıdır. Belə ki, Ulu Öndərin hələ 7 sentyabr 2001-ci il tarixdə imzaladığı «Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam, Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında» fərmanına uyğun olaraq ilk növbədə rayonun Haramı ərazisində hər birində 200 ailənin yerləşdirilməsi üçün 800 ailəlik 4 yaşayış qəsəbəsi tikilmiş, çadır düşərgələrində, dəmiryolu yük vaqonlarında məskunlaşan füzulili məcburi köçkünlərin bir qismi həmin qəsəbələrə köçürülmüşlər.
Bu təbəqədən olan soydaşlarımızın bir qisminin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması məqsədilə müvafiq infrastrukturlar da daxil olmaqla yaşayış qəsəbələrinin tikilməsi, məcburi köçkünlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün hər bir ailəyə həyətyanı və əkin torpaq sahələrinin ayrılması istiqamətində həyata keçirilən dövlət siyasətinin davamı olaraq ümummilli liderimizin əvvəlki fərmanından cəmi bir neçə ay sonra - 13 may 2002-ci il tarixli fərmanı ilə Füzuli rayonu ərazisində hər birində 200 ailə olmaqla 1211 ailəlik daha 6 yaşayış qəsəbəsi salınaraq onların ixtiyarına verildi ki, bunlarla da məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində dövlət siyasətinin demək olar ki, əsası qoyuldu.
Ulu öndərimizin bu sahədə yürütdüyü siyasətin davamı kimi ölkəyə rəhbərliyi dövrünün ilk günlərindən başlayaraq bu təbəqədən olan soydaşlarımızın bütün problemlərinə gündəlik qayğı və diqqət göstərən cənab Prezident İlham Əliyev də bütün bölgələrdən olan məcburi köçkünlər kimi, füzulilərin də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına hərtərəfli qayğı göstərməkdədir. Dövlət başçısının bu sahə ilə bağlı imzaladığı dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq rayonun Zobucuq ərazisində bütün zəruri sosial texniki infrastrukturu ilə birlikdə istifadəyə verilmiş daha beş yaşayış qəsəbəsi də bu deyilənləri təsdiqləyir.
Hələ 2008-ci ildə istifadəyə verilmiş və açılışında cənab Prezidentin də iştirak etdiyi yaraşıqlı və müasir standartlara cavab verən 2104 ailəlik bu qəsəbələrin sakinləri də yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını ifadə edirlər. Ümumilikdə indiyədək rayonun ərazisində salınmış qəsəbələrdə 4250 məcburi köçkün ailəsi 21 min nəfər məskunlaşıbdır ki, bütün bunlar da dövlət başçısının Füzulidən olan soydaşlarımıza qayğısının təzahürüdür.
Elə Füzuli rayonu ərazisində bu gün inşası uğurla davam etdirilən 400 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş sayca 16-cı qəsəbə də məhz bu qayğı və diqqətin real nəticəsidir. Qəsəbə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2007-ci il 31 oktyabr tarixli sərəncamla edilmiş "Əlavələr"in 1.1-ci bəndinə müvafiq olaraq inşa edilir. Rayonun ərazisində sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan bu qəsəbədə işlər hazırda sürətlə və yüksək keyfiyyətlə aparılır.
Qeyd edək ki, bu günədək ölkəmizdə 15 fin qəsəbəsi mövcud idi ki, onlardan da 14-ü artıq ləğv edilib, 15-ci fin qəsəbəsi isə bu il ərzində ləğv ediləcək və orada məskunlaşmış məcburi köçkünlər yeni tikilən bu müasir qəsəbəyə köçürüləcəklər. Layihəyə əsasən qəsəbədə 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si dördotaqlı olmaqla 400 mənzil olacaq. Sifarişçi təşkilat kimi təyin olunmuş Məcburi Köçkünlərin Sosial-İnkişaf Fondu tərəfindən inşa olunan yeni qəsəbənin ərazisində həmçinin 360 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası və inzibati bina da tikilir, geniş yol-küçə şəbəkəsi inşa olunur. Qəsəbə qaz, su və elektrik ilə tam təchiz ediləcək ki, bu işlər də paralel şəkildə aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərin müxtəlif problemlərinin həllinə gündəlik qayğı və diqqət yetirdiyini və bütün bunları daim öz həyatlarında hiss etdiklərini xüsusi vurğulayan məcburi köçkünlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə edərək daim möhtərəm Prezidentimizə arxalandıqlarını, Ali Baş Komandan kimi cənab Prezidentin qətiyyətli və prinsipial siyasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, bütün məcburi köçkünlərimiz kimi füzulilər də bütövlükdə doğma yurdlarına qayıdacaqlarına əminliklərini bildirirlər. Cari ilin aprel ayında Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun düşmənə layiqli cavabı, bir həmlə ilə işğal altında olan 2 min hektar ərazini azad etməsi onlarda bu əminliyi daha da artırmışdır.
Ölkəmizin bir saylı probleminə dövlət başçısının bu cür qayğı və diqqəti, həmçinin bunların nəticəsi olaraq onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan uğurlu addımlar, bu istiqamətdə görülən işlərin miqyası bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan artıq qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarının bütün problemlərini özü həll edə bilən iqtisadi gücə malik bir ölkəyə çevrilmişdir. Bu deyilənlər məcburi köçkünlərimizin real həyatında da özünü büruzə verməkdədir.
Məcburi köçkünlər torpaqların düşmən işğalından tam azad olunmasını səbirsizliklə gözləyirlər, onlarda bu əminlik gün bə gün artır və ölkəmizi qısa müddətdə dünyanın sürətlə inkişaf edən ölkəsinə çevirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin bu istiqamətdə mütəmadi olaraq apardığı işlər bu günün çox da uzaqda olmamasına inamı artırır. Xalqın, ordunun və cənab Prezident İlham Əliyevin monolit birliyində məcburi köçkünlərin xüsusi yeri var.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb