XƏBƏRLƏR
Çap et
4455
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə əməkdaşlıq əlaqələri müzakirə edilmişdir.
Mətbuat xidmətinin məlumatı
03 Avqust, 2016
Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov avqustun 3-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Xanım Elena Aymone Sesseranı onun müraciəti əsasında qəbul etmişdir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin mandatına uyğun fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlərin müzakirə olunduğu görüşdə BQXK ilə Azərbaycan hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılmış, bu qurumun həyata keçirdiyi layihələri, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilmiş humanitar proqramları yüksək qiymətləndirmiş və Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə olan bütün beynəlxalq təşkilatların azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldığını diqqətə çatdırmışdır.
Xanım Elena Aymone Sessera ölkəmizdə fəaliyyətə başladığı zaman aprel hadisələri zamanı təmas xəttində baş vermiş hadisələrlə bağlı çox gərgin işlədiklərini bildirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazirin müavini vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə məşğul olurlar, ancaq onların fəaliyyətinin hələki heç bir nəticəsi yoxdur.
Əli Həsənov həmçinin diqqətə çatdırmışdır ki, aprel ayında ermənilərin Ağdam, Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması nəticəsində 17 nəfər məcburi köçkün şəhid olub, ümumilikdə götürdükdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Lakin bütün bunlara baxmayaraq yerli əhali kimi məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir, Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirirlər. Ermənilərin təxribatçı hücumları nəticəsində zərərçəkmiş bütün evlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə əvvəlkindən də yaxşı səviyyədə bərpa edilir və bütün bu işlər qısa müddətdə başa çatdırılacaq. Bundan başqa məcburi köçkünlərə dəymiş maddi ziyan hamısı hesablanıbdır. Onların hər birinə bankda hesab açılıbdır və bu vəsait onların şəxsi hesabına köçürülübdür. Bu ilin aprel ayında ermənilərin təmas xəttində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqla faşist Sarkisyan rejimi fikirləşirdi ki, yenə əhali öz yerlərini tərk edəcək. Ancaq onlar səfə yol verdilər. Onlar bilməlidirlər ki, bu xalq o vaxtki xalq deyil. Bu gün xalqın arxasında güclü ordu var. Hələ Ulu Öndər Heydər Əliyevin vaxtında Horadiz əməliyyatı zamanı Prezident, xalq və ordu arasında birlik təmin edildi. Həmin bu birlik 2-5 aprel tarixlərində yenidən baş verdi. Bu gün Azərbaycan Prezidenti ilə Azərbaycan xalqı və ordusu arasında monolit birlik var və bunun nəticəsidir ki, 2-5 aprel tarixlərində ordumuz bu uğurları əldə etdi. Ermənistanın faşist cinayətkar rejimi bilməlidir ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır. Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir.
Görüşdə Baş nazirin müavini qısa müddətdə çox uğurlu fəaliyyətə başladığı, mülki əhalinin ehtiyacları ilə bağlı böyük işlər gördüyü üçün xanım Elena Aymone Sesseraya təşəkkürünü bildirdi və müharibə şəraitində olan Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin rolunun mühüm önəm kəsb etdiyi və bu xüsusda təşkilatın Bakı ofisinin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd etdi.
Xanım Elena Aymone Sessera cəbhə xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə təşkilat tərəfindən həyata keçirilən aqro dəstək və nağd pul qrantları vasitəsilə aprel hadisələri zamanı məhsullarını itirmiş cəbhəyanı ərazilərin sakinlərinə yardım göstərilməsi, ilk tibbi yardım təlimlərinin keçirilməsi, münaqişə ilə əlaqədar stress yaşayan uşaqlar üçün istirahət fəaliyyətləri və s.kimi layihələr barədə geniş məlumat verdi və həyata keçirdikləri qiymətləndirməni də nəzərə çatdırdı. O, həmçinin bildirdi ki, aprel hadisələri zamanı artilleriya silahlarından istifadə edilməsi nəticəsində mülki əhaliyə böyük ziyan dəydi. Eyni zamanda əkin sahələrinə düşmüş mərmilərin partlamaması sonradan insanlar üçün böyük problemlər yaradırdı. Münaqişə nəticəsində şəxsi təsərrüfatlarına ziyan dəymiş insanlara kömək olsun deyə təşkilat tərəfindən həmin ailələrə müxtəlif köməkliklər göstərilib və bunlar hazırda davam etdirilir. Həm əvvəllər, həm də son hadisələr zamanı cəbhəyanı zonalarda yaşayan mülki əhali arasında yaranmış stressləri aradan qaldırmaq üçün bəzi layihələri müzakirə edirik.
Qəbulda Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma yurdlarını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı «Dağlıq Qarabağ» rejiminin «məhkəməsinin qərarı ilə» barələrində «hökm» çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə və onların bu günkü durumları ilə bağlı fikir mübadiləsi aparıldı.
Əli Həsənov eyni zamanda bildirdi ki, bu məsələ ilk gündən Ölkə Prezidenti cənab İlham Əliyevin daimi nəzarətindədir. Cənab Prezidentin tapşırığı ilə hər iki vətəndaşımızın girovluqdan azad edilməsi məsələsini Cenevrədə səfərdə olarkən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə müzakirə etmişəm. Mən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentindən xahiş etdim ki, heç olmasa Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə müasir kommunikasiya imkanlarından istifadə edilməklə birbaşa təmas qura bilməsi üçün köməklik göstərilməsini təşkil etsinlər. O da söz verdi ki, bu işlə məşğul olacaqlar. Lakin hələ də bir nəticə yoxdur.
Görüşdə Baş nazirin müavini Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışmışdır.
Sonda ətraflı məlumata görə minnətdarlığını bildirən xanım Elena Aymone Sessera Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirmiş, ölkəmizdə baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu diqqətə çatdırmışdır. O həmçinin ölkəmizdəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirməklə yanaşı bunun BQXK-nın dünyanın müxtəlif ölkələrindəki humanitar fəaliyyətinin dəstəklənməsi üçün də mühüm önəm daşıdığını qeyd etmişdir.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb