XƏBƏRLƏR
Çap et
1359
Ermənistanın işğalçı qüvvələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində dağıdılmış məcburi köçkünlərin mənzillərinin bərpası Dövlətqaçqınkom tərəfindən davam etdirilir.
Mətbuat xidmətinin məlumatı
26 May, 2016
Ermənilərin törətdikləri vəhşiliklər məcburi köçkünlərdən də yan keçməyib.
Cəbhəyanı bölgələrdə məskunlaşan soydaşlarımızın evlərinin bəziləri artıq bərpa olunub, qalanlarının bərpası isə sürətlə davam etdirilir.
Bu gün regionda dünya üçün terror mənbəyi olan, qonşu ölkələrə ərazi iddiası ilə sərsəm ideologiya daşıyıcısına çevrilən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində qəbul edilən qərar və qətnamələri yerinə yetirməkdən boyun qaçıran, bununla da bir dövlət kimi süqutunu gündən-günə yaxınlaşdıran Ermənistan nəhayət iyirmi iki illik atəşkəsdən sonra aprelin 2-də layiqli cavabını aldı. Azərbaycan Ordusu tərəfindən erməni hərbi birləşmələrinə bir əks-həmlə ilə vurulan ağır zərbə bir daha göstərdi ki, Azərbaycan dövləti təhlükə mənbəyi olan terrorçularla yumşaq davranmaq niyyətində deyil və dəfələrlə bəyan edildiyi kimi, ərazilərinin işğal altında qalması ilə heç vaxt barışmayacaq.
Qısa müddətdə Azərbaycan Ordusunun həyata keçirdiyi çevik və operativ hərbi əməliyyatlar nəticəsində cəbhənin ön xəttində erməni hərbi birləşmələri darmadağın edildi və bu, bir daha təsdiqlədi ki, Azərbaycan Ordusu ərazilərin işğaldan tam azad olunmasına hazırdır. Buna yalnız Azərbaycan Ordusu deyil, həm də Azərbaycan xalqının son döyüşlər zamanı nümayiş etdirdiyi sarsılmaz ruhu, yüksək əhval-ruhiyyə və vətənpərvərlik hissi, dövlət-xalq birliyi də çox ciddi stimul verir. Biz bu gün yalnız hərbi cəbhədə deyil, siyasi cəbhədə də hücumlarımızı davam etdiririk. Aprel döyüşlərindən sonra Ermənistan beynəlxalq siyasi arenada da təklənmiş duruma düşdü. Lakin bu forpost dövlətin cinayətkar başçısı ölkəsindəki kütləvi etirazların qarşısını almaq, təkləndiyini ört-basdır etmək üçün Azərbaycanın xoş məram nümayiş etdirərək atəşi birtərəfli qaydada dayandırmaq barədə təşəbbüslə çıxış etməsinə də məhəl qoymayaraq gərginliyi artırmaq cəhdlərini sonrakı günlərdə də davam etdirib. Düzdür, erməni hərbi birləşmələri ordumuzla açıq döyüşdən çəkinir. Əvəzində erməni vandalizminə və xislətinə uyğun cəbhə xəttindəki kəndlərimizi atəşə tutmaqla mülki əhalinin evlərini dağıdır, onları artilleriya atəşinə tuturlar.
Qeyd edək ki, Ermənistan silahlı birləşmələrinin xüsusən aprel ayında Ağdam, Tərtər, Ağcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması, xüsusən uşaqlara, qadınlara və qocalara qarşı törətdikləri barbarlıq halları, həmçinin məktəb və uşaq bağçalarının qəsdən hədəflərə çevirməsi sivil dünyanın elementar normalarına ziddir. Bu gün bütün dünyaya bəllidir ki, Ermənistanın faşist xislətli rəhbərliyinin iştirakı ilə həyata keçirilən irqçilik, ksenofobiya və nifrət təşviqinin nəticəsidir ki, bu işğalçı dövlətin quldur dəstələri hətta həlak olan günahsız insanların cəsədlərini təhqir etməkdən belə çəkinmirlər.Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn daim kobud və silsiləvi şəkildə pozulması və birbaşa cinayətlərdə iştirak edən şəxslərin ali siyasi səviyyədə tərif edilməsi öz-özlüyündə hərbi cinayətdir, bəşəriyyətə qarşı törədilən cinayətdir, beynəlxalq hüquq normalarına məhəl qoymamaqdır.
Çox təəssüf ki, ermənilərin bu vəhşilikləri cəbhə bölgələrindən olan Ağdamın, Tərtərin təmas xəttində yerləşən kəndlərində məskunlaşan məcburi köçkünlərdən də yan keçməyib. Belə ki, son hadisələr zamanı ümumilikdə götürdükdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Lakin bütün bunlara baxmayaraq yerli əhali kimi məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir, Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirirlər. Ən başlıcası isə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin mayın 1-də cəbhə bölgəsinə səfəri, orada yaşayan əhali, əsgər və zabitlərlə keçirdiyi görüşlər insanların və ordumuzun əhval-ruhiyyəsini daha da yüksəldib və onlar arasında bir daha belə əminlik yaradıb ki, hər bir vətəndaşın Prezidenti olan dövlətimizin başçısı bütün ölkə vətəndaşlarının, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür, konkret qərarlar qəbul edir, onların icrasını şəxsi nəzarətində saxlayır.
Elə bu günlərdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Ağdam və Tərtər rayonlarına gedərək apreldə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində evləri dağılmış məcburi köçkünlərlə görüşündə də əsasən bu fikirlər bir daha önə çəkilmişdir. Vəziyyətlə yerində tanışlıq və məcburi köçkünlərlə söhbət zamanı bildirilmişdir ki, təmas xəttində yerləşən ərazilərimiz işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində mütəmadi olaraq atəşə tutulub, məcburi köçkünlərə və yerli sakinlərə ciddi ziyan dəyib, evlər dağıdılıb. Dağıdılmış evlərdə artıq başlanılmış bərpa işlərinin gedişi və evləri dağıntıya məruz qalmış məcburi köçkünlərlə görüşdə Baş nazirin müavini Əli Həsənov da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə onların dağılmış bütün evlərinin yüksək keyfiyyətlə bərpa olunacağını diqqətə çatdırıb. O bildirib ki, zərərçəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə bərpa ediləcək.
Yerigəlmişkən qeyd edək ki, erməni vəhşilikləri tərəfindən evləri dağıdılmış və zərər çəkmiş bütün məcburi köçkünlərin evlərinin bərpası Dövlətqaçqınkom tərəfindən həyata keçirilir. Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun cəbhə bölgələrinə səfəri zamanı məcburi köçkün soydaşlarımızın dağılmış evlərinin tezliklə bərpası üçün bütün imkanlardan istifadə olunmasının vacibliyini önə çəkməsinin,bu məsələ ilə bağlı konkret tapşırıqlar verməsinin nəticəsidir ki, artıq ötən müddət ərzində Tərtər və Ağdam rayonlarında dağıntıya məruz qalmış 30-dan çox evdə bərpa işləri başa çatdırılmışdır.
Bunun bariz nümunəsi kimi, evi tamamilə dağıdılmış və artıq bərpa işləri yüksək keyfiyyətlə başa çatdırılmış Ağdərədən məcburi köçkün, Tərtər rayonunda məskunlaşmış Mübariz Həsənovun evində aparılan bərpa işləri ilə tanışlıq və söhbət zamanı ev sahibləri görülən işlərə, göstərilən qayğı və diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirərək qeyd etmişlər ki, erməni quldurlarının törətdikləri vəhşiliklər nəticəsində evimiz tamamilə dağıdıldığından təbii ki, çətinliklərə məruz qaldıq. Ancaq buna baxmayaraq ümidimizi də itirmədik. Düşmənin iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edərək yaşayış məntəqələrimizi və mülki əhalini atəşə məruz qoyduğu bir vaxtda - mayın 1-də bütün riskləri göz önünə alaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birlikdə Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən bölgələrə səfəri, erməni vəhşilikləri ilə yerində tanışlığı, təmas xəttinin 200 metrliyindəki kəndlərdə evləri dağıdılmış insanlarla, səngərdə dayanan hərbçilərlə görüşü Ali Baş Komandan kimi cəsarətinin və qətiyyətinin göstəricisi olmaqla yanaşı, hər bir azərbaycanlı kimi, bir məcburi köçkün ailəsi olaraq bizim də qəlbimizi iftixar hissi ilə doldurur, sabaha inamımızı, ümidimizi artırır.
Cənab Prezident həmin gün bizim də dağıdılmış evə baxmış, ailə üzvlərimizlə görüşərək söhbət etmiş, evimizin əvvəlkindən də yaxşı səviyyədə bərpa olunacağını bildirmişdi. Evimizin bərpası zamanı Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov da bu günlərdə cəbhə bölgələrinə səfəri zamanı, digərləri kimi, bizim də evimizdə görülən bərpa işləri ilə tanış olmuş, bizimlə söhbət edərək işlərin yüksək keyfiyyətlə aparılması barədə Komitənin əlaqədar qurumlarına tapşırıqlar vermişdi. Budur, artıq evimiz tam şəkildə, özü də yüksək keyfiyyətlə yenidən bərpa olunaraq istifadəmizə verilmişdir.
Tərtərin Evoğlu, Şıxarx, Ağdamın Dördyol, Təzəkənd və digər kənd və qəsəbələrindəki evlərinin bərpası başa çatdırılmış məcburi köçkünlərdən Rasim Bayramov, Nofəl Alıyev, Ənvər Abbasov, Vüqar İbrahimov və digərləri də bu cür dəstəyə, qayğı və diqqətə görə minnətdarlıqlarını ifadə edərək cəbhə bölgəsində məskunlaşan bütün məcburi köçkünlərimiz kimi, Prezident İlham Əliyevə arxalandıqları, ona güvəndikləri üçün torpaqlarını tərk etmədiklərini bildiriblər. Onlar həmçinin bu qanlı savaşın məhz cənab Prezidentin əzmkarlığı və qətiyyəti sayəsində bitəcəyinə əmin olduqlarını, bu işdə hamının bir nəfər kimi Ali Baş Komandanın əsgərinə çevriləcəklərini bəyan ediblər.
Bəli, ən başlıcası isə odur ki, düşmənin təxribatlarına, törətdiyi vəhşiliklərə baxmayaraq qələbəyə böyük inam bəsləyən soydaşlarımız düşməndən çəkinmədiklərini, öz torpaqlarında möhkəm dayandıqlarını, əhval-ruhiyyələrinin yüksək səviyyədə olduğunu, Prezident, Ali Baş Komandan İlham Əliyevə, ordumuza arxalandıqlarını bəyan edərək qələbənin heç də uzaqda olmadığına əminliklərini bildirirlər. Çünki artıq dördgünlük müharibədən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vəziyyət ölkəmizin xeyrinə dəyişib. Torpaqlarımız hələ işğal altında olsa da, bu gün hərbi-siyasi üstünlük Azərbaycanın tərəfindədir. İndiyədək diplomatiya sahəsində Ermənistanı dalana dirəyən Azərbaycan göstərdi ki, torpaqlarımızı hərbi yolla azad etmək barədə səsləndirdiyimiz bəyanatlar kifayət qədər ciddidir. İndi həm Ermənistanın terrorçu rəhbərliyi, həm də Dağlıq Qarabağdakı separatçı rejim ciddi təlaş içindədir. Onların sabah Azərbaycanın hərbi gücü qarşısında salamat qalacaqlarına artıq zəmanətləri yoxdur. Çünki Azərbaycanın mübarizəsi ədalətlidir və məqsədimiz ərazilərimizi işğaldan azad etməkdir. Bütün bunlara rəğmən əminliklə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev kim Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, torpaqlarımızın azad olunması, Vətən torpağının müdafiəsi üçün son qələbəyədək əzmlə vuruşacaq.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb