"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1608
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 21 May, 2016
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov mayın 21-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonun müraciəti əsasında onunla görüşmüşdür. Görüşdə cəbhə xəttində son hadisələrdən sonra BMT QAK-ın qiymətləndirmə missiyalarının 4-6 may tarixlərində Ağdam, Bərdə, Tərtər, Goranboy rayonlarına, 12-13 may tarixlərində isə Ağcabədi, Füzuli və Beyləqan rayonlarına səfərlərinin nəticələri haqqında geniş fikir mübadiləsi aparılmış və bunun nəticəsində xüsusi hesabatın hazırlanacağı diqqətə çatdırılmışdır. Daq Siqurdson bildirmişdir ki, aprel ayında işğalçı Ermənistan ordusu tərəfindən təmas xəttində yerləşən ərazilər iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində hərbçilər və mülki sakinlər həlak olub, məcburi köçkünlərə və yerli sakinlərə ciddi ziyan dəyib, evlər dağıdılıb və təsərrüfatlara isə ziyan dəyib. Bütün bunları BMT QAK-ın qiymətləndirmə missiyaları həmin ərazilərdə apardıqları müşahidələr nəticəsində görmüşlər. O həmçinin qeyd etmişdir ki, təmas xəttində yerləşən rayonlara etdikləri səfərlərinin nəticəsində BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin Qiymətləndirmə missiyasının gördükləri vəziyyət haqqında ölkədə olan BMT qurumlarına da ətraflı məlumat verəcəklər. BMT QAK bütün bu baş verən hadisələrə görə öz narahatlığını bildirmiş və Azərbaycan hökumətinini hazırda həmin ərazilərdə apardığı bərpa işlərini yüksək qiymətləndirmişdir. Daq Siqurdson keçən həftə Cenevrədə səfərdə olarkən aprel ayında yaranmış vəziyyətlə bağlı BMT QAK-ın baş ofisinə məlumat verdiyini və BMT QAK-ın yüksək vəzifəli şəxslərinin isə bundan narahatlıq keçirdiyini diqqətə çatdırmışdır. Görüşdə Füzuli, Ağdam və Tərtər rayonlarına səfər edərək əsgər və zabitlərlə, mülki əhali ilə görüşündən aldığı təəssüratları bölüşən Baş nazirin müavini Əli Həsənov onlarda yüksək əhval-ruhiyyənin, güclü vətənpərvərlik hissinin olduğunu vurğulayıb. O deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın çoxdan arzuladığı müvəffəqiyyətlərə nail oldu. Həm hərbçilərimizdə - əsgər, zabit və generallarımızda, həm də mülki şəxslərdə Vətən uğrunda, torpaqlarımızın azad olunması uğrunda döyüş ruhu yüksək səviyyədədir. Azərbaycan Prezidentinin gördüyü işlər göz qabağındadır. Dövlətimizin başçısının göstərdiyi cəsarət, onun iradəsi, hərbçilərimizə verdiyi qiymət, bütün bunların nəticəsi olaraq bizdə tam əminlik yaranıb ki, işğal altındakı torpaqlarımızın hamısını azad edəcəyik, məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyev həmişə öz çıxışlarında bildirib ki, biz müharibə istəmirik və münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Lakin əgər düşmən təxribatlarını davam etdirərsə, Azərbaycanın qüdrətli ordusu işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək. Biz buna əminik. Baş nazirin müavini Əli Həsənov bildirdi ki, Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki əhaliyə atəş açmaları nəticəsində dağılmış bütün evlər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yüksək keyfiyyətlə bərpa olunacaq, zərərçəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə bərpa edilərək sakinlərə təhvil veriləcək. O həmçinin Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsindəki rayonlara səfərinin, əsgər və zabitlərlə, buradakı kəndlərin sakinləri və məcburi köçkünlər ilə görüşlərinin onlarda böyük ruh yüksəkliyi yaratdığının, qələbəyə inamı daha da artırdığının şahidi olduğunu bildirmişdir.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb