XƏBƏRLƏR
Çap et
2720
Baş nazirin müavini Əli Həsənov Füzuli və Tərtər rayonlarında məcburi köçkünlərlə görüşüb
Mətbuat xidmətinin məlumatı
18 May, 2016
Dövlətqaçqınkomun sədri Tərtərin Şıxarx kəndində böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə də baxıb
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonuna səfəri çərçivəsində on il əvvəl Zobucuqda salınmış qəsəbədə olub, burada məcburi köçkünlərlə görüşüb, onlarla fikir mübadiləsi aparıb.
Söhbət zamanı qəsəbə sakinləri heç bir problemlərinin olmadığını, təmiz havası, suyu, qidası olan belə bir ərazidə bütün sosial, texniki infrastruktura malik qəsəbələrin salınmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanımızın əmri ilə hər an hərbçilərimizlə bir yerdə olacaqlarını vurğulayıblar.
Baş nazirin müavini Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə baxış keçirərkən bütün ərazilərdə taxıl zəmilərində becərmə işlərinin aparıldığının, yolların kənarında yaşıllıq sahələrinin salındığının, minlərlə çinar ağacının əkildiyinin şahidi olduğunu deyib.
x x x
Tərtərə səfəri zamanı isə Baş nazirin müavini Əli Həsənov rayonun Şıxarx kəndində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, o cümlədən Laçın rayonundan məcburi köçkün 82 yaşlı Əvəz Mikayılovun evinə baş çəkib və onunla ətraflı söhbət edib. Əvəz Mikayılov bu gün oğlanlarının və hətta yaşının çox olmasına baxmayaraq özünün də döyüşə getməyə hazır olduğunu deyib.
Şıxarx kəndində olarkən Əli Həsənov böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə də baxıb. Ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri də “Marağa–150” abidəsidir. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir.Baş nazirin müavini Əli Həsənov abidənin tezliklə bərpa olunmasının, ölkəmizə səfər edən insanlara, xarici mətbuat nümayəndələrinə göstərilməsinin vacibliyini bildirib. O, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcəyini qeyd edib.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









