XƏBƏRLƏR
Çap et
1829
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı
28 Aprel, 2016
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov aprelin 28-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul etmişdir.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçilməsi xüsusi vurğulanan görüşdə eyni zamanda bir daha bildirilmişdir ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görmüşdür ki, bütün bunlar da istər bu qurumun ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilmiş və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilmişdir.
Görüşdə bildirilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olubdur.
Görüşdə Baş nazirin müavini Əli Həsənov 11 aprel tarixində BMT QAK-ın rəsmi veb səhifəsində yayılmış, Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca 2 aprel 2016-cı il tarixində baş vermiş hadisələrlə bağlı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə yanlış və təhrif olunmuş məlumat ilə bağlı öz ciddi iradlarını bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, həmin məsələ ilə bağlı Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilovun BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ATƏT və BMT-nin Vyanadakı institutları yanında Əlaqələndirici Ofisinin rəhbəri Frank Remus ilə, ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi Vaqif Sadıqovun BMTQAK-ın Cenevrədəki qərərgahının mətbuat xidmətinin əməkdaşı Leo Dobs və Avropa Bürosunun əməkdaşı Anatoli Poucay ilə görüşlər keçirilmişdir. Görüş zamanı həmin məlumatda yer alan təhrif olunmuş məlumatların yol verilməz olduğu, ümumilikdə bu formada yazılmış məlumatların BMTQAK-ın qeyri-siyasi xarakterli mandatına uyğun olmadığı, yazıda ortaya qoyulan mövqeyin isə BMT TŞ-nın müvafiq dört qətnaməsinə və BMT-nin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü ilə bağlı rəsmi mövqeyinə zidd olduğu ciddi şəkildə BMTQAK-ın nümayəndələrinin diqqətinə çatdırılmışdır.
Görüşdə Baş nazirin müavini bildirmişdir ki, həmin məlumatın veb səhifədən götürülməsinə baxmayaraq bu məsələ ilə bağlı təkzib verilməli və bunun üçün ciddi xəbərdarlıq etmişdir.
O həmçinin qeyd etmişdir ki, işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulmuş, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəymiş, evlər dağıdılmış, mülki əhalidən olan sakinlər isə həlak olmuşlar. Lakin BMT QAK-ın rəsmi veb səhifəsində yer almış press relizdə isə bundan heç nə deyilmir. Bü cür yanlış və təhrif olunmuş informasiyaların verilməsi isə BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların münaqişə ilə bağlı qətnamələrinə ziddir.
Azərbaycanın son illər qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən, Azərbaycan dövlətinin bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı, ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyindən danışan Baş nazirin müavini Əli Həsənov onu da diqqətə çatdırıb ki, belə halların baş verməsi nəticəsində ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır.
Görüşdə eyni zamanda Yaponiyanın “Fuji Optikal” şirkətinin rəhbəri, beynəlxalq “Nansen qaçqın mükafatı”na layiq görülmüş doktor Akio Kanainin rəhbərlik etdiyi heyətin məcburi köçkünlər, qaçqınlar və aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı ilə bağlı növbəti səfəri və “20 İyun Ümümdünya Qaçqınlar Gününü” ilə bağlı tədbirin keçirilməsi haqqında da müzakirələr aparılmışdır.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









