XƏBƏRLƏR
Çap et
2220
BMT baş katibinin nümayəndəsi Valter Kalin Baş nazirin müavini cənab Ə.Həsənovla birlikdə Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları Taxta Körpüdə olmuşdur.
Mətbuat xidmətinin məlumatı
24 May, 2010
BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin mayın 21-də laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Taxtakörpü ərazisinə səfər etmişdir.
Qonaq və onu müşayiət edənlər buradakı 83 qış yatağından birində - Vağazin obasında olmuşlar. Obada 500-dən artıq üzvü olan 84 ailə məskunlaşmışdır.
Camal Qarayev qonaqlara ailəsinin güzəranı, dolanacağı, yaradılmış şərait barədə məlumat vermişdir. “Korluq çəkmirik, Allaha şükür, hər şeyimiz var. Bəzi çatışmazlıqların isə eybi yoxdur. Onsuz da dövlətin əli üstümüzdədir. Bizə öz torpağımız lazımdır. Gözəl yerlərimiz vardı, hətta İsveçrədən belə üstün idi”, - deyə o vurğulamışdır. Yeri gəlmişkən, V.Kalin isveçrəlidir.
Ağsaqqal Ağayar İsmayılov BMT rəsmisinə müraciətlə demişdir:
- Çox sağ olun ki, 2007-ci ildəki səfərinizin yekununda BMT Baş Məclisinə obyektiv, həqiqəti əks etdirən hesabat təqdim etdiniz. Ümummilli liderimiz Heydər Əliyev məcburi köçkünlərə həmişə diqqətlə yanaşır, onların problemlərini özünün bir nömrəli problemi sayırdı. İndi həmin xətti Prezidentimiz İlham Əliyev yeridir. Bu diqqət və qayğı sayəsində yaxşı yaşayırıq, şəraitimizdən narazılığımız yoxdur. Ancaq Laçınsız yaşayış həyat deyil! BMT dünyada ən ali beynəlxalq təşkilatdır. Bu qurumun Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməməsi bizi çox narahat edir. Vaxtilə İraq Küveytə təcavüz edəndə dərhal yerində oturduldu. Amma indi Ermənistana “gözün üstə qaşın var” deyən yoxdur. Əksinə, Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə külli miqdarda yardım göstərilir, işğalçı ilə işğal qurbanına fərq qoyulmur. Belə davam etsə, Azərbaycan öz sözünü deməli olacaq. On səkkiz ildə səbrimiz tükənib. Ali Baş Komandanın əmrini gözləyirik, hamımız silaha sarılmağa hazırıq. Xahiş edirik, haqq səsimizi dünyaya çatdırın.
Məmmədbağır Bağırovun evində qızı Elza bəyan etdi ki, biz doğma torpaqlarımızda yaşamaq istəyirik. İnanırıq ki, oraya qayıdıb firavan həyat sürəcəyik.
Taxtakörpü qəsəbəsindəki mərkəzi rayon xəstəxanasında qonaqları Yaponiyadan gəlmiş həkim Akio Kanai qarşılamışdır. Bildirmişdir ki, iki gün ərzində burada müayinə aparacaqdır.
Qonaqlar Laçın rayon İcra Hakimiyyəti binasının həyətində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Yeni salınmış qəsəbədə məcburi köçkünlərin məşğulluğunun təmin olunması, iqtisadi imkanlarının artırılması sahəsində həyata keçirilən tədbirlər Valter Kalinin böyük marağına səbəb olmuşdur. Bank olmayan kredit təşkilatı - “Kömək-kredit” MMC-nin sədri Ərəstun Sadıqov məlumat vermişdir ki, qurumun xətti ilə burada 90-dan çox məcburi köçkünə 73 min manatadək mikrokredit verilmişdir. İlin sonunadək bu rəqəm 270 min manata çatacaqdır. O, təşkilata əlavə vəsait cəlb olunmasının vacibliyini qeyd etmişdir.
Valter Kalin səfərin sonunda bildirmişdir ki, köçkün vəziyyətində olmaq insan hüquqlarının pozulması deməkdir. Əlbəttə, könüllü şəkildə geri qayıtmaq imkanı olmadıqda bu hüquqlar pozulmaqda davam edir. Ona görə də hazırda münaqişənin həlli ilə bağlı aparılan danışıqların müsbət nəticə verməsi çox vacibdir. Mən əvvəlki səfərimin yekununda hazırladığım hesabatda məhz bu məsələ üzərində təkid etmişdim. Mümkün qədər qısa müddətdə danışıqlarda müsbət nəticəyə nail olmalıyıq. Biz buna ümid bəsləyirik.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə demişdir:
- BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin ikinci dəfədir ki, Azərbaycana səfər edir. Birinci səfərində məcburi köçkünlərin məskunlaşdıqları bütün ərazilərdə olmuş, səfərinin yekununda obyektiv hesabat hazırlamış, Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirmiş, bu işləri digər ölkələr üçün nümunə saymış, doqquz tövsiyə vermişdi. Həmin tövsiyələrin biri BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrası ilə əlaqədar dünya ictimaiyyətinə çağırış idi. Qalan səkkiz tövsiyə Azərbaycan hökuməti tərəfindən tam yerinə yetirilmişdir. O, bu səfərində havadan Füzuli rayonu ərazisindəki Zobucuq qəsəbələrinə baxdı, “Xocavənd-500” qəsəbəsində ailələrlə görüşdü, yenə də havadan Ağcabədi ərazisindəki Laçın qış yataqlarını müşahidə etdi, obalardan birində yeraltı daxmalarda yaşayan məcburi köçkünlərin həyat şəraiti ilə tanış oldu. Azərbaycan dövlətinin məcburi köçkünlərin həyatını yaxşılaşdırmaq məqsədilə gördüyü işlərin sürəti Valter Kalini heyrətləndirmişdir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









