XƏBƏRLƏR
Çap et
1392
Məcburi köçkünlər üçün daha yeni bir yaşayış kompleksi Qazaxda istifadəyə verildi
Mətbuat xidmətinin məlumatı
14 Aprel, 2016
Aprelin 2-5-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində qoşunların təmas xəttində yerləşən işğalçı Ermənistan ordusunun mövqelərinə sarsıdıcı zərbələr endirilməsi nəticəsində düşmən həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilərə məruz qaldı və qorxu içərisində geri çəkilməyə məcbur oldu. Azərbaycan ordusu cəbhədə mühüm hərbi-strateji yüksəklikləri ələ keçirdi və orada möhkəmləndi. Bununla da Azərbaycan ordusu qısa müddətdə qarşısına qoyulan strateji missiyanı uğurla yerinə yetirdi.
Ordumuzun strateji yüksəklikləri ələ keçirməsi sərhədyanı zonada, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimizi ermənilərin daimi təxribatından qurtardı, dinc əhalinin təhlükəsiz şəkildə yaşamasını təmin etdi. Bu yüksəkliklərin alınması qoşunların təmas xəttində reallığı dəyişdirdi. İndi Azərbaycan hərbçiləri böyük əraziyə nəzarəti həyata keçirməklə yüksəkliklərin digər tərəfində erməni hərbçilərini təhdid altında saxlaya bilir. Həmin ərazilərdə yaşayan ermənilər kəndləri boşaldır və digər yerlərə köçürlər. Mövcud reallıq Azərbaycan Silahlı Qüvvələri haqqında cəmiyyətimizdə olan rəyi daha da möhkəmləndirib, ona olan inamı artırıb.
Bütün bunların nəticəsidir ki, bu gün ölkədə, o cümlədən cəbhə bölgəsində yerləşən Qazax rayonunda da sözün həqiqi mənasında, yüksək əhval-ruhiyyə, xoş ovqat yaşanır. Müəyyən itkilərimizə, şəhidlər verməyimizə baxmayaraq, düşmənə vurulan sarsıdıcı zərbə hər evdə, hər ailədə əsl bayram təəssüratı yaradıb. Bəli, bu savaşda biz haqlıyıq. Uğrunda döyüşlər gedən, qanlar tökülən, qurbanlar verilən Qarabağın əzəli Azərbaycan torpağı olduğunu Prezident İlham Əliyev müdrik siyasəti, uğurlu diplomatiyası sayəsində artıq bütün dünyaya qəbul etdirib.
Bu gün hamıya bəllidir ki, atəşkəs rejimi dövründə Ermənistan silahlı qüvvələri təmas xəttində yerləşən digər bölgələrimizdə olduğu kimi, cəbhə xəttində yerləşən Qazaxda da hər gün atəşkəsi pozub, əsgərlərimizin, mülki əhalinin ölümünə səbəb olub. Bu rayon da son günlər intensiv döyüşlərin qaynar nöqtələrindəndir. Düşmənin təmas xətti boyunca yerləşən Qazax rayonunun yaşayış məntəqələrində təbii gərginlik olsa da, həyat öz axarı ilə davam edir.
Ali Baş Komandanın hünərinə, Azərbaycan əsgərinin şücaətinə güvənən rayon sakinlərinin dövlətimizin başçısına, ordumuzun qüdrətinə olan inamları daha da artıb. Dövlət başçısının müdrikliyinə qəlbən inanan, Milli Ordumuzun şücaətinə arxalanan qazaxlılar da indi böyük sevinc içərisindədirlər. Bu sevincdən isə kəndləri işğal altında olan, buna görə də artıq neçə illərdir ki, məcburi köçkün kimi rayon ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşan soydaşlarımıza daha çox pay düşür. Belə ki, onlar bu günlər həm də rayon ərazisindəki məcburi köçkünlər üçün salınmış 304 ailəlik müasir tipli qəsəbədən aldıqları və artıq köç edərək məskunlaşdıqları mənzillərin sevincini yaşayırlar.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Torpaqlarımızın işğaldan azad edilməsinin, məcburi köçkünlərin doğma ocaqlarına qaytarılmasının, buna qədər isə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu daim diqqətə çatdıran dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyur. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməkdədir. Elə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq sərhəd bölgəsi olan Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün rayonun Qazaxbəyli kəndinin səfalı guşəsində geniş bir ərazini əhatə edən bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınmış və artıq öz sakinlərini qəbul edən şəhərcik də yuxarıda deyilənlərin bariz nümunəsidir.
Layihəyə uyğun olaraq, ərazidə 10 dördmərtəbəli, 304 mənzilli bina tikilib. Binalarda 52 birotaqlı, 156 ikiotaqlı, 88 üçotaqlı, 8 dördotaqlı mənzillər var. Ərazidə bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilib. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunub, hərtərəfli abadlıq və 3,6 hektarı əhatə edən ərazidə yaşıllaşdırma işləri aparılıb. Yaşayış binasının tikintisinə 2015-ci ilin aprelində başlanılıb və dekabrında tam başa çatdırılıb.
Qazax rayonu ərazisindəki yataqxana və məktəblərdə, inzibati binalarda və uşaq bağçalarında məskunlaşan soydaşlarımızın köçürülməsi nəzərdə tutulub. Bu yaşayış məhəlləsində ayrı-ayrılıqda istər yaşayış binalarının, istərsə də burada inşa olunan məktəb binasının, uşaq bağçasının, həmçinin tibb məntəqəsi, ATS binası, klub-icma mərkəzi və digər sosial obyektlərin, istərsə də xarici və daxili elektrik xətləri, su, kanalizasiya xətləri, qızdırıcı sistem və digər texniki infrastrukturların inşası yüksək keyfiyyətlə həyata keçirilib, 3 kilometr uzunluğunda müasir yol-küçə infrastrukturu yaradılıb. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün müasir tələblər səviyyəsində şərait yaradılıb, təhsil ocağının sinif otaqları və idman zalı, həmçinin uşaq bağçası bütün zəruri inventar və avadanlıqlarla təchiz olunub, yaşayış kompleksində 9 sanitariya-təmizləmə meydançası təşkil edilib.
Hazırda Dövlətqaçqınkomun Repatriasiya Departamenti tərəfindən müvafiq qaydalara uyğun olaraq buraya köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrinin yeni qəsəbədəki mənzillərə köçürülməsi davam etdirilməkdədir. İşlərin planlı şəkildə və operativ qaydada həyata keçirilməsinin nəticəsidir ki, artıq köçürülmə başa çatmaq üzrədir.
Yeni məhəlləyə köçürülən məcburi köçkünlər yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Onlar Azərbaycan Prezidentinə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli siyasəti nəticəsində tezliklə işğal altındakı bütün torpaqlarımızın azad ediləcəyinə inandıqlarını söyləyirlər.
Doğma kəndləri Əskipara işğal olunduqdan sonra neçə illərdir uşaq bağçasında məskunlaşan və yeni məhəllədəki üçotaqlı mənzilə köçən Sona Babayeva, hərbi şəhərcikdəki yataqxanadan yaraşıqlı və geniş üçotaqlı mənzilə köçən Yuxarı Əskiparadan məcburi köçkün Novruz Hüseynov və digərləri söhbət zamanı bütün həmyerlilərinin fikirlərini ifadə edərək bu gün sevinclərinin həddi-hüdudu olmadığını deyiblər. Neçə illərdir bu cür şəraitlərinin olması, onları məcburi köçkün vəziyyətinə salan düşmənin layiqli cavabının verilməsi arzusu ilə yaşadıqlarını qeyd ediblər. Onlar bildiriblər ki, artıq arzuları çin olub. Vurğulayıblar ki, bu arzularına onları daim qaçqın və məcburi köçkünlərin himayədarı olan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və qətiyyətli addımları, Azərbaycan Ordusunun zəfəri çatdırıb. Onlar deyiblər: “Düşmənə vurulan ağır zərbə bizi o qədər sevindirir ki, indiyədək çəkdiyimiz əzab-əziyyət də yadımızdan çıxıb. Bütün Azərbaycan xalqı kimi, biz məcburi köçkünlər çox istəyirik ki, ordumuzun zəfərləri davamlı olsun, düşmən işğal altındakı torpaqlardan tamamilə qovulsun. Bu amal uğrunda hər bir kəs əsgərlərlə eyni sırada döyüşməyə, düşməndən layiqli qisas almaq üçün səngərə atılmağa hazırdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi siyasət, qətiyyətli və prinsipial mövqe ürəyimizcədir. Ona görə də biz dövlət başçısına inanırıq. İnanırıq ki, doğma Qarabağımız, işğal altında olan bütün torpaqlarımız onun yeritdiyi müdrik siyasət nəticəsində tezliklə işğaldan azad olunacaq. Buna qədər isə biz məcburi köçkünlərə bu cür qayğı və diqqət göstərdiyinə, bizə bu cür rahat həyat bəxş etdiyinə görə bütün məcburi köçkünlər adından minnətdarlığımızı bildiririk”.
Bütün bu deyilənlər, Azərbaycan dövlətinin öz qaçqın və məcburi köçkünləri üçün həyata keçirdiyi və ölkə ictimaiyyəti, həmçinin beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilən, dünyada oxşar problemi yaşayan ölkələr üçün nümunə kimi dəyərləndirilən bu tədbirlər özlüyündə bir daha təsdiq edir ki, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həlli daim Azərbaycan dövlətinin və şəxsən dövlətimizin başçısı İlham Əliyevin gündəlik diqqət mərkəzindədir.
Ordumuzun qüdrəti, Ali Baş Komandanın qətiyyəti, xalqımızın ordumuza və rəhbərinə sonsuz inam və sevgisi onu deməyə əsas verir ki, tezliklə Azərbaycan torpaqları işğaldan azad olunacaq, bütün məcburi köçkün soydaşlarımız doğma ocaqlarına qaytarılacaq. Prezident İlham Əliyevin də dediyi kimi, o torpaqlarda bu soydaşlarımız üçün daha yaxşı şərait yaradılacaq. Elə buna görədir ki, həmişə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını önə çəkən dövlətimizin başçısı doğma ev-eşiyindən didərgin salınmış soydaşlarımız üçün gözəl binalar tikildiyini, on minlərlə məcburi köçkünün gözəl şəraitlə təmin olunduğunu daim diqqətə çatdıraraq bu sahədə işlərin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb