"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1728
Məcburi köçkünlərin məskunlaşdıqları binada yanğının nəticələri aradan qaldırılır
Mətbuat xidmətinin məlumatı 27 Mart, 2016
Martın 27-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Qubadlı rayonundan olan 14 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı Binəqədi rayonu Sarıqaya massivindəki Novxanı istirahət bazasında baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olub. Yanğın nəticəsində binanın dam örtüyünün 1200 kvadratmetr sahədə yandığı, lakin mənzillərə ciddi ziyan dəymədiyi bildirilib. Hadisədən dərhal sonra Qubadlı və Binəqədi rayon icra hakimiyyətləri tərəfindən məcburi köçkünlərə kömək göstərilib, təmir işləri başa çatanadək müvəqqəti qalmaları üçün onlara iki aylıq kirayə haqları əvvəlcədən ödənilib. Sonra Baş nazirin müavini məcburi köçkünlərlə görüşüb, onların problemləri ilə maraqlanıb. Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Əli Həsənov qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin dövlətimizin başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyib. Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin yürütdüyü uğurlu və qətiyyətli siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına əminliyini ifadə edib. Binada məskunlaşan məcburi köçkünlərin 20 ildən artıq müddətdə burada yaşadıqlarını vurğulayan Baş nazirin müavini görülən işlərlə bağlı deyib: “Baş vermiş yanğın nəticəsində sakinlərdən xəsarət alan olmayıb. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi operativ tədbirlər nəticəsində alovun mənzillərə keçməsinin qarşısı alınıb. Lakin binanın 1200 kvadratmetrlik dam örtüyü tamamilə yanıb. Yanğının baş vermə səbəbləri ilə bağlı ciddi araşdırma aparılır”. Yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı Dövlət Komitəsi tərəfindən təcili tədbirlərin görüldüyünü vurğulayan Əli Həsənov əsaslı təmir işlərinin qısa müddətdə başa çatdırılacağını bildirib. Baş nazirin müavini binada məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli üçün Qubadlı və Binəqədi rayon icra hakimiyyətləri tərəfindən də iş aparıldığını deyib. Əli Həsənov əsaslı təmir işlərinin yüksək səviyyədə aparılması, binada məskunlaşan ailələrin problemlərinin həlli ilə bağlı tapşırıqlar verib.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb