"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1873
BMT baş katibinin nümayəndəsi Valter Kalin Baş nazirin müavini cənab Ə.Həsənovla birlikdə məcburi köçkünlərin məskunlaşdıqları bölgələrdə olmuşdur.
Mətbuat xidmətinin məlumatı 24 May, 2010
BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin mayın 21-də məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bölgələrə səfər etmişdir. Qonaq və onu müşayiət edənlər əvvəlcə havadan Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbələrinə baxmışlar. Məlumat verilmişdir ki, bu beş qəsəbədə rayonun işğal altında olan yaşayış məntəqələrinin sakinləri məskunlaşmışlar. Qəsəbələrdə 4179 ev vardır. Sonra Valter Kalin Beyləqan rayonu ərazisində “Xocavənd-500” qəsəbəsində sakinlərlə görüşmüşdür. Xatırladaq ki, qəsəbə 2008-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılmışdır. Qonaqları Xocavənd və Beyləqan rayonları icra hakimiyyətlərinin başçıları Eyvaz Hüseynov və İrşad Əliyev qarşılamışlar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Valter Kalini sakinlərə təqdim etmişdir. Xocavənd sakini Ağamirzə Həsənov və başqaları həmyerlilərinin doğma torpaqlara qayıtmaq arzusunu ifadə etmişlər. Xüsusi vurğulanmışdır ki, Azərbaycan hökuməti məcburi köçkünlərə lazım olan şəraiti yaratmışdır. Ancaq bizə doğma yurdumuz lazımdır. Təəssüflə qeyd olunmuşdur ki, hətta 18 ildən sonra belə bəzi beynəlxalq təşkilatların regiona gələn nümayəndələri problemdən xəbərsiz kimi davranır, işğalçı və və işğal qurbanını bərabərləşdirməyə cəhd göstərirlər. Ancaq hər kəs öz adı ilə çağırılmalıdır. Sakinlər məşğulluq probleminin həlli ilə bağlı görülmüş işlərdən söz açmışlar. Valter Kalin kreditlərdən istifadə vəziyyəti ilə maraqlanmışdır. Ona məlumat vermişlər ki, 3 faizlə alınan kreditlərin qaytarılma göstəricisi 99 faizdir. Bildirilmişdir ki, hər bir ailəyə 12 sot həyətyanı sahədən əlavə təsərrüfatla məşğul olmaq üçün 60 sot torpaq verilmişdir. Rayon icra hakimiyyətinin başçısı məlumat vermişdir ki, sakinlər becərdiyi tərəvəzi, bəslədiyi mal-qaranı Beyləqan bazarında satırlar. Əli Həsənov qonağın diqqətinə çatdırmışdır ki, Azərbaycanda aqrar islahat qısa müddətdə başa çatdırılmış, torpaq özəlləşdirilmişdir. Məcburi köçkünlər üçün qəsəbələr dövlət fondunda saxlanılmış torpaqlarda salınır. Sonra qonaqlar şəhidlər - Alov və Atəş Əzizov qardaşlarının anası Sevil xanımın həyətində ailənin şəraiti ilə tanış olmuşlar. Şəhid ailəsi xahiş etmişdir ki, erməninin şirin dilinə aldanmayın, haqqın, ədalətin tərəfində olun. Qonaqlarla səmimi söhbət çay süfrəsi arxasında davam etdirilmişdir. Sonra qonaqlar qəsəbədəki məktəb, uşaq bağçası və xəstəxanaya da baxmışlar.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib