"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1717
Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir
Mətbuat xidmətinin məlumatı 25 Fevral, 2016
Dövlətqaçqınkomda keçirilən konfransda bu faciəni törədənlərin layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunmuşdur Fevralın 24-də Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsində «Xocalıya Ədalət Beynəlxalq Kampaniyası» Beynəlxalq İctimai Birliyi ilə Xocalı soyqırımına həsr olunmuş təbliğat-maarifləndirmə mövzusunda birgə konfrans keçirilmişdir. Əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlətqaçqınkomun və «Xocalıya Ədalət Beynəlxalq Kampaniyası» İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə keçirilən birgə konfransı giriş sözü ilə açan Dövlətqaçqınkomun sədr müavini Gəray Fərhadov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törədikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün indiyədək görülən və görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə işlərə başlanılıb. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir. Bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu xüsusi vurğulayan G.Fərhadov erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Bu qanlı faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, cəsədlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. G.Fərhadov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlər xüsusilə diqqət çəkəndir: “Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası nəticəsində dünya xalqları, onların parlamentləri Xocalı soyqrımı ilə bağlı geniş məlumatlar əldə edə biliblər. "Xocalıya ədalət" kampaniyasının apardığı uğurlu təbliğatın nəticəsidir ki, bir sıra ölkələr, eləcədə ABŞ-ın 20 ştatı artıq Xocalı soyqrımnı rəsmən tanıyıblar”. Tədbirdə həmçinin o da xüsusi vurğulanıb ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmişdir. Bildirilib ki, bu gün Ermənistanda mühüm dövlət postları tutanlar - Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Bütün bunlarla yanaşı, G.Fərhadov konfransda həmçinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin, o cümlədən Xocalıdan olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması barədə görülmüş işlərdən də danışaraq bildirmişdir ki, bu gün Xocalıdan olan soydaşlarımızın da problemlərinin həllinə hərtərəfli diqqət və qayğı göstərilir. Elə bunların nəticəsidir ki, hazırda Xocalıdan olan məcburi köçkünlərin 43 faizi yeni mənzillərlə təmin olunub. Dövlət başçısının tapşırığına əsasən faciə zamanı hər iki valideynini itirmiş 25 soydaşımıza Dövlətqaçqınkom tərəfindən mənzil verilmişdir. Konfransda «Xocalıya Ədalət Beynəlxalq Kampaniyası» İctimai Birliyinin baş mütəxəssisi Fərid Cəfərov çıxış edərək təmsil olunduğu ictimai birlik tərəfindən indiyədək görülən işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın gərgin fəaliyyətinin, həmçinin dövlətin bu yöndə hərtərəfli dəstəyinin nəticəsidir ki, artıq əksər dövlətlər bu faciə ilə bağlı həqiqətlərdən xəbərdardır. Ölkəmizin yeritdiyi məqsədyönlü siyasət sayəsində müəyyən nəticələr əldə olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan «Xocalıya ədalət» kampaniyasına artıq dünyanın bir sıra ölkələri qoşulub və təbliğat xarakterli işlər görürlər. Bütün bunlar onu göstərir ki, haqlı səsimizi və tələbimizi dünyaya eşitdirə bilirik. Birliyin nümayəndəsinin fikrincə, internet medianın üstünlük təşkil etdiyi bir dövrdə yaşadığımıza görə, soyqırımı ilə bağlı məlumatları daha çox bu sahədə, sosial şəbəkələrdə yaymaq səmərəli nəticə verə bilər: «Özümüzə düzgün hədəf, düzgün istiqamət götürsək, gördüyümüz işləri sosial mediada təbliğ etsək, səsimiz daha da uzaqlara çatar. Dünya ictimaiyyəti Xocalı faciəsinin bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu etiraf etməlidir. Bu qətliama göz yummaq cinayətkara yardım etməkdən başqa bir şey deyil». Sonda «Xocalıya Ədalət Beynəlxalq Kampaniyası» İctimai Birliyi tərəfindən hazırlanmış video-çarxın təqdimatı və Birliyin fəaliyyətinə dair prezentasiya keçirilmişdir. Nümayiş olunan video-çarxda Xocalı qırğınına dair yekun faktlara, konkret sənədlərə və vaxtilə çəkilmiş videogörüntülərə, fotomateriallara istinad olunur, qətliam haqqında həqiqətlər geniş ictimaiyyətə çatdırılır. Konfransın yekununda ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacaqlarına, işğal altındakı bütün ərazilərimizin yağı düşməndən tezliklə azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb