"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1803
İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub
Mətbuat xidmətinin məlumatı 24 Oktyabr, 2015
Azərbaycanda səfərdə olan İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 23-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün salınmış məhəllədə olub. Məcburi köçkünlər üçün yaradılan şəraitlə yerində tanış olmaq məqsədilə buraya gələn nümayəndə heyətini ərazidə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynov, Abşeron və Zəngilan rayon icra hakimiyyətlərinin başçıları İradə Gülməmmədova və Ramiz Həsənov qarşılayıblar. Azərbaycanın qaçqın və məcburi köçkünlərinin problemi ilə yaxından maraqlandığına görə indoneziyalı qonaqlara təşəkkürünü bildirən Gəray Fərhadov bildirib ki, Bakıda və Bakıətrafı ərazilərdə, respublikamızın müxtəlif bölgələrində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturları ilə birlikdə müasir qəsəbə və məhəllələr salınıb, daha ağır şəraitdə yaşayan minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Hələ də məcburi köçkünlərin müəyyən qisminin yataqxanalarda, tikintisi yarımçıq qalmış obyektlərdə ağır şəraitdə yaşadığını xatırladan komitə sədrinin müavini deyib ki, dövlətimiz tərəfindən onların da mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilir. Bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşdırılıb. Torpaqlar azad edildikdən sonra onlar öz doğma yurdlarına qayıdacaqlar. Sonra qonaqlar ərazidəki 540 şagird yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbində yaradılan şəraitlə, həmin məktəbdə olan 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 2 saylı seçki məntəqəsinin iş prosesi ilə tanış olublar. Məktəblilərin ingilis dilində İndoneziya ilə bağlı verdikləri ətraflı məlumatlar nümayəndə heyətinin marağına səbəb olub. Qonaqlar, həmçinin məhəllədəki 280 yerlik uşaq bağçası, burada tərbiyə alan uşaqların əl işləri ilə tanış olub, körpələrin ifasında xalqlar arasında sülhü və dostluğu tərənnüm edən mahnıları dinləyiblər. İndoneziyalı qonaqlar məhəllədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə də tanış olublar. Zəngilandan məcburi köçkün Ərşad Priyevin mənzilində çay süfrəsi ətrafındakı söhbət əsnasında bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Lakin bütün bunlara baxmayaraq hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır. Sonra indoneziyalı qonaqlar Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların həyat şəraiti ilə tanış olublar. Zəngilan rayonundan məcburi köçkün Alı Əliyevin mənzilində söhbət zamanı bildirilib ki, bu ərazidəki yataqxanalar kompleksində 1300-dən çox məcburi köçkün ailəsi məskunlaşıb. Görüşlərdə Nur Xolis Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarının zəruriliyini bildirib.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb