XƏBƏRLƏR
Çap et
1755
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı
11 May, 2010
Mayın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev: qaçqın və məcburi köçkünlər” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin məsul əməkdaşları, Milli Məclisin deputatları, işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə ümummilli liderin komitənin inzibati binasındakı büstü önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla anmışlar.
Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müasir Azərbaycan dövlətinin memarı və qurucusunun xalqımız və Vətənimiz qarşısında ölçüyəgəlməz xidmətlərindən bəhs edən geniş məruzə ilə şıxış etmişdir. Bildirilmişdir ki, zaman keçdikcə, illər bir-birini əvəz etdikcə böyük siyasətçi və müdrik dövlət xadiminin, dahi rəhbərin adının və fəaliyyətinin nəinki Azərbaycan, hətta türk dünyası hüdudlarına sığışmadığı bir daha aydın olur. Bütün dünyada “Heydər Əliyev” deyəndə bugünkü müstəqil Azərbaycan Respublikası, “Azərbaycan” deyəndə isə bu dövlətin memarı və qurucusu Heydər Əliyev şəxsiyyəti göz önünə gəlir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lliderimizin özündən əvvəlki səriştəsiz və səbatsız, idarəetmədən xəbərsiz olan sələflərindən dağılmış, xaos və anarxiyanın baş alıb getdiyi, təkcə Dağlıq Qarabağın deyil, Şuşa, Laçın, Kəlbəcər kimi mühüm strateji əhəmiyyət kəsb edən rayonları ermənilər tərəfindən işğal olunmuş, bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı qəbul etdiyini xatırlatmışdır. Bildirmişdir ki, yalnız Heydər Əliyev dühasının saçdığı parlaq işıq sayəsində Azərbaycan xalqı bu tarixi sınaqlardan alnıaçıq, üzüağ çıxmış və bugünkü inkişaf səviyyəsinə gəlib çatmışdır.
Əli Həsənov demişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il müddətində prioritet əhəmiyyət kəsb etmişdir.
Baş nazirin müavini ulu öndərin qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı imzaladığı fərman, sərəncam və dövlət proqramlarını xronoloji ardıcıllıqla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Eyni zamanda, ümummili liderin Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırlması, işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində beynəlxalq səviyyədə gördüyü işlər də xronoloji ardıcıllıqla qeyd olunmuşdur.
Qaçqın və məcburi köçkünlərin problemlərinə daim həssaslıqla yanaşan, onların hər birinin dərdini-sərini özünün şəxsi dərd-səri hesab edən ulu öndərin bu təbəqədən olan insanlarla saysız-hesabsız görüşlərini xatırladan Əli Həsənov bu gün ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, dövlətimizin başçısının bu istiqamətdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirmişdir. Vurğulanmışdır ki, qaçqınlar və məcburi köçkünlər dövlətiimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyirlər.
Tərbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabag Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin elm və təhsil komitəsi sədrinin müavini Bəxtiyar Əliyev, Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseyov, Milli Məclisin deputatı Astan Şahverdiyev, məcburi köçkün Sevi Sevdimalıyev çıxış edərək ermənilərin işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza ümummilli lider Heydər Əliyevin diqqət və qayğısından, ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışmışlar. Natiqlər Azərbaycan Prezidenti İlham Əliyevin işğal olunmuş torpaqlaımızın azad edilməsi uğrunda apardığı məqsədyönlü işlərin tezliklə öz bəhrəsini verəcəyinə, ümummilli liderin anadan olmasının növbəti ildönümünün Şuşada və Dağlıq Qarabağın digər ərazilərində daha böyük təntənə ilə qeyd ediləcəyinə inandıqlarını bildirmişlər.
Tədbir çərçivəsində, həmçinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən nəşr etdirilmiş və dövlətimizin başçısı İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısından bəhs edən “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabının təqdimatı da olmuşdur.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









