XƏBƏRLƏR
Çap et
1694
Fransalı senator Bakıda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
Mətbuat xidmətinin məlumatı
30 Mart, 2010
“Qaçqınların öz torpaqlarına qayıtmaq hüquqları qanunidir və Fransa parlamentinə bu barədə əsaslı məlumat çatdırılacaq”
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə martın 17-dən Bakıda səfərdə olan Fransa Senatının yuxarı palatasının senatoru Natali Qule martın 19-da səhər Fransanın Azərbaycandakı səfiri Qabriel Keller ilə birlikdə Binəqədi rayonunda 2 nömrəli evtikmə kombinatının ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsi nəticəsində öz tarixi torpaqlarından didərgin düşən insanların dözülməz şəraitdə yaşadıqlarını görən senator, artıq mövcud vəziyyətə göz yumulmasına son qoymağın və həmin insanlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vaxtı gəldiyini vurğulayıb. O, həmçinin qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq istəklərində son dərəcə israrlı olmasından heyrətləndiyini bildirdi. Senator qeyd etdi ki, onlar bu hüquqların təmin edilməsini tələb edərkən sözsüz ki, haqlıdırlar. Çünki BMT də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən bu hüquqlar rəsmən tanınır. Sonra qaçqınlar üçün nəzərdə tutulmuş yeni binalara baş çəkən senator Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz həmvətənlərinin ağır vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib. Lakin yaradılmış şərait necə olursa-olsun bu qaçqınların öz doğma torpaqlarını əvəz edə bilməz.
Jurnalistlərin suallarını cavablandıran Fransanın Azərbaycandakı səfiri cənab Qabriel Keller bildirib ki, nəticənin necə olmasından asılı olmayaraq məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Xanım Natali Qule Fransa Senatına və xarici əlaqələr komissiyasına Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilmiş torpaqlarından didərgin düşmüş qaçqın və köçkünlərin vəziyyəti ilə bağlı məlumatlar göndərəcəyinə söz verdi.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









