"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1469
İşğalçı ölkəyə heç bir təzyiq göstərilmədiyindən münaqişə həll olunmamış qalır
Mətbuat xidmətinin məlumatı 29 Aprel, 2015
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov İspaniyanın Xarici İşlər Nazirliyinin xarici siyasət və təhlükəsizlik üzrə baş direktoru Enrike Mora və Sərgi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Xose Lavinyanla görüşüb. Görüşə gəlmələrinin əsas məqsədinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə ətraflı məlumat əldə etməkdən ibarət olduğunu nəzərə alan F.Hüseynov bu münaqişənin tarixi kökləri və yaranma səbəbləri, ermənilərin zaman-zaman əsassız torpaq iddiaları ilə törətdikləri cinayət əməlləri barədə hərtərəfli məlumat verərək bildirmişdir ki, bu gün Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altındadır. Havadarlarının köməyinə arxalanan və bundan bəhrələnən Ermənistanın işğalçılıq siyasəti nəticəsində nəinki Azərbaycanın təkcə Dağlıq Qarabağ bölgəsindən, həmçinin ətraf yeddi rayondan zor gücünə qovulan soydaşlarımız hazırda qaçqın və məcburi köçkün həyatı yaşayır. Hazırda sayı 1 milyon 200 minə çatan bu insanların doğma ocaqlarına qaytarılması, işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, digər nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən qərarlarının olmasına baxmayaraq bu ölkəyə heç bir təzyiq və təsirli tədbirlər görülmədiyindən, bu qərar və qətnamələrə məhəl qoyulmadığından münaqişə hələ də həll olunmamış qalır. Münaqişənin sülh yolu ilə nizamlanması missiyasının həvalə edildiyi ATƏT-in Minsk qrupunun da heç bir irəliləyişə nail ola bilmədiyindən təəssüfləndiyini bildirən F.Hüseynov bütün bunlardan qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın daha çox əziyyət çəkdiyini vurğulayaraq demişdir ki, Azərbaycan dövlətinin bu təbəqədən olan vətəndaşlarının problemlərinin həlli istiqamətində hərtərəfli tədbirlər görməsinə baxmayaraq onların ən böyük arzu və istəkləri doğma ocaqlara qayıtmaqdır. O, eyni zamanda dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənmiş Dövlət Proqramına və ona edilmiş Əlavələrə uyğun olaraq görülən işlər, onların doğma ocaqlarına qayıdanadək sosial-məişət problemlərinin həlli istiqamətində həyata keçirilən geniş miqyaslı tədbirlər barədə də hərtərəfli məlumat verərək bildirmişdir ki, Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi təcrübə və gördüyü tədbirlər nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri tərəfindən oxşar problemlərlə üzləşən ölkələr üçün nümunə kimi qiymətləndirilmişdir. Sonda ispaniyalı qonaqlar Dövlətqaçqınkomun foyesində Ermənistan silahlı birləşmələrinin təcavüzü nəticəsində zor gücünə doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın ilk günlərdəki acınacaqlı durumlarını, o vaxtkı məskunlaşma obyektlərindəki dözülməz şəraiti, bu gün onlar üçün salınmış qəsəbələri və hündürmərtəbəli yaşayış binaları komplekslərinin ümumi görüntülərini və digər tədbirləri özündə əks etdirən foto-stend və ekspozisiyalarla tanış olmuşlar. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə qonaqları maraqlandıran digər məsələlərə də hərtərəfli aydınlıq gətirilmiş və ispaniyalı qonaqlar geniş məlumata görə məmnunluqlarını ifadə etmişlər.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb