"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1226
Azərbaycan və İran hər zaman bir-birinin yanındadır
Mətbuat xidmətinin məlumatı 19 Aprel, 2015
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə rəsmi səfərdə olan İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Əli Həsənov Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin xüsusi rolu olduğunu deyib. Əlavə edib ki, bu əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ötən il hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafını daha da sürətləndirib. Baş nazirin müavini ikitərəfli münasibətlərin genişləndirilməsində diplomatik nümayəndəliklərin böyük fəallıq göstərdiklərini qeyd edib. Əsl dostluğun, qardaşlığın çətin və ağır günlərdə özünü açıq büruzə verdiyini deyən Baş nazirin müavini Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi dövrdə İran humanitar təşkilatlarının ölkəmizə etdikləri yardımlardan danışıb. Əli Həsənov deyib: “Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü, bir milyondan çox qaçqın və məcburi köçkün probleminin yarandığı vaxtda ölkəmizə ilk yardım əlini uzadan dövlətlərdən biri də qonşu, dost və qardaş İran oldu. Məhz bu dövrdə İranın İmam Xomeyni İmdad Komitəsi Azərbaycanda fəaliyyətə başladı və 20 ilə yaxın ölkəmizdə yüksək səviyyədə fəaliyyət göstərdi. Təxminən 50 milyon dollar həcmində müxtəlif proqramlar həyata keçirdi”. Əli Həsənov Azərbaycanın İran ilə bütün istiqamətlərdə əməkdaşlığa hazır olduğunu vurğulayıb, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyini qeyd edib. Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu gün ölkəmizin ən əsas problemi olduğunu deyib. Bildirib ki, Azərbaycan hökuməti Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünlərin problemlərini tam həll etmək iqtidarındadır. Ancaq ən əsası problemin həlli Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsidir. Əli Həsənov bildirib: “Təəssüf ki, bu gün dünyada ədalətsizlik hökm sürür. İyirmi ildən çoxdur ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, ATƏT-in, Avropa Şurasının qərarları icra olunmur. Bu zaman sual yaranır nə üçün, hansı səbəbdən? ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ probleminin həlli ilə səthi məşğul olurlar, ona görə də nəticə yoxdur. Bəlkə də onlar münaqişənin həllində maraqlı deyillər. Necə olur ki, BMT Təhlükəsizlik Şurası Liviya haqqında qərar qəbul etdi və 2 saatdan sonra NATO bu ölkəyə daxil oldu?! Yaxud İraqda, Əfqanıstanda guya diktatura rejimini dəyişdilər. Əvəzində nə verdilər? Belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə və əməkdaşlığına ciddi ehtiyac var. Regionda İran və Türkiyə kimi böyük müsəlman dövlətləri var, Azərbaycan da son 20 ildə beynəlxalq aləmdə layiqli yerini tutub. Hesab edirik ki, İran, Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclənsə, bu, həm region, həm də ölkələrimiz üçün faydalı olar. Bu həmrəylik nə qədər güclü olsa, bizə yanaşma da dəyişəcək”. Baş nazirin müavini Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün regionun güclü dövləti olan İranın da Ermənistana təzyiqi artırmasının vacibliyini vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini vurğulayan Əli Həsənov təəssüflə bildirib ki, Azərbaycan və İran arasında münasibətlərin soyumasında maraqlı olan bəzi qüvvələr var, əlaqələrimizə qısqanclıqla yanaşanlar var. Ancaq bilirik ki, bu iki xalq, dövlət arasında nifaq salmaq mümkün deyil. Səfərinin səmərəli nəticələrinin olacağına əminliyini bildirin Əli Rəbii ölkəmizdə bir sıra önəmli görüşlər keçirəcəyini diqqətə çatdırıb. Nazir əlillərlə bağlı müxtəlif birgə layihələrin keçirilməsinə hazır olduqlarını bildirib. Qeyd edib ki, əlillərin reabilitasiyası, onlara müxtəlif peşələrin öyrədilməsi sahələrində əməkdaşlıq etmək üçün imkanlar var. Ölkələrimiz arasındakı münasibətlərə dair səslənən fikirlərlə həmrəy olduğunu bildirən qonaq Azərbaycan torpaqlarının işğal altında qalmasının İran üçün də xoş olmadığını qeyd edib. O deyib: “Biz də münaqişənin tezliklə ədalətli şəkildə həll olunmasını istəyirik. Beynəlxalq qurumların qəbul etdikləri qətnamələrin tez bir zamanda icra olunması üçün təzyiq göstərilməsinin vacibliyini bildiririk. Ümid edirik ki, münaqişə qısa müddətdə sülh yolu ilə ədalətli həllini tapacaq. Əminliklə deyə bilərəm ki, biz sizin yanınızdayıq və problemlərimizi birgə həll etməliyik”. Qeyd edək ki, görüşdən əvvəl iranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qonaqlara məcburi köçkün ailələri üçün salınmış məhəllə haqqında məlumat verib. O, Azərbaycanın dilbər guşələrindən olan Zəngilanın ermənilər tərəfindən işğal edilməsindən, dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb. Nazir Əli Rəbii məhəllədə tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında da olub, burada balacaların ifasında rəqslərə baxıb.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb