XƏBƏRLƏR
Çap et
1207
Bu gün dünyanın inkişaf etmiş ölkələrindən olan Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə üzləşməsi təəssüf doğurur
Mətbuat xidmətinin məlumatı
10 Aprel, 2015

Aprelin 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Azərbaycana səfər proqramı çərçivəsində vaxt tapıb ölkəmizin bir saylı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi ilə daha yaxından tanış olmaq üçün görüşə gəldiklərinə görə nümayəndə heyətinə təşəkkürünü bildirən F.Hüseynov qeyd etmişdir ki, son vaxtlar dünyada və regionda baş verən proseslər fonunda hər iki ölkə arasında yaranmış bu cür dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi böyük önəm daşıyır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma səbəbləri və tarixi kökləri barədə qonaqlara ətraflı məlumat verən Komitə sədrinin müavini bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının neçə illərdir ki, qaçqın və məcburi köçkün heyatı yaşamasının bu gün Azərbaycanın ən ağrılı və bir nömrəli problemi olduğunu bir daha diqqətə çatdıraraq münaqişənin həllinin uzandığından, Ermənistanın işğalçılıq siyasəti yürüdərək hətta nüfuzlu beynəlxalq təşkilatların problemin həlli ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymamasından, işğalçı ölkəyə qarşı ciddi tədbirlər görülməməsindən təəssüfləndiyini bildirmişdir.
Azərbaycanın Cənubi Qafqaz bölgəsində ən güclü iqtisadiyyata malik olduğunu, hərtərəfli inkişaf etdiyini bildirən F.Hüseynov qeyd etmişdir ki, məhz bu inkişaf nəticəsində ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həllində, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında inamlı addımlar atılmışdır ki, bu da nüfuzlu beynəlxalq qurum və təşkilatların rəsmiləri tərəfindən dünyada oxşar problemlərlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun Dövlət Proqramı və ona Əlavələr təsdiq edilmişdir. Hazırda işlər bu dövlət sənədlərində nəzərdə tutulmuş maddələrə uyğün şəkildə müvəffəqiyyətlə davam etdirilir. Ölkədəki qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni qəsəbələr və yaşayış kompleksləri tikilib istifadəyə verilir, daha ağır şəraitdə yaşayan məcburi köçkünlər bu qəsəbələrdə yeni mənzillərlə təmin olunurlar. İndiyədək bu məqsədlə 90 müasir qəsəbə salınmış və 240 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Məcburi köçkünlərə kommunal xidmət xərclərinin ödənilməsi, onların məşğulluqlarının təmin olunması, yoxsulluğun azaldılması və bu kimi digər məsələlər daim dövlətin diqqət mərkəzindədir.
Bütün bunlarla yanaşı, dünya ictimaiyyətinin, nüfuzlu beynəlxalq qurumların, xüsusilə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin vaxtında bu problemin həlli istiqamətində qətiyyətli addımlar atmaması nəticəsində vəziyyət dəyişmədiyindən hələ də on minlərlə məcburi köçkünün ağır vəziyyətdə yaşadığını deyən F.Hüseynov həmçinin onu da bildirmişdir ki, bu qəbildən olan vətəndaşlarımız üçün hərtərəfli şərait yaradılsa belə, onlar yenə də ancaq öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar.
Ölkədəki qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər barədə hərətərfli məlumata görə minnətdarlığını ifadə edən Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robert ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail olunması istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayaraq artıq dünyanın inkişaf etmiş ölkələrindən olan Azərbaycanın bu gün qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyindən təəssüfləndiyini bildirmiş, bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasındakı əlaqələrin inkişafına dəstək verilməsinin vacibliyini diqqətə çatdırmışdır.
****
Sonda Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Dövlətqaçqınkomun sədrinin müavini F.Hüseynovun müşaiyəti ilə Azərbaycan Texniki Universitetinin yataqxanasında, həmçinin Azərbaycan dövləti tərəfindən məcburi köçkünlər üçün Abşeron rayonu Masazır qəsəbəsində salınmış 760 ailəlik qəsəbədə məskunlaşan məcburi köçkünlərlə görüşmüş, onların həyat və məişət şəraitləri ilə yerində tanış olmuşlar.
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb
26 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin Kollektivi “Ana Harayı” abidəsini ziyarət edib
25 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
20 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində kollegiya iclası keçirilib
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuranın cari ildə ilk iclası keçirilib
04 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Hamımız üçün Böyük Qayıdış...
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib