"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1074
ABŞ-ın Azərbaycandakı səfiri məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıb
Mətbuat xidmətinin məlumatı 05 Mart, 2015
Martın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb. Azərbaycan və ABŞ arasında hər zaman yaxşı əlaqələrinin olduğunu deyən Əli Həsənov bu münasibətlərin bu gündə inkişaf etdiyini bildirib. Komitə sədri Əli Həsənov səfirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Baş nazirin müavini bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu 20 ildən artıqdır hər hansı bir konkret nəticə əldə etməyib. Əli Həsənov deyib ki, əslində indiki Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ancaq onlar heç vaxt bununla kifayətlənməyiblər. Komitə sədri qeyd edib ki, bu gün Ermənistan müstəqil siyasət yürüdə bilmir. Hazırda bu ölkəni idarə edənlərin əlləri azərbaycanlıların qanına batıb. Ona görə də bu rejim sülh müqaviləsi ilə torpaqların geri qaytarılmasına razı olmur. Məhz bu amilə görə ATƏT-in Minsk qrupu heç bir nəticə əldə edə bilmir. Azərbaycan xalqının və dövlətinin sülhsevər olduğunu bildirən Baş nazirin müavini ölkəmizin sürətlə inkişaf etdiyini, son 10 ildə Azərbaycanda işsizliyin səviyyəsinin 49 faizdən 5 faizə düşdüyünü vurğulayıb. Baş nazirin müavini deyib: “Azərbaycan Prezidenti ölkənin strateji inkişafının 5 istiqamətini müəyyənləşdirib. 2020-ci ilə qədər olan müddəti nəzərdə tutan strategiyaya əsasən ölkədə bir nəfərdə olsun yoxsul insan qalmamalıdır. Digər məqsədə görə isə 2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmalıdır. Bu müddətdə neftdən asılılıq tamamilə aradan qaldırılmalıdır. Korrupsiyaya qarşı mübarizə beynəlxalq tələblərə cavab verməlidir. Son istiqamət isə insan hüquqlarının qorunmasının beynəlxalq tələblərə cavab verməsi ilə bağlıdır”. Bildirilib ki, ölkəmizdə son 20 ildə humanitar təşkilatlar tərəfindən dəyəri 1 milyard dollardan çox olan yardım layihələri həyata keçirilib. Bunun bir qismi isə ABŞ-ın qeyri-hökumət təşkilatlarının payına düşür. Azərbaycan-ABŞ münasibətlərindən danışan Robert Sekuta məqsədinin iki dost ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək olduğunu deyib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını bildirən diplomat deyib ki, problemin sülh yolu ilə nizamlanması üçün səylər göstərilir. Səfir deyib: “Son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması bizi narahat edir. Tərəflər vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq addımlardan çəkinməlidirlər. Biz də öz növbəmizdə həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə birgə işləyərək münaqişənin həllində irəliləyişə nail olmağa çalışırıq”. Səfir bildirib ki, münaqişədən əziyyət çəkən insanlara yardım etmək məqsədi ilə 20 il ərzində ABŞ hökuməti tərəfindən Azərbaycana 115 milyon dollar həcmində humanitar yardımlar edilib. Təhlükəsizlik sahəsində Azərbaycana edilən yardımın ümumi məbləği isə təxminən 53 milyon dollar həcmindədir ki, bu məbləğ də əsasən terrorizmlə mübarizə, təlim-tədris və digər məqsədlər üçün ayrılıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Səfirə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib. Sonra səfir Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov amerikalı diplomata məcburi köçkün ailələri üçün salınmış məhəllə haqqında məlumat veriblər. Səfir məhəllədəki 33 nömrəli orta məktəbdə yaradılmış şəraitlə maraqlanıb. Qeyd edilib ki, 540 şagird yerlik məktəbdə yüksək səviyyədə təhsil almaq üçün hər cür imkan var. Sonra diplomat tədris prosesi və Zəngilan rayonunun ərazidəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıb. O, həmçinin məhəllədə tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında olub, burada balacaların rəqsinə baxıb. Səfir məhəllədə məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə də maraqlanıb. Zəngilan rayonundan olan məcburi köçkün Ərşad Piriyevin evinə baş çəkən diplomat ailənin üzvləri ilə söhbət edib. Jurnalistlərlə təəssüratlarını bölüşən səfir bildirib: “Bu gün müasir Azərbaycanın həyatının ən vacib hissəsi olan məcburi köçkünlərin yaşadığı yerə səfər etdim. Mən Azərbaycana gələndə əsas məqsədlərimdən biri müxtəlif təbəqələrdən olan insanları dinləmək, Azərbaycanı daha yaxından tanımaq idi. ABŞ-ın Azərbaycan ilə əməkdaşlıq etdiyi çoxsaylı məsələlərdən biri də məcburi köçkünlərin rifah halının yaxşılaşdırılmasıdır”. Bu istiqamətdə fəaliyyətin genişləndirilməli olduğunu vurğulayan səfir qeyd edib ki, keçmişdə görülən işlərə, indiki vəziyyətə nəzər salmalı və gələcəklə bağlı planlar qurmalıyıq. İki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq.
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
20 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Şuşa, Xocalı və Ballıcaya növbəti köç karvanı yola salınıb
14 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
31 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlərin Həmrəylik Günü və Yeni il təbriki
30 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə videoçarx hazırlayıb
29 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xuraman Qasımova: “Qarabağ möcüzəli torpaqdır”
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
25 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
25 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
24 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər Prezident İlham Əliyevi təbrik ediblər