"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1484
Hacıqabul rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə işlər tam başa çatdırılmış və məcburi köçkünlərin köçürülməsinə başlanılmışdır.
Mətbuat xidmətinin məlumatı 27 Noyabr, 2014
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş Əlavələrə uyğun olaraq ötən illər ərzində məcburi köçkün soydaşlarımızın məşğulluq və digər sosial problemlərinin həlli, yaşayış səviyyəsinin yüksəldilməsi, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərin icrası uğurla davam etdirilmiş və bu gün də davam etdirilməkdədir. Müxtəlif ərazilərdə bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni-yeni qəsəbələr salınmış, hündür mərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Qeyd olunan sahədə işlər bu gün də müvəffəqiyyətlə davam etdirilir. Bunlar isə özlüyündə bir daha sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişəki kimi, bu gün də dövlətin, xüsusilə Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahələrdəndir. Ümumilikdə yeni qəsəbələrin salınması, orada məskunlaşdırılması nəzərdə tutulan soydaşlarımızın bu yaşayış sahələrinə köçürülməsi, paytaxtdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər üçün hündür mərtəbəli yaşayış binaları kompleksinin tikintisi və ilk növbədə, şəraiti daha ağır olan yataqxanaların boşaldılması və digər məsələlər Dövlət Proqramının və ona edilmiş Əlavələrin müvafiq bəndlərinə uyğun və mərhələli şəkildə həyata keçirilir. Məcburi köçkün soydaşlarımıza göstərilən diqqət və qayğının təzahürüdür ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə həmin Dövlət Proqramına Əlavələr təsdiq edilmişdir. Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin Dövlət Proqramı, ona edilmiş Əlavələr və digər normativ aktlar uğurla icra edilmiş və bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir. Ümumilikdə bu günə kimi 89 müasir qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və həyət evləri tikilib, 46 min məcburi köçkün ailəsi və ya 210 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Həmin illər ərzində hərtərəfli infrastruktura malik məktəb, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. Görülən tədbirlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizə düşüb. Hacıqabul rayonu ərazisində yeni salınmış qəsəbə bütövlükdə 101 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunmuşdur. Ümumilikdə 30 hektar sahəni əhatə edən bu qəsəbənin ərazisində də, digər yerlərdə olduğu kimi, müasir standartlara tam cavab verən 150 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ambulatoriya, poçt binası da tikilmişdir. Yeni yaşayış qəsəbəsi daimi elektrik, qaz, su ilə tam təchiz edilmişdir. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları bütün zəruri inventar və əyani vəsaitlərlə təmin edilib. İdman zalı da bütün zəruri avadanlıqla təchiz olunub. Hazırda Hacıqabul rayonu ərazisində yeni salınmış qəsəbəyə məcburi köçkünlərin köçürülməsinə başlanılmış və yaxın zamanlarda yekunlaşacaqdır. Yeni yaşayış məhəlləsinə köçürülən məcburi köçkün soydaşlarımız yaradılan bu cür şəraitə görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Məcburi köçkünlər Azərbaycan Prezidentinə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli siyasəti nəticəsində tezliklə doğma yurdlarına qayıdacaqlarına inandıqlarını bildirmişlər. Onlar bu inamın dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasətdən qaynaqlandığını vurğulamışlar. Ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Bu həssas məsələyə prinsipiallıqla yanaşma Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindəndir. Bu fəaliyyət təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
20 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Şuşa, Xocalı və Ballıcaya növbəti köç karvanı yola salınıb
14 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
31 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlərin Həmrəylik Günü və Yeni il təbriki
30 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə videoçarx hazırlayıb
29 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xuraman Qasımova: “Qarabağ möcüzəli torpaqdır”
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
25 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
25 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
24 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər Prezident İlham Əliyevi təbrik ediblər