"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1273
İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Möhsün Pakayin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşdur.
Mətbuat xidmətinin məlumatı 21 Noyabr, 2014
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov noyabrın 21-də İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Möhsün Pakayini onun müraciətinə əsasən qəbul etmişdir. Görüşdə iki dost və müsəlman ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında humanitar sahədəki əməkdaşlığın xalqlarımızın mənafeyi çərçivəsində daha da inkişaf etdirilməsi məqsədi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah naziri cənab Əli Rəbiinin dəvəti əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyətinin 2014-cü ilin 23-27 noyabr tarixlərində İran İslam Respublikasına həyata keçiriləcək rəsmi səfəri ilə bağlı müzakirələr aparılmışdır. Əli Həsənov görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin inkişafından danışmışdır. Diqqətə çatdırılmışdır ki, dərin köklərə malik olan əlaqələrimiz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir. Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Bildirilmişdir ki, son günlər ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin keçirilməsi münasibətlərin dinamik inkişafının bariz göstəricisidir. Görüşdə bu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına səfəri və ötən həftə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərini, səfər proqramı çərçivəsində keçirilən görüşləri, imzalanan sənədləri Azərbaycanla İran arasında dostluq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirən Baş nazirin müavini Ə.Həsənov bildirmişdir ki, hər iki ölkə və xalqlarımız arasında bütün sahələrdəki tarixi münasibətlər bu gün nəinki mehriban qonşuluq, hətta əsl qardaşlıq və dostluq münasibətlərinin nümunəsinə çevrilmişdir. Baş nazirin müavini bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir. O, dünya dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycana qarşı ədalətsizlik olduğunu qeyd etmişdir. Böyük dövlətçilik tarixinə malik qonşu ölkənin daim Azərbaycanın yanında olduğu, ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlığın müvafiq dövlət və hökumət qurumları arasında əlaqələrin genişlənməsinə də şərait yaratdığı vurğulanan görüşdə bildirilmişdir ki, İran hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın dözülməz vəziyyətlə üz-üzə qaldığı vaxtdan Azərbaycana humanitar yardım göndərən ilk dövlətlərdəndir ki, bunları da xalqımız heç vaxt unutmayacaq. Baş nazirin müavini cənab Əli Həsənov bu gün həmçinin İran İslam Respublikasına nəzərdə tutulmuş səfəri, Azərbaycan-İran münasibətləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İran İslam Respublikasının dövlət televiziya kanalına da müsahibə vermişdir.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb