"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1586
Qubadlı rayonunun Ermənistan tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirildi
Mətbuat xidmətinin məlumatı 30 Avqust, 2014
Avqustun 29-da Sumqayıtda Qubadlı rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirildi. Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərindəki “Şəhidlər Xiyabanı” Memorial Kompleksini ziyarət etdilər. Sonra tədbir Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən Olimpiya İdman Kompleksində davam etdirildi. Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək işğal zamanı zəngin tarixə malik olan rayonun bütün əmlakının ermənilər tərəfindən talan edildiyini diqqətə çatdırdı. Bildirdi ki, düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxın ağır yaralanıb, 316 nəfər əlil olub, 100 nəfərdən çox insan itkin düşüb. Artıq 21 ildir ki, 35.836 nəfərdən ibarət Qubadlı əhalisi respublikamızın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. İcra hakimiyyətinin başçısı vurğuladı ki, harada məskunlaşmağından asılı olmayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir. Bu isə əsası Ulu Öndərimiz tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür. Malik İsaqov qeyd etdi ki, işğaldan ötən 21 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökumətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirir. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayıtmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil. Mərasimdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 21 il ərzində Vətən həsrəti ilə məcburi köçkünlük ömrü yaşayan Qubadlı əhalisinin nümayiş etdirdiyi dövlətə sadiqliyin örnək olduğunu bildirdi. Əli Həsənov torpaqlarımızın işğalını daim kədər içərisində yad etməyin düzgün olmadığını bildirdi. Bu gün keçirilən tədbirin formatının fərqli olduğunu deyən Ə.Həsənov Qubadlının mədəni-tarixi abidələrindən söhbət açdı. Diqqətə çatdırdı ki, Qubadlı Azərbaycana Qaçaq Nəbi kimi xalq qəhrəmanı, Həcər kimi igid qadın, Valeh Bərşadlı kimi general, görkəmli ziyalılar, bəxş edib. Eyni zamanda xüsusi vurğuladı ki, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş 149 Milli Qəhrəmanın 9-u Qubadlı sakinidir. Bu, rayon əhalisinin düşmənlə kifayət qədər döyüşdüyünü göstərir. Baş nazirin müavini qeyd etdi ki, bütün çətinliklərə baxmayaraq bu müddətdə rayon əhalisi Azərbaycanda vüsət alan quruculuq işlərində fəal iştirak edib. İşğalçı Ermənistanın təcavüzkar siyasətinə beynəlxalq güclərin yetərincə təzyiq göstərməməsinin təəssüf doğurduğunu bildirən Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlara qayıdacağımıza olan sonsuz inamını dilə gətirdi. Tədbir məktəblilərin paradı və idmançıların çıxışları ilə davam etdirildi. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev adına idman klubunun güləşçiləri öz məharətlərini göstərdilər. Mərasimdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb
26 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin Kollektivi “Ana Harayı” abidəsini ziyarət edib
25 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
20 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində kollegiya iclası keçirilib
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuranın cari ildə ilk iclası keçirilib
04 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Hamımız üçün Böyük Qayıdış...
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib