XƏBƏRLƏR
Çap et
1874
İraq dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşdur.
Mətbuat xidmətinin məlumatı
27 Avqust, 2014
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov avqustun 27-də İraq dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Əl-Barrakı qəbul etmişdir.
Əsasən bu gün İraqda cərəyan edən proseslərdən, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərdən söhbət açılan görüşdə Baş nazirin müavini Əli Həsənov Azərbaycan hökumətinin bu ölkədə baş verənlərdən, gedən proseslərdən narahatlığını ifadə edərək bildirmişdir ki, hər il dünyda bu cür münaqişələr, konfliktlər nəticəsində milyonlarla günahsız insan əziyyət çəkir, qaçqın və məcburi köçkünlərin sayı getdikcə artır. Lakin çox təəssüflər olsun ki, dünya buna göz yumur, milyonlarla günahsız insanın həlak olmasına, qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə biganəlik göstərir.
Bunların bariz nümunəsi kimi, İraqda baş verənləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, bunların nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemini önə çəkən Ə.Həsənov qeyd etmişdir ki, dünya birliyi, nüfuzlu beynəlxalq qurumlar, münaqişələrin həlli üçün konkret addımlar atmaq əvəzinə, təəssüflər olsun ki, öz missiyalarını yalnız nəticəsiz bəyanatlar verməklə, kağız üzərində qətnamələr qəbul etməklə yerinə yetirir ki, bu da onlara bəslənilən inam və etimadı günü-gündən azaldır.
BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsinin 20 ildən çoxdur ki, kağız üzərində qalmasını, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həllində heç bir konkret nəticə əldə edə bilməməsini, 1 milyon 200 min vətəndaşımızın hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşamasını bu inamsızlığın nəticəsi kimi dəyərləndirən Baş nazirin müavini bütün bunların arxasında siyasi güclərin iqtisadi maraqlarının dayandığını da istisna etməmişdir.
Cəryan edən haisələr nəticəsində İraqın da qaçqın problemi ilə üzləşdiyi, yüz minlərlə iraqlının evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilən görüşdə qeyd edilmişdir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarılığı tərəfindən 20 iyun 2014-cü il tarixində verilmiş bəyanatda da qeyd olunur ki, iraqlı qaçqınların ümumi sayı 1 milyon 400 min nəfərə çatmışdır və bu göstəriciyə görə İraq dünyada ikinci yerdə qərarlaşmışdır.
Diplomat hər iki dost ölkənin bu cür ağır problemlərlə üzləşdiyinidən təəssüfləndiyini bildirmişdir.
Bu cür əldalətsizliklərin sonu olacağına əminlik ifadə olunan görüşdə səmimi qəbula görə minnətdarlığını bildirən iraqlı diplomat İraqı Azərbaycan üçün Ərəb dünyasının, Azərbaycanı isə İraq üçün Cənubi Qafqazın qapısı kimi dəyərləndirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuş, ətraflı fikir mübadiləsi aparılmışdır.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









