"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1566
Baş nazirin müavini Əli Həsənov: Ermənistan cəbhədəki vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədəki problemlərdən yayındırmaq istəyir.
Mətbuat xidmətinin məlumatı 07 Avqust, 2014
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov avqustun 4-də Yaponiyanın “TV Tokio” telekanalına müsahibə verib. Müsahibədə Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Baş nazirin müavini bildirib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. “Ermənistan dövləti Azərbaycanın tarixi torpaqları hesabına yaradılıb. Qədim Azərbaycan şəhərlərindən olan İrəvan hazırda Ermənistan dövlətinin paytaxtıdır”, - deyə Əli Həsənov bildirib. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunan Baş nazirin müavini münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını diqqətə çatdırıb. Komitə sədri vurğulayıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul olunub: “Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib”. Əli Həsənov deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri və keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirib. Nəticədə 613 dinc sakin amansızlıqla öldürülüb. O qeyd edib ki, artıq dünyanın bir sıra dövlətləri bu faciəni soyqırımı kimi tanıyır. Komitə sədri bildirib ki, Ermənistanın silahlı qüvvələri son günlər fəallaşaraq qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək istəyir. Bir neçə dəfə erməni kəşfiyyat qrupları Silahlı Qüvvələrimizin mövqelərinə basqınlar edib. “Bunun səbəbi odur ki, hakimiyyət son 20 ildə ölkədə heç bir iş görməyib, artıq erməni xalqı ayağa qalxıb. Ermənistan hökuməti cəbhədəki vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədəki problemlərdən yayındırmaq istəyir”, - deyə o vurğulayıb. Yaponiya-Azərbaycan əlaqələrindən də danışan Baş nazirin müavini iki ölkə arasında yaxşı münasibətlərin olduğunu, qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafında xüsusi rol oynadığını bildirib. Yaponiyanın bir sıra humanitar təşkilatlarının Azərbaycanda uğurlu layihələr həyata keçirdiyini deyən Əli Həsənov bu ölkənin “Fuji Optical” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, bu şirkət 19 minə yaxın görmə qabiliyyəti zəif olan azərbaycanlı məcburi köçkünü eynəklərlə təmin edib.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb