"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1384
Ağdam rayonunun işğalının 21-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Mətbuat xidmətinin məlumatı 26 İyul, 2014
İyulun 23-də Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların təmsilçiləri, ziyalılar iştirak ediblər. Əvvəlcə tədbirin keçirildiyi Gənc Tamaşaçılar Teatrının foyesində təşkil olunan və Ağdamın tarixi, maddi-mədəniyyət abidələri, rayon qəhrəmanları, görkəmli ziyalıları, bugünkü vəziyyəti ilə bağlı sərgiyə baxış oldu. Sonra “Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağdamı” adlı sənədli film nümayiş etdirildi. Azərbaycan Televiziyasının Qarabağ mövzusunda hazırladığı bu növbəti film Ağdamın tarixindən, zəngin təbiətindən, zəhmətkeş insanlarından, rayonun düşməndən qəhrəmanlıqla müdafiə olunmasından, buna baxmayaraq 1993-cü ilin iyulunda işğal edilməsindən, dövlətin ağdamlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirlərdən bəhs edir. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov rayonun tarixindən, işğal nəticəsində Ağdama dəymiş ziyandan, müharibə dövründə ağdamlıların göstərdikləri qəhrəmanlıqlardan danışıb. O deyib ki, öz vətənini, torpağını sevən hər bir insan üçün uşaqlıq xatirələri ilə dolu kəndinin, el-obasının işğalını yad etmək çox ağırdır. Bu tarix hər bir ağdamlının qəlbində acı bir xatirə kimi hər zaman yaşayır və yaşayacaq. Dağlıq Qarabağ münaqişəsi başlayan ilk gündən Ağdam hadisələrin mərkəzində oldu. Müharibə zamanı ağdamlılar öz mərdlik və şücaətlərini ortaya qoydular, son ana qədər Ağdamın müdafiəsindən geri çəkilmədilər. R.Məmmədov xatırladıb ki, rayonun böyük bir hissəsinin ermənilər tərəfindən işğalı nəticəsində 143 min ağdamlı öz doğma ata-baba yurdlarından didərgin düşərək respublikamızın 62 şəhər və rayonunda məskunlaşıb. BMT Təhlükəsizlik Şurası Ağdamın işğalını pisləyən və işğalçı ordunun zəbt olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib. Lakin təəssüf ki, digər qətnamələr kimi o da indiyədək yerinə yetirilmir. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemlərdən, bu problemlərin aradan qaldırılması istiqamətində dövlətimizin gördüyü işlərdən danışıb. Əli Həsənov əminliklə bildirib ki, son 10 ildə Azərbaycanı bütün dünyada tanıdan, ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran Prezident İlham Əliyevin səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsi mütləq həll ediləcək. Buna heç bir şübhə yoxdur. Ağdamın Azərbaycanın füsunkar gözəlliyə malik guşələrindən olduğunu deyən Baş nazirin müavini bildirib ki, rayon ərazisində qədim tarixə malik türbələr, abidələr olub. Rayonun Üzərliktəpə adlanan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində müəyyən edilib ki, Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskəni olub. Azərbaycan üçün həm strateji, həm iqtisadi baxımdan çox önəmli bir ərazi olan Ağdam həm də ölkəmizə böyük ziyalılar, alimlər, incəsənət xadimləri bəxş edib. Ağdamlılar müharibə dövründə çox böyük şücaətlər göstəriblər. Qarabağ müharibəsində 6 min şəhid verən Ağdamın 16 milli qəhrəmanı vardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hər zaman ağdamlılara xüsusi diqqət və qayğı göstərdiyini deyən Əli Həsənov bu siyasətin bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev son 10 ildə bir neçə dəfə Ağdama səfər edib. Ölkədə tikilmiş 82 qəsəbənin 18-i məhz Ağdamda inşa olunub. Ərazisinin 77 faizinin işğal altında olmasına baxmayaraq, bu gün Ağdamda 70 mindən çox əhali yaşayır. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən bəhs edən Baş nazirin müavini deyib ki, bu problemlə məşğul olan dövlətlər - ATƏT-in Minsk qrupunun üzvləri Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı son çıxışından nəticə çıxarmalı, ikili standartlardan əl çəkməlidirlər. Erməni xalqı əgər firavan yaşamaq istəyirsə, ölkənin hazırkı rejimindən canını qurtarmalı və yenidən bizimlə mehriban qonşuluğa başlamalıdır. Əli Həsənov tədbirdə bu yaxınlarda ermənilər tərəfindən əsir götürülmüş üç məcburi köçkünlə bağlı məsələyə də toxunub. Baş nazirin müavini xatırladıb ki, bu insanlar ermənilərin iddia etdikləri kimi sərhədi pozmayıblar, hər hansı cinayət törətməyiblər, sadəcə öz doğulduqları yerlərə gediblər, ata-babalarının, yaxınlarının qəbirlərini ziyarət ediblər. Həmin yerlər Azərbaycan ərazisidir. Təəssüflər olsun ki, Ermənistan tərəfi Cenevrə Konvensiyasına zidd hərəkət edir. Konvensiyanın şərtlərinə görə, müharibə şəraitində olan ölkələrin mülki vətəndaşları girov götürülərsə onların müdafiəsi üçün dərhal həmin konvensiya işə düşür. Konvensiyanın tələbinə görə, mülki vətəndaşlar əsir düşən gündən onlara Beynəlxalq Qızıl Xaç Komitəsi ilə görüşməyə icazə verilməli idi. Təəssüf ki, ermənilər bunu etməyiblər. Əli Həsənov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni öz nəzarətinə götürüb. Dövlətimizin başçısı hər gün onların taleyi ilə maraqlanır. Azərbaycan Hökuməti bu işlə məşğuldur. Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 2-ci kurs tələbəsi Gündüz Salahov ağdamlı gənclərin torpaqlarımızın işğaldan azad olunması üçün hər cür qəhrəmanlığa hazır olduqlarını söyləyib. Tədbir Ağdamın məşhur “Şur” xalq çalğı alətləri ansamblının və Bakıda fəaliyyət göstərən Ağdam uşaq musiqi məktəbləri kollektivlərinin çıxışları ilə başa çatıb.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb