"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1496
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir
Mətbuat xidmətinin məlumatı 20 İyun, 2014
İyunun 20-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbirdə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan bəhs edən video film nümayiş etdirilmişdir. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışdır. Azərbaycan Hökumətinin BMT-nin QAK Ali Komissarlığı ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Əli Həsənov dövlətimizin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün son illərdə genişmiqyaslı işlər görüldüyünü bildirmişdir. Əli Həsənov demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib aktoruna çevirmişdir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri milli çərçivəni aşaraq bəşəriyyətin gələcəyi naminə uzunmüddətli inkişafın təmin edilməsinə xidmət edir. Baş nazirin müavini qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışmışdır. Əli Həsənov demişdir ki, bu gün Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınmış, 180 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir. Komitə sədri Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd etmişdir. Vurğulanmışdır ki, nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən problem hələ də öz həllini tapmamışdır. Baş nazirin müavini demişdir: “Düzdür, münaqişə hələ öz həllini tapmayıb, lakin Azərbaycan dövləti öz vətəndaşlarının doğma ocaqlarına qayıdanadək sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində gündən-günə artan iqtisadi imkanlarından lazımınca istifadə edir. Lakin bu torpaqlarımız işğal altındadır. Ermənistan Azərbaycana hərbi təcavüz etmişdir. Dünyanın çox əhəmiyyətli və nüfuzlu bir qurumu olan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutan 4 qətnaməsi hələ də icra edilmir. Ermənistana qarşı sanksiyalar tətbiq olunmur. Bu da Ermənistanı şirnikləndirir. Biz uzun illərdir ki, Azərbaycana qarşı ikili standartlar yanaşmasının şahidiyik”. Əli Həsənov münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini xüsusi vurğulamışdır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson çıxış edərək Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin və maddi təminatının yaxşılaşdırılması istiqamətində böyük işlərin görüldüyünü vurğulamış bunun başqa ölkələr üçün də örnək ola biləcəyini söyləmişdir. O, müasir dünyada qaçqınlığın böyük problemə çevrildiyini bildirmişdir.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib