"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1665
Baş nazirin müavini Əli Həsənov: Məhz “Xocalıya ədalət” kampaniyası sayəsində dünya bu faciədən daha geniş məlumatlı oldu
Mətbuat xidmətinin məlumatı 20 İyun, 2014
İyunun 20-də Bakıda “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimi olmuşdur. Müəllifləri yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin olduğu üçcildliyin təqdimatı AMEA-nın İnsan Hüquqları İnstitutunun, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının və “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Vasif Səmədov demişdir ki, 3 cilddən ibarət kitabın məhz Beynəlxalq Qaçqınlar Gününədək hazırlanması və təqdim edilməsi vacib məsələ idi. Əlamətdar haldır ki, bu kitab məhz bu gün təqdim olunur. Azərbaycanda qaçqınlar və məcburi köçkünlər əziyyətli günlər yaşamışlar. Müəllif bildirmişdir ki, kitab üçün materiallar toplayarkən BMT-nin müvafiq strukturları ilə sıx əlaqə qurmuş, arxiv sənədlərindən istifadə etmişlər. Azərbaycan Respublikası Baş nazirinin mavini Əli Həsənov bildirmişdir ki, Xocalı faciəsi XX əsrin böyük soyqırımlarından biridir. O qeyd etmişdir ki, bu faciəyə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində siyasi qiymət verilmişdir. Soyqırımı ilə bağlı Prezident İlham Əliyevin sərəncamları olmuşdur. Həmçinin bu soyqırımının tanıdılmasında Heydər Əliyev Fondunun mühüm rolu olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasına başlanması sayəsində dünya bu soyqırımı barədə daha ətraflı məlumat əldə etmişdir. Əli Həsənov üçcildliyin ingilis və rus dillərinə tərcümə ediləcəyini bildirərək demişdir: “Bu kitablarda elə məlumatlar vardır ki, hətta öz ictimaiyyətimiz də onları eşitməmişdir. Bunları dünya ictimaiyyəti bilməlidir”. Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsinin beynəlxalq birliyin bu məsələyə ədalətsiz yanaşmasının nəticəsi olduğunu bildirmişdir. Ə.Həsənov demişdir: “Bizim güvənc yerimiz dövlətimiz, xalqımız və Prezidentimizdir. Ermənistanda ağır iqtisadi-siyasi böhranın dərinləşməsi Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir. Ermənistan heç kimə lazım deyildir. İnsanlar bu ölkəni tərk edir, iqtisadiyyatı acınacaqlı vəziyyətdədir. Bunu sadə ermənilər də yaxşı bilirlər: Ermənistanda hakim rejim dəyişməsə problemlər həll olunmayacaqdır”. AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva çıxışında Azərbaycanın üzləşdiyi ağır faciələrə dünyada ikili standartlardan yanaşıldığını vurğulamışdır. O qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar hələ də təcavüzkar Ermənistana qarşı təsirli addımlar atmamışdır. Milli Məclisin deputatı Xocalı soyqırımı ilə bağlı Xocalı tribunalının da yaradılmasının vacib olduğunu demişdir. Üçcildliyin hazırlanmasında AzərTAc-ın Xocalı soyqırımı ilə bağlı informasiyalarından və foto materiallardan geniş istifadə olunmuşdur.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib