"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1682
Binəqədi rayonunda məcburi köçkünlərlə görüş keçirilmişdir
Mətbuat xidmətinin məlumatı 18 İyun, 2014
İyunun 17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Binəqədi Rayon İcra Hakimiyyətində bu rayonda, eyni zamanda, digər rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür. Görüşdə məcburi köçkünlərin müraciətləri dinlənilmiş, ərizə və şikayətlərinə baxılmış, problemlərinin həlli üçün tapşırıqlar verilmişdir. Bildirilmişdir ki, Binəqədi rayonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşən 54 minə yaxın qaçqın və məcburi köçkün yaşayır. Onlar əsasən rayon ərazisindəki ictimai binalarda, yataqxanalarda və uşaq bağçalarında məskunlaşmışlar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərdən danışmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşən soydaşlarımızın problemlərini ölkənin bir nömrəli problemi elan etmişdir. Bu istiqamətdə ardıcıl olaraq tədbirlərin həyata keçirildiyini deyən Baş nazirin müavini vurğulamışdır ki, indiyədək qaçqın və məcburi köçkünlər üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə, məhəllə salınmış, 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Təkcə 2013-cü ildə 20 mindən çox köçkün yeni evlərə köçürülmüşdür. Dövlətimizin başçısı bu qəbildən olan insanlara kifayət qədər diqqət və qayğı göstərir. Lakin hələ də çətin şəraitdə yaşayan məcburi köçkünlər çoxdur. Təkcə Bakıda 300 min məcburi köçkün yaşayır və onların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, bu problem mərhələli şəkildə həll olunur. Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Əli Həsənov demişdir ki, son 10 ildə Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevirən Prezident İlham Əliyev mütləq bu problemin də həllinə nail olacaqdır. Qəbulda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaçqın və məcburi köçkünlərin problemlərini diqqətlə dinləmiş, bir sıra problemlər operativ şəkildə yerindəcə həllini tapmış, bəzi müraciətlər baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınmışdır. Qəbuldan razılığını bildirən məcburi köçkün Dilsuzə Quliyeva demişdir: “Görüşdə Baş nazirin müavini Əli Həsənov hamının problemi ilə maraqlandı. Problemimizin həlli ilə bağlı müvafiq göstərişlər verdi”. D.Quliyeva məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir. Kəlbəcər rayonundan məcburi köçkün, I qrup əlil Cavad Qasımov isə demişdir: “Bu gün qəbulda problemimizə yüksək səviyyədə yanaşıldı və həll olunması barədə tapşırıq verildi. Prezidentimiz İlham Əliyev hər zaman biz məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir. Buna görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk. Bu gün burada hər şey çox gözəl təşkil olunmuşdur”. Onlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Ağdam rayonundan məcburi köçkün, 5 şəhid anası Qəndab Səmədova demişdir: “Allahdan Prezidentimizə uzun ömür, cansağlığı arzu edirəm. Biz bilirik ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışır. O gün olsun dövlətimizin başçısı bayrağımızı Şuşaya sancsın. Bayrağımız daha yüksək zirvələrdə dalğalansın”. Kəlbəcər rayonundan məcburi köçkün Sona Hüseynova da qəbulun yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, Baş nazirin müavini Əli Həsənovun onların problemlərini diqqətlə dinlədiyini və yerindəcə lazımı tapşırıqlar verdiyini qeyd etmişdir. O demişdir: “Biz 20 ildir məcburi köçkün həyatı yaşayırıq. Biz daim dövlətimizin qayğısını üzərimizdə hiss etmişik. Bizə göstərdiyi bu diqqət və qayğıya görə Prezidentimizə minnətdarlığımızı bildiririk”. Qəbulda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, departament və şöbə müdirləri, Komitənin Bakı rayonları üzrə nümayəndələri, eyni zamanda, ərazisi işğal altında olan rayonların icra hakimiyyətlərinin başçılarının müavinləri də iştirak etmişlər. Saat 9.00-dan 17.00-dək davam edən qəbulda ümumilikdə 500 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənilmişdir. Görüşün sonunda Baş nazirin müavini, hətta qəbula yazılmayan məcburi köçkünləri də qəbul etmiş, onların da ərizələri baxılması və tədbir görülməsi üçün qeydiyyata alınmışdır. Əli Həsənov bildirmişdir ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də davamlı olaraq ayrı-ayrılıqda görüşlər keçirəcəkdir.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib